Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-325/2023 27.07.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi İsmayıllı rayon X3 X5 inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə xx xxxx 1989-cu il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, İsmayıllı şəhəri, H.Əliyev prospekti, ev 9, mənzil 5-də yaşayan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 343.6-cı maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala 27 iyul 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İsmayıllı X3 X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 343.6-cı maddələri ilə inzibati xəta haqqında İXP seriyalı ******* N-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs 25 iyul 2023-cü il tarixdə idarə etdiyi “VAZ21063” markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı rayonu İvanovka kəndi yolunda manevr qaydalarını pozmuş, “Opel Vectra” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və sürücü sərxoşluq vəziyyətinin müayinə edilməsindən imtina etmişdir. Araşdırma zamanı onun sürücülük hüququnun olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İsmayıllı X3 X7 tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X3 X5 inspektoru Şükür Sadullayev izahatında göstərdi ki, Şəxs 25 iyul 2023-cü il tarixdə idarə etdiyi “VAZ21063” markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı rayonu İvanovka kəndində hərəkətdə olarkən manevr qaydalarını pozmuş, “Opel Vectra” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə yerində olmuş və sürücü tibbi müayinədən keçməkdən imtina etmişdir. Həmçinin sürücünün sürücülük hüququ olmadan avtomobili idarə etməsi müəyyən olmuşdur. İş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, 25 iyul 2023-cü il tarixdə tanışı Zərərçəkmiş şəxs2 məxsus “VAZ 21063” markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı rayonu İvanovka kəndində hərəkətdə olarkən idarəetməni itirmiş və əks istiqamətli hərəkət zolağına çıxmaqla “Opel Vectra” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində hər iki avtomobilə ziyan dəymişdir. Sonradan həmin əraziyə polis əməkdaşları gəlmiş və o, sərxoş vəziyyətdə olduğu üçün tibbi müayinədən keçməkdən imtina etmişdir. Onun sürücülük hüququ yoxdur. Hər iki avtomobilə dəymiş ziyanı ödəyəcəkdir. Hazırda əməlindən peşmandır və iki azyaşlı övladı var. Bir daha belə hallara yol verməyəcəyinə söz verir. Qeyd etdikləri nəzərə alınmaqla ona qanunda nəzərdə tutulmuş daha yüngül tənbeh verilməsini xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 izahat verərək göstərdi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobilinə 1030 (min otuz) manat maddi ziyan dəymişdir. Dəymiş ziyanı Şəxs ödəyəcəyini öhdəsinə götürmüşdür. Hazırda Turala qarşı şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 izahat verərək göstərdi ki, 25 iyul 2023-cü il tarixdə Tural ona məxsus avtomobili idarə edərək yol nəqliyyat hadisəsi törətmişdir. Ona dəymiş maddi ziyanla bağlı Turalla razılaşmışdır. Hazırda Turala qarşı tələb və şikayəti yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İşdə olan 306 №li 25 iyul 2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs alkoqol sərxoşluğu vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçməkdən imtina etmişdir. 27 iyul 2023-cü il tarixli portal məlumat sistemi üzrə çıxarışdan görünür ki, Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ yoxdur. X2 Servis Mərkəzinin 26 iyul 2023-cü il tarixli qüsur aktında “Opel Vectra” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 1030 (min otuz) manat miqdarında maddi zərər dəydiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 5.1-ci bəndinə görə İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından inzibati xəta haqqında protokolun surəti həmin xətaya görə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə hüquqi qiymət verilməsi üçün İsmayıllı rayon X3 X6 göndərilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 25 iyul 2023cü il tarixdə nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ21063” markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı rayonu İvanovka kəndi yolunda manevr qaydalarını pozmuş, “Opel Vectra” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş. Araşdırma zamanı sürücü Tural Mameedov sərxoşluq vəziyyətinin müayinə edilməsindən imtina etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs oğlunun əməlindən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini və məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.6-cı maddəsində nəzərdə tutulan 800 (səkkiz yüz) manat miqdarında inzibati cərimə tətbiq etməyi məqsədə müvafiq hesab edir. İnzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduğunu nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36-cı maddəsinə əsasən məhkəmə Zərərçəkmiş şəxs1 idarə etdiyi “Opel Vectra” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanla əlaqədar məsələnin baxılmamış saxlanılmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda zərərçəkmiş şəxsə izah edilir ki, əmlak zərərinin əvəzinin ödənilməsi haqda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.6-cı maddəsi ilə təqsirli bilinib 800 (səkkiz yüz) manat miqdarında inzibati cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında protokolun və qərarın surəti İsmayıllı rayon Polis Şöbəsinə göndərilsin. Zərərçəkmiş şəxs1 idarə etdiyi “Opel Vectra” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə dəymiş maddi ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələ baxılmamış saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-325/2023
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-325/2023
27.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver