Məhkəmə qərarları › İş №3(037)-343/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-343/2021

29.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-343/2021 29.10.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi ilə, Azərbaycan Respublikası DİN İsmayıllı rayon X10 Xidmətinin 11 oktyabr 2021–ci il tarixli TP ******* saylı inzibati xəta haqqında edilmiş qərardan X4 tərəfindən verilmiş şikayətə 29 oktyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN İsmayıllı rayon X10 Xidmətinin 11 oktyabr 2021–ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsi haqda qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, 11 oktyabr 2021-ci il tarixdə saat 13:59 radələrində qardaşına məxsus olan VAZ 2144 markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri, Ələkbərzadə küçəsi ilə hərəkətdə olarkən, qarşısında hərəkətdə olan “Toyuta land Cruzer Prado” markalı, ** RD *** dövlət qeydiyyat nişanlı avtomobilin yolun sağ kənarında dayandığını görmüş, bundan sonra həmin avtomobil sola dönmə işığını yandıraraq qəflətən sola doğru manevr etmiışdir. Bu zaman həmin avtomovillə toqquşmamaq üçün o, əyləcdən istifadə etməklə idarə etdiyi avtomobili əks istiqamətli hərəkət zolağına çıxarmış və avtomobillə toqquşmuşdur. Həmin yol nəqliyyat hadisəsində həm onun, həm də digər avtomobilin sürücüsünün eyni dərəcəli təqsirkar olduğunu polis inspektoruna bildirsə də, inspektor hadisənin təkcə onun günahından baş verdiyini bildirmişdir. Odur ki, o hadisə ilə bağlı toplanmış sənədlər və polis əməkdaşı tərəfindən qəbul edilmiş qərarla birlikdə ekspertə müraciət etmiş və hadisənin video görüntüsünə əsasən və sürücülərin izahatında hadisə yerinin sxemində göstərilən məlumatlara görə “X11 Prado” markalı, 99RD983 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbayvan Respublikasının Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu, eyni zamanda hadisənin video görüntüsünə əsasən və sürücülərin izahatında hadisə yerinin sxemində göstərilən məlumatlara görə “Vaz 21144” markalı, 42BS490 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1, yəni onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olması barədə rəy verilmişdir. Göründüyü kimi hadisə yerinə gələn polis əməkdaşı hadisənin baş verməsini düzgün qiymətləndirməyərək, həmin yol nəqliyyat hadisəsində təkcə onun təqsirini müəyyən edərək yalnız onun barəsində inzibati protokol tərtib etmişdir. Hadisədən sonra onun avtomobilinə də kifayət qədər yüksək məbləğdə ziyan dəydiyi halda, polis əməkdaşının qanunsuz qərarına görə həmin ziyanı özü qarşılamalı, digər sürücü isə məsuliyyətdən kənarda qalmışdır. Ona görə də sözügedən qərarın qanunsuz və əsassız hesab edərək ləğv edilməsini və digər sürücü barədə inzibati məsuliyyət məsələsinin həll edilməsi üçün materialların səlahiyyətli orqana geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində qərar çıxarılmış X4 məhkəmə iclasında şikayətə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, özünün də sözügedən yol nəqliyyat hadisəsində günahkar olduğunu bilir, sadəcə olaraq polis inspektoru təkcə onun barəsində inzibati xəta haqqında qərar qəbul edərək, digər sürücünü inzibati məsuliyyətdən azad etməsi qanuni və ədalətli deyildir. Məhkəmə iclasında Azərbaycan Respublikası DİN İsmayıllı rayon X10 Xidmətinin baş inspektoru polis baş leytenantı X2 göstərdi ki, 11 oktyabr 2021–ci il tarixdə təxminən saat 14:00 radələrində xidmətdə olduğu vaxt, İsmayıllı şəhəri, Ələkbərov küçəsində yol nəqliyyat hadisəsi olduğu barədə məlumat aldıqdan sonra həmin əraziyə getmiş, yol-nəqliyyat hadisəsinin sxemi çəkilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, həmin tarixdə X4 nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edərək, nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirmiş və nəticədə X5 məxsus “X11 Prado” markalı, 99RD983 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və sürücü barəsində Azərbaycan Respublikasının İXM-nin 327.2 və 332.1-ci maddələri ilə inzibati protokol tərtib edilərək, müvafiq qərar qəbul edilmişdir. Digər avtomobilin sürücüsü tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmadığından onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməmişdir. Ona görə şikayət əsassız olduğundan təmin edilməmisini xahiş edir. Məhkəmə, barəsində qərar çıxarılmış şəxsin ərizəsini, digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, inzibati xəta haqqında qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İXM–nin 133.2.8–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan 11 oktyabr 2021–ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası tərəfindən verilmiş 14 oktyabr 2021-ci il tarixli 26 saylı rəydən görünür ki, hadisənin video görüntüsünə əsasən və sürücülərin izahatında hadisə yerinin sxemində göstərilən məlumatlara görə “X11 Prado” markalı, 99RD983 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbayvan Respublikasının Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hadisənin video görüntüsünə əsasən və sürücülərin izahatında hadisə yerinin sxemində göstərilən məlumatlara görə “Vaz 21144” markalı, 42BS490 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1, hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü PR.M.Sadıqlı “Vaz 21144” markalı avtomobili etibarnamaəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, X4, 11 oktyabr 2021–ci il tarixdə təxminən saat 14:00 radələrində X4 nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edərək, nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirmiş və nəticədə X5 məxsus “X11 Prado” markalı, 99RD983 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, onun əməlində Azərbaycan Respublikası İXM–nin 327.2 və 332.1–ci maddələrinin tərkibi olmuşdur. Nəticədə, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat inzibati cərimə edilmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş ekspert rəyindən görünür ki, sözügedən yol-nəqliyyat hadisəsi zamanı “X11 Prado” markalı, 99RD983 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində də “Yol hərəkəti haqqında” Azərbayvan Respublikasının Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Göstərilənlərə əsasən X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs Rəşad sadıqlının təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Eyni zamanda Rəşad Sadıqlı sözügedən yol-nəqiyyat hadisəsində digər sürücünün də təqsirinin olmasını əsas gətirərək, onun inzibati məsuliyyətə cəlb edilməməsini, məhz bu səbəbdən inzibati xəta haqqında qərarın ləğv edilməsini tələb etməkdə haqlı deyildir. Belə ki, yolnəqliyyat hadisəsi zamanı digər sürücünün də eyni zamanda təqsirli olması hazırki iş üzrə haqqında inzibati protokol tərtib edilmiş X1 həmin maddə ilə məsuliyyətini istisna etmir. Məhkəmə hesab edir ki, sözügedən yol nəqliyyat hadisəsi zamanı “X11 Prado” markalı, 99RD983 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində də “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu üçün onun əməlinə hüquqi qiymət verilməsi üçün aidiyyəti orqanlara (Azərbaycan Respublikası DİN İsmayıllı rayon X7 X9 və İsmayıllı Rayon Prokurorluğuna) məlumat verilməlidir. Məhkəmə, həmçinin müəyyən etdi ki, Azərbaycan Respublikası DİN İsmayıllı rayon X10 Xidməti inzibati xəta haqqında işə baxarkən, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.2–ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Məhkəmə, həmçinin şikayətin dəlillərini araşdırakən, müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanun norması düzgün tətbiq edilmişdir. Eləcə də, inzibati xəta haqqında protokola baxılarkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmiş və barəsində protokol tərtib edilmiş şəxsin iş üzrə icraat zamanı təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə kifayət qədər imkan yaradılmışdır. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, X1 Azərbaycan Respublikası İXM–nin 327.21–ci maddəsi əsasında inzibati cərimə edilməsinə dair 11 oktyabr 2021–ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57 və 110–cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X1 Azərbaycan Respublikası DİN İsmayıllı rayon X10 Xidmətinin 11 oktyabr 2021–ci il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN İsmayıllı rayon X10 Xidmətinin 11 oktyabr 2021–ci il tarixli TP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş qərarı dəyişdirilmədən saxlanılsın. “X11 Prado” markalı, 99RD983 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində də “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu üçün onun əməlinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası DİN İsmayıllı rayon X7 X9 və İsmayıllı Rayon Prokurorluğuna məlumat verilsin. Qərardan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar