Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-340/2021 15.10.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə 08 yanvar 1995-ci il tarixdə İsmayıllı rayonu Cülyan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, İsmayıllı rayon X5 Hissəsinin inspektoru, İsmayıllı rayon Cülyan kəndində yaşayan, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 15 oktyabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 14 oktyabr 2021-ci il tarixdə saat 23 radələrində İsmayıllı şəhəri H.Əliyev prospektində idarə etdiyi “VAZ-21099” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən onu saxlayan İsmayıllı rayon X9 X11 əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X7 izahatında göstərdi ki, Şəxs 15 oktyabr 2021-ci il tarixdə saat 23:00 radələrində İsmayıllı şəhəri, H.Əliyev prospektində xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığı üçün rayon polis şöbəsinə dəvət olunmuş və izahatı alındıqdan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, 15 oktyabr 2021-ci il tarixdə idarə etdiyi “VAZ-21099” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən yol patrul xidməti əməkdaşları avtomobilinə saxla işarəsi vermişdir. Polis əməkdaşı İsmayıl Məmmədov ona yaxınlaşaraq avtomobildə işıq cihazları nasaz olduğu üçün onu avtomobili ilə birlikdə rayon polis şöbəsinə dəvət etmişdir. O, polis əməkdaşına törətdiyi əmələ görə cərimə yazılmasını və sonra usta çağıraraq nasazlığı aradan qaldırdıqdan sonra yoluna davam etməsini bildirmişdir. Lakin polis əməkdaşı təkidlə avtomobilin rayon polis şöbəsinə getməli olduğunu bildirmişdir. Polis əməkdaşına onun avtomobilinin duracağa getməsinin qanunda nəzərdə tutulması ilə bağlı sübut təqdim etməsini xahiş etdim. Bundan sonra əraziyə post patrul xidmətinin əməkdaşları dəvət olundu və o, avtomobilin polis şöbəsinə aparılmasına razılıq vermişdir. Bu barədə 102 xidmətinə də məlumat vermişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon X9 X11 yol patrul xidməti inspektoru X2 göstərdi ki, 14 oktyabr 2021-ci il tarixdə saat 23:00 radələrində yol patrul xidməti baş Şükür Sadullayevlə birlikdə İsmayıllı şəhəri, H.Əliyev prospektində xidmətdə olarkən “VAZ-2109” markalı 31 BVC 878 dövlət qeydiyyat nişanlı avtomobilin arxa işıq cihazlarının nasaz olduğu üçün sürücüyə saxla işarəsi verildi. Sürücüyə yaxınlaşaraq özünü təqdim etmiş və avtomobildə olan qayda pozuntusunu izah etmişdir. Həmin nasazlığın yerində aradan qaldırılması mümkün olmadığı üçün sürücünü avtomobili ilə birlikdə rayon polis şöbəsinə dəvət etdik. Lakin sonradan şəxsiyyəti məlum olan Şəxs etiraz edərək heç yerə getməyəcəyini bildirdi. Şəxs nizam-intizama dəvət etsə də o, ətrafda olan sakinlərin narahatçılığına səbəb olan hərəkətlər edərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan sonra əraziyə post patrul xidməti əməkdaşları dəvət olunmuş və sürücü avtomobili ilə birlikdə polis şöbəsinin mühafizə olunan duracağına gətirilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon X9 X11 yol patrul xidməti inspektoru X4 da şahid X1 izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etdiyini bildirdi. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 15 oktyabr 2021-ci il tarixdə saat 23 radələrində İsmayıllı şəhəri H.Əliyev prospektində idarə etdiyi “VAZ- 21099” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobildə işıq cihazları nasaz olduğu üçün İsmayıllı rayon X9 X11 əməkdaşları tərəfindən saxlanılmış, həmin nasazlığın yerində aradan qaldırılması mümkün olmadığı üçün polis şöbəsinə dəvət edilmiş və o, polis şöbəsinə getməkdən imtina edərək onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iş materiallarına əlavə edilmiş video görüntünü və digər sənədləri nəzərdən keçirib tərəflərin və şahidlərin izahatını dinləyərək hesab edir ki, Oktay İskəndərov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanunamüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-340/2021
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-340/2021
15.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver