Məhkəmə qərarları › İş №3(037)-326/2022

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-326/2022

25.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-326/2022 25.07.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx xxx 1974-cü il tarixdə İsmayıllı rayonu Lahıc qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, İsmayıllı rayonu Lahıc qəsəbəsində yaşayan öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 25 iyul 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 2(037)-92/2022 saylı icra vərəqəsinə əsasən cavabdehlər X4, X6, X2 və Şəxs tərəfindən iddiaçı Zərərçəkmiş şəxs Dəyanət qızının mülkiyyətində olan İsmayıllı rayonu Lahıc qəsəbəsi Ə.Bayramov küçəsi ev 14A ünvanında yerləşən 0.03 hektar torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən istifadəsinə törədilən maneələrə son qoyulması və fərdi yaşayış evinin qarşısında quraşdırılmış kamera sökülərək götürülməsi qət edilmişdir. İş üzrə icra vərəqəsi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu Şəxs həmin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və icra vərəqəsini icra etmədiyinə görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 25 iyul 2022-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Emin Bağırov izahat verərək göstərdi ki, Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə dair icra sənədi üzrə tələbin könüllü olaraq icra edilməsi barədə bildiriş göndərilmiş, lakin borclu icra sənədini icra etməmişdir. İcra sənədi İcra Şöbəsinin icraatında olduğu müddət ərzində borclu bir neçə dəfə şöbəyə dəvət olunmuş və ondan qətnamənin icrası tələb olunmuşdur. Sonuncu dəfə 21 iyun 2022-ci il tarixdə qətnamənin icra olunması üçün qeyd olunan yaşayış evinə gedilmiş və borclulardan icra vərəqəsinin icrası tələb olunmuşdur. Həmin vaxt Şəxs orada olmamışdır. Lakin digər cavabdehlər isə icra vərəqəsinin icra təmin etməmişlər. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs hazırki işə baxılmasına dair məhkəmə iclasına gəlməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, 21 iyun 2022-ci il tarixdə icra məmuru icra vərəqəsinin icrası ilə əlaqədar qeyd olunan yaşayış evinə gələrkən onun heç bir məlumatı olmamış və orada olmamışdır. Onun qətnamənin icrasından boyun qaçırmaq niyyəti yoxdur. Qətnamədə cavabdeh kimi tanındığı üçün icra vərəqəsinin icrası ondan tələb olunmuşdur. İcra vərəqəsinin icrasından boyun qaçırmaq niyyəti yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan inzibati xəta haqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş 21 iyun 2022-ci il tarixli aktdan görünür ki, icra məmuru Emin Bağırov 21 iyun 2022-ci il tarixdə icra vərəqəsinin icrası ilə əlaqədar qeyd olunan ünvanda olmuş və qətnamənin icrası X4, X6 və X1 tələb olunsa da onlar qətnamənin icrasında boyun qaçırmışlar. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. İş materialları, habelə borclunun izahatı ilə müəyyən edilir ki, borclu Şəxs icra vərəqəsinin icrasından boyun qaçırmaq niyyəti olmamışdır. 21 iyun 2022-ci il tarixdə tərtib olunmuş aktdan da göründüyü kimi, icra məmuru icra vərəqəsinin icrası ilə əlaqədar qeyd olunan fərdi yaşayış evində olarkən Şəxs orada olmamış və tərtib olunmuş aktda onun adı qeyd olunmamışdır. Buna baxmayaraq icra məmuru heç bir icra hərəkəti aparmadan Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbu ki, icra məmuru Şəxs icra vərəqəsinin icrasını təmin edibetmədiyini müəyyən etmək üçün tərəfləri dəvət edib icra tədbirləri görə bilərdi. Hazırki iş materiallarında isə Şəxs qeyd olunan inzibati xətanı törətməsi ilə bağlı heç bir sübut yoxdur. İcra məmurunun qeyd etdiyi hallar isə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin qərəzli şəkildə yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırkı vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırkı inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar