Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-338/2025 20.10.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxx 1996-cı il tarixdə İsmayıllı rayonunda anadan olmuş, İsmayıllı rayonu Mican kəndində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında protokol və həmin protokola əlavə edilmiş sənədlərə 20 oktyabr 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı İsmayıllı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş 20 oktyabr 2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahat verərək bildirdi ki, Şəxs inzibati qaydada həbs olunduqdan sonra aliment məbləğindən heç bir ödəniş etməmişdir. Bundan başqa Şəxs çağırışlara gəlməmiş və onun barəsində axtarış qərarı qəbul olunmuşdur. Göründüyü kimi Şəxs qeyd olunan icra vərəqəsinin icrasından qərəzli olaraq boyun qaçırmışdır. Bu səbəbdən onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla, borclunun qanunla müəyyən edilmiş qaydada barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs aliment borcundan hazırda 200 (iki yüz) manat məbləğində ödəniş etmək istəyir, lakin tələbkar borcu tam şəkildə istəyir. Həmin aliment borcunu tam şəkildə ödəyə bilmir. Ona ayın sonunadək vaxt verilərsə borcundan 300 (üç yüz) manatda ödəniş edə bilər. Qeyd etdikləri nəzərə alınmaqla ona vaxt verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, aliment məbləğini tam şəkildə tələb edir və Şəxs vaxt verilməsini istəmir. Ona vaxt verilsə belə borcundan ödəniş etməyəcəkdir. Bu səbəbdən Şəxs inzibati qaydada həbs edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu araşdıraraq hesab edir ki, Şəxs İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1487/2024 saylı 23dekabr 2024-cü il tarixli qətnaməsi üzrə verilmiş 25 dekabr 2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd edilənlər iş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1487/2024 saylı 23 dekabr 2024-cü il tarixli qətnaməsi üzrə verilmiş 25 dekabr 2024-cü il tarixli icra vərəqəsinə əsasən 21 oktyabr 2024-cü il tarixdən başlayaraq 28 noyabr 2015-ci il təvəllüdlü X4 və 12 fevral 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək maddi təminatı üçün Şəxs hər ay hər uşağa 190 (yüz doxsan) manat olmaqla cəmi 380 (üç yüz səksən) manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət olunmuşdur. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(037)-96/2025 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təsirli bilinərək 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan icra işi üzrə şəxsi kartoçkadan görünür ki, borclu Şəxs adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Kərimov X2 Rayon Məhkəməsinin 2(037)- 1487/2024 saylı 23 dekabr 2024-cü il tarixli qətnaməsi üzrə verilmiş 25 dekabr 2024-cü il tarixli icra vərəqəsi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək,qanunla müəyyən olunmuş müddətdə icra vərəqəsinin icrasını təmin etməmişdir. Şəxs eyni icra vərəqəsinə münasibətdə il ərzində inzibati qaydada tənbeh olunmasına baxmayaraq, onun tərəfindən aliment məbləğinin vaxtında və lazımi qaydada ödənilməsi təmin edilməmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Sözügedən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məcəllənin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, məhkəmə qərarının qərəzli icra olunmamasındakı uzun müddəti, uşaqların mənafeyinə zidd davranması, həmçinin aliment məbləğinin ödənilməsi ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimə edilməsinin lüzumsuz olduğunu nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası daxilində inzibati həbsin 15 (on beş) gün müddətində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan -20 oktyabr 2025-ci il tarixdən saat 14:50-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan -20 oktyabr 2025-ci il tarixdən saat 14:50-dən hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-338/2025
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-338/2025
20.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver