Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 3(037)-342/2020 10.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin sədri Şirinov Rəfayel Səməd oğlu, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov rayon DYPŞ Yol Patrul Xidməti baş inspektoru polis leytenantı Ənvər Almuradov tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli, TP ******* nömrəli qərarından verdiyi şikayətə işin məhkəmədə baxılmasına hazırlanması zamanı baxaraq m ü ə y y ə n e t d im: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov rayon DYPŞ Yol Patrul Xidməti baş inspektoru polis leytenantı Ənvər Almuradov tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmin şikayət xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatına qəbul edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 3(005)- 1604/2020 saylı qərardadı ilə X1 xx xxxx 2020-ci il tarixli, TP ******* tarixli inzibati xəta haqqında qərarından verdiyi şikayət və ona əlavə olunmuş sənədlər baxılması üçün aidiyyəti üzrə İsmayıllı Rayon məhkəməsinə göndərilmişdir. Şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib, hesab edirəm ki, şikayət geri qaytarılmalıdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir. X3 şikayət ərizəsinə əlavə etdiyi Nərimanov rayon DYPŞ Yol Patrul Xidməti baş inspektoru polis leytenantı Ənvər Almuradov tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli, TP ******* nömrəli qərarının surətindən görünür ki, Roman Mamedov protokoldan narazı olmasını qeyd etmişdir. X5 sözü gedən qərarın surətini hansı tarixdə alması ilə bağlı heç bir rəsmi sənədi şikayətə əlavə etməmişdir. Roman Mamedov xx xxxx 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan qanunla müəyyən edilmiş müddət keçdikdən sonra, xx xxxxxx 2020-ci il tarixdə vermiş, şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətlə müraciət etməmişdir. Nərimanov rayon DYPŞ Yol Patrul Xidməti baş inspektoru polis leytenantı Ənvər Almuradov tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli, TP ******* nömrəli qərarından X3 tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və şikayət vermək üçün buraxılmış prosessual müddət bərpa edilmədiyindən hazırki şikayət geri qaytarılmalıdır. X2 şikayət ərizəsinə əlavə etdiyi Nərimanov rayon DYPŞ Yol Patrul Xidməti baş inspektoru polis leytenantı Ənvər Almuradov tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli, TP ******* qərarından şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətlə, məhkəməyə, səlahiyyətli orqana müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: X1 Nərimanov rayon DYPŞ Yol Patrul Xidməti baş inspektoru polis leytenantı Ənvər Almuradov tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli, TP ******* nömrəli qərarından şikayəti geri qaytarılsın. Sədr Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-342/2020
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №3(037)-342/2020
10.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver