Məhkəmə qərarları › İş №3(037)-327/2025

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-327/2025

23.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-327/2025 23.10.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Məcəllə) 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin X4 şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmənin icraatına Şəxs Məcəllənin 539.1-1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin X4 şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(037)-308/2025-ci il tarixli qərardadı ilə qeyd olunan protokol və ona əlavə edilmiş sənədlər natamam olduğundan geri qaytarılmışdır. Qərardadda qeyd olunan natamamlıqlar aradan qaldırılmadan yenidən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “əmək və məşğulluq” alt sistemindən əldə edilmiş xx.xx.2025-ci il tarixli məlumat əsasında məlum oldu ki, əmək müqavilələrinin elektron səndə formasına keçirilməsi barədə DƏMX-nin X4 Şöbəsinin göstərişi Şəxs tərəfindən icra edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin X4 şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Şəxsnə isə göndərilmiş bildirişin çatdırılması İsmayıllı rayon Poçt filialı tərəfindən mümkün olmamışdır. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyəti orqanın nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şəxs MMC-yə ünvanlanmış 25 avqust 2025-ci il tarixli, 3-17-5/2-75726/2025 saylı məktubdan görünür ki, 10 (on) iş günü müddətində Azərbaycan Respublikasının 2024-cü il tarixli, 1195-VİQD nömrəli Qanunu qüvvəyə minənədək bağlanılmış qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsinin təmin olunması tələb olunmşdur. Şəxs MMC-yə ünvanlanmış 08 sentyabr 2025-ci il tarixli, 3-17-5/2-80354/2025 saylı məktubdan görünür ki, əmək müqavilələrinin qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsi tərəfinizdən təmin edib nəticəsi barədə 10 (on) iş günü ərzində X3 Xidmətinin X4 şöbəsinə məlumat verilməsi məqsədilə sizə 30.07.202-ci il tarixli, 3-17-5/2-İ- 67689/2025 saylı icrası məcbur olan göstəriş məktubu verilmiş və bu icrası məcburi göstərişdə müəyyən edilmiş müddət ərzində tədbir icra edilmədiyi təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə tərəfimizdən müvafiq qaydada inzibati xəta haqqında iş üzrə icraata başlanılaçağı bildirilmiş, lakin bununla bağlı hər hansı bir məlumatı Xidmətin X4 şöbəsinə təqdim edilməməsi bildirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin X4 şöbəsinin İsmayıllı rayon Qeydiyyat Şöbəsinə ünvanlandığı 24 sentyabr 2025-ci il tarixli, 3-17-5/2-85856/2025 saylı məktubdan görünür ki, araşdırma zərurəti ilə əlaqədar olaraq Şəxs MMC-nin direktoru olmuş X1 vəfat edib-etməməsi barədə məlumatın verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İsmayıllı Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-367/2025 saylı məktubundan görünür ki, X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsi tərəfindən 1370 sayla qeydə alınmışdır. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən əmək müqavilələrinin qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsinin təmin edilməsi ilə bağlı X3 Xidmətinin 25 avqust 2025-ci il tarixli, 3-17-5/2- 75726/2025 və 08 sentyabr 2025-ci il tarixli, 3-17-5/2-80354/2025 nömrəli “Azərbaycan Respublikası Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunması haqqında” Göstərişinin həmin MMC-yə çatdırılması mötəbər sübutlarla təsdiq olunmur. 08 sentyabr 2025-ci il tarixli, 3-17-5/2-80354/2025 saylı məktubdan qeyd olunan 30.07.202-ci il tarixli, 3-17-5/2-İ-67689/2025 saylı icrası məcbur olan göstəriş məktub və həmin məktubun MMC-yə çatdırlmasını təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin X4 şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və qeyd olunan məktubların MMC tərəfindən əldə edilib-edilməməsi, çatdığı təqdirdə hansı səlahiyyətli şəxs tərəfindən qəbul edilibedilməməsini təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin Şəxs MMC barəsində tərtib edilmiş 16 sentyabr 2025-ci il tarixli, ******* saylı protokolun surətinin MMC-yə göndərilməsi barədə hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Bundan başqa İsmayıllı Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8- 367/2025 saylı məktubundan görünür ki, Şəxs MMC-nin direktoru X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsi tərəfindən 1370 sayla qeydə alınmışdır. Belə olduğu halda məhkəmə hesab edir ki, X3 Xidmətinin X4 şöbəsi tərəfindən Şəxs MMC-nin barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan işin hallarına düzgün qiymət verməmiş, iş üzrə zəruri əhəmiyyət kəsb edən halları araşdırmadan inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə, yuxarıda sadalanan halları nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin X4 şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Məcəllənin 539.1- 1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin X4 şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar