Məhkəmə qərarları › İş №3(037)-341/2022

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-341/2022

10.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-341/2022 10.08.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs2 iştirakı ilə, xx xxxx 1994-cü il tarixdə Göyçay rayonu Bığır kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 10 avqust 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 14 iyun 2022-ci il tarixdə saat 09:00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ əsasında idarə etdiyi “VAZ-21060” markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Qarəməryam-İsmayıllı-Şəki yolunun İsmayıllı rayonu Qarakolluq kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla qarşıdan gələn X1 idarə etdiyi “Kamaz 5320” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması, nəticədə onun idarə etdiyi avtomobildə olan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yüngül dərəcəli bədən xəsarəti alması faktı üzrə təhqiqatçı Qoşqar Aslanlının 20 iyul 2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün şöbənin DYPB-nə göndərilmişdir. İsmayıllı rayon X5 X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsi ilə 14 iyun 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İsmayıllı rayon Polis Şöbəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin İsmayıllı rayon Polis Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, 14 iyun 2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobilində olan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tüngül bədən xəsarətləri almışlar. Hazırda zərərçəkmiş şəxslərin ondan tələb və şikayəti yoxdur. Yol hərəkəti qaydalarını pozduğuna görə səmimi peşmançılıq hissləri keçirir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Əməlindən səmimi peşman olması nəzərə alınmaqla ona qanun çərçivəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 oğlu izahat verək göstərdi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı yüngül bədən xəsarəti almışdır. Hazırda səhhətində hər hansı narahatlıq yoxdur. Şəxs qarşı tələb və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İşin baxılması vaxtı və yeri barədə zərərçəkmiş Zərərçəkmiş şəxs1 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəməyə gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək Şəxs qarşı tələb və şikayətinin olmadığını və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə AR İXM-nin 62.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 30 aprel 2015-ci il tarixdə verilmiş sürücülük vəsiqəsindən görünür ki, onun BC kateqoriyalı sürücülük hüququ vardır. Məhkəmə-Tibbi Ekspertiza və X2 314 №-li xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarət –sol gicgah nahiyyəsinin yarası küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 14 iyun 2022-ci il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə-Tibbi Ekspertiza və X2 318 №-li xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarət –sol gözün üst qapağının yarası, sol gözün ağlı qişasına qansızma, burnun, sağ əlin və sol dirsək oynağının sıyrıqları, sol gözün üst qapağının, sağ əlin arxa səthinin qançırları küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 14 iyun 2022-ci il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddir. İsmayıllı rayon X3 Bölməsinin təhqiqatçısı Qoşqar Aslanlının 20 iyul 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan qərar şöbənin X7 Böləsinə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 14 iyun 2022-ci il tarixdə saat 09:00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ əsasında idarə etdiyi “VAZ-21060” markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Qarəməryam-İsmayıllı-Şəki yolunun İsmayıllı rayonu Qarakolluq kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla qarşıdan gələn X1 idarə etdiyi “Kamaz 5320” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində Şəxs avtomobilində olan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yüngül dərəcəli bədən xəsarəti almışlar. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və zərərçəkmiş şəxsin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanunamüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 32, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar