Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 3(037)-338/2022 29.07.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – İsmayıllı rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə 26 fevral 1979-cu ildə İsmayıllı rayonu Kürdmaşı kəndində anadan olmuş, həmin kənddə yaşayan, subay, orta təhsili, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala 29 iyul 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 25 may 2022-ci il tarixdə saat 18:00 radələrində İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunu bıçaqla vuraraq ona xəsarət yetirməsi faktı üzrə İsmayıllı rayon X3 Bölməsinin təhqiqatçısı polis kapitanı Şəhriyar Fərəcovun 21 iyun 2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və həmin qərar əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Elsevər Mazanov izahatında göstərdi ki, Şəxs İsmayıllı rayonu Kürdmaşı kəndində Zərərçəkmiş şəxs döyməsi faktı üzrə araşdırma aparılmış və əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan hadisə nəticəsində zərərçəkmiş şəxsə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirildiyi üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, 25 may 2022-ci il tarixdə saat 18:00 radələrində qaynı Samirlə birlikdə Samirin idarə etdiyi avtomobillə Göyçay rayonundan gəlmiş və yaşadığı Kürdmaşı kəndi ərazisində avtomobildən düşmüşdür. Həmin vaxt kənddə olan dönərxananın qarşısında dayanan həmkəndliləri Rəşadla Vüsalın dayandığını görmüş və onlar salamlaşmışlar. Bu zaman Vüsal onunla zarafatlaşmış və onu söymüşdür. Aralarında mübahisə yaranmış və o, Vüsalın boğazından tutmuşdur. Mübahisə zamanı o, əlində olan bıçaqla Vüsalı qorxutmaq istəmişdir. Lakin, bilmədən bıçaq Vüsalın qarın nahiyəsini cızmışdır. Həmin vaxt Vüsalın qardaşı Rövşən və onun atası oraya gəlmiş və onları aralamışlar. Hazırda Zərərçəkmiş şəxs onu bağışlamış və onunla barışmışlar. Odur ki, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, 25 may 2022-ci il tarixdə yaşadığı Kürdmaşı kəndi ərazisində yerləşən dönərxananın qarşısında həmkəndlisi Rəşadla iş görərkən, digər həmkəndlisi Tofiq avtomobildən düşüb onunla zarafat etməyə başlamışdır. Bu zaman aralarında mübahisə yaranmış və Tofiq onun boğazından tutmuş və əlindəki bıçaqla onun qarnından vurmuşdur. Sonradan onun qardaşı Rövşən, atası Valeh və Rəşad onları aralamışlar. Hazırda o, Tofiqi bağışlamış və onunla barışmışdır. Odur ki, Şəxs barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə tibbi ekspertizasının 03 iyun 2022-ci il tarixli, 258 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət-qarının ön divarının sıyrığı qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə töərnməsi istisna edilmir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. İsmayıllı rayon X3 Bölməsinin təhqiqatçısı Şəhriyar Fərəcovun 21 iyun 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə inzibati tədbir görülməsindən ötrü şöbənin X1 göndərilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmişin izahatlarını dinləyərək hesab edir ki, Şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətləri aşkar olunduğundan onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında material İsmayıllı rayon X3 Bölməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərilməsi barədə qərar qəbul edilir. Şəxs barəsində məhkəməyə göndərilmiş inzibati xəta haqqında material onun tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar olunduğundan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər İsmayıllı rayon X3 Bölməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85ci maddəsini rəhbər tutaraq q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş və məhkəməyə göndərilmiş inzibati xəta haqqında material İsmayıllı rayon X3 Bölməsinə göndərilsin. Qərardadın surəti İsmayıllı rayon prokuroruna göndərilsin. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-338/2022
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №3(037)-338/2022
29.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver