Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-339/2021 13.10.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxx 1992-ci il tarixdə İsmayıllı rayonu Mulux kəndində anadan olmuş, İsmayıllı rayonu Diyallı kəndində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 13 oktyabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 13 oktyabr 2021-ci il tarixdə saat 11:00 radələrində sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-2107” minik markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomaşınla İsmayıllı şəhəri Ə.Ələkbərzadə küçəsi ilə hərəkətdə olan zaman, Zərərçəkmiş şəxs məxsus “VAZ-2107” markalı ** SU *** dövlət qeydiyyat nişanlı avtomaşını yoluna çıxaraq həmin avtomobillə toqquşmuş və nəticədə avtomobilə maddi zərər yetirmişdir. Bu hərəkətləri ilə Şəxs оğlu Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, ona dəymiş maddi ziyanı sığorta şirkəti ödəyəcəkdir və Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İnzibati xəta törətmiş şəxs Şəxs оğlu məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməsini göstərdi və məhkəmədən ona daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş etdi. Məhkəmə, inzibati xəta törətmiş şəxsin izahatını, əməlindən peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 32, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs оğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat miqdarında inzibati cərimə edilsin. Şəxs tətbiq edilmiş inzibati cəriməni dərhal və ya bu qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunmuş cərimənin məbləğinin 10 faizi miqdarından azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-339/2021
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-339/2021
13.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver