Məhkəmə qərarları › İş №3(037)-343/2020

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-343/2020

14.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-343/2020 14.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1950-ci il tarixdə İsmayıllı rayonu Qalınçaq kəndində anadan olmuş, Sumqayıt şəhəri, 9-cu MKR, ev 9 V, mənzil 69-da yaşayan, evli, ali təhsili, təqaüdçü, fərdi identifikasiya nömrəsi 5LHCH05 Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala xx xxxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs nəqliyyat vasitələrini idarəetmə hüququ əsasında idarə etdiyi “Toyota Land-Cruiser Prado” markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobili xx xxxxxxxx 2020-ci il tarixdə saat 17:00 radələrində İsmayıllı şəhəri, M.F.Axundov küçəsində sərxoş vəziyyətdə idarə edərkən qarşıda eyni istiqamətdə hərəkətdə olan “VAZ-21063” markalı, ** MB *** dövlət qeydiyyat nişanlı avtomobilə vurması, nəticədə Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-21063” markalı, ** MB *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulması faktı üzrə barəsində İsmayıllı rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Sumqayıt şəhərində yaşayır və “Toyota Land-Cruiser Prado” markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitələrini idarəetmə hüququ əsasında idarə edir. xx xxxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərinə gəlmiş və bir qədər spirtli içki qəbul etmişdir. Həmin gün saat 17:00 radələrində idarə etdiyi avtomobillə İsmayıllı şəhəri, M.F.Axundov küçəsində hərəkətdə olarkən, fikri yayınmış və qarşıda hərəkətdə olan “VAZ-21063” markalı, ** MB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobil maddi ziyan dəymişdir. “VAZ-21063” markalı, ** MB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs dəymiş maddi ziyanla bağlı razılığa gəlmişdir. Törətdiyi əmələ görə peşmanlıq hisləri keçirir və gələcəkdə bir daha belə hallara yol verməyəcəyinə söz verir. Qeyd etdikləri nəzərə alınmaqla ona güzəşt olunmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobilinə maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyanla bağlı Şəxsla razılığa gəlmişdir. Ona görə də, Şəxs qarşı tələb və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. xx xxxxxxxx 2020-ci il tarixli, 379 saylı spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin tibbi müayinə aktından müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 16:10-da tibbi müayinədən keçirilərkən onun orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir. xx xxxxxx 2010-cu il tarixdə verilmiş AB 597414 nömrəli B kateqoriyalı sürücülük vəsiqəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs minik avtomobilini idarə etmə hüququ vardır. “xxxxxxxxxx” ASC-nin İsmayıllı filialının xx xxxxxxxx 2020-ci il tarixli arayışında “VAZ-21063” markalı, ** MB *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 119 (yüz on doqquz) manat miqdarında maddi zərər dəydiyi qeyd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs nəqliyyat vasitələrini idarəetmə hüququ əsasında idarə etdiyi “Toyota Land-Cruiser Prado” markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobili xx xxxxxxxx 2020-ci il tarixdə saat 17:00 radələrində İsmayıllı şəhəri, M.F.Axundov küçəsində sərxoş vəziyyətdə idarə edərkən qarşıda eyni istiqamətdə hərəkətdə olan “VAZ-21063” markalı, ** MB *** dövlət qeydiyyat nişanlı avtomobilə vurmuşdur. Nəticədə Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-21063” markalı, ** MB *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, ahıl yaşda olmasını, habelə ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə cəzası tətbiq etməyi qanunamüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 27, 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar