Məhkəmə qərarları › İş №3(037)-329/2025

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №3(037)-329/2025

13.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 3(037)-329/2025 13.10.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 06 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu və digər materialları araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında görünür ki, "xxxx" MMC-nin vəzifəli şəxsi Qurbanov X1 rayonu Talıstan kəndində qeydiyyatda olduğu üçün inzibati xəta haqqında protokol baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, İXM-nin 529.1-1-ci maddəsi ilə olan inzibati xəta hərəkətsizliklə törədilən inzibati xətadır və onun törədilmə yeri müvafiq hərəkətin edilməli, yerinə yerinə yetirilməli yer hesab edilir. İndiki halda Şəxs barəsində inzibati xəta haqqında protokol fiziki şəxs kimi deyil, "xxxx" MMC-nin direktoru kimi, yəni vəzifəli şəxs kimi tərtib edilmişdir. Göründüyü kimi Şəxs barəsində protokol "xxxx" MMC-nin direktoru kimi fəaliyyəti ilə bağlı tərtib edilmişdir. Belə olan halda hazırki iş üzrə hərkətsizliklə törədilməsi iddia edilən inzibati xətanın törədilmə yeri, Şəxs fiziki şəxs kimi yaşayış yeri deyil, "xxxx" MMC-nin hüquqi ünvanı hesab edilməldir. Çünki, vəzifəli şəxsin (direktorun) törətməsi iddia edilən inzibati xəta məhz hüquqi şəxsin bilavasitə fəaliyyəti ilə bağlıdır. Belə ki, iş materiallarına əlavə edilmiş vergi ödəyicilərinin məlumatlarından görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı AZ1034, ünvan 1ana Ə/V, Bünyadzadə (Ramana qəs.), ev 80, mənzil 12-dür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli Qərarına əsasən inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. İndiki halda törədilməsi iddia edilən inzibati xəta haqqında iş üzrə protokol (hərəkətsizliklə törədilən inzibati xəta) hüquqi şəxs barəsində tərtib edilməsə də, bilavasitə hüquqi şəxsin fəaliyyəti ilə bağlı onun direktorunun barəsində vəzifəli şəxs kimi tərtib edilmişdir. Qeyd edilməlidir ki, vəzifəli şəxsin (hüquqi şəxsin direktorunun) müvafiq hərəkətsizliyi etdiyi yer də, onun fiziki şəxs kimi yaşayış ünvanı deyil, "xxxx" MMC-nin hüquqi ünvanı hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (maddə 106.0.1) həll etməlidir. Həmin Məcəllənin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər həmin məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 110, 118ci maddəsini rəhbər tutaraq q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati iş materialları baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Hakim: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar