Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-343/2023 03.08.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakı ilə, 16 dekabr 1983-cü il tarixdə İsmayıllı rayonu Qalacıq kəndində anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Rusiya Federasiyası, Ryazan şəhəri, Oktyabrs rayonu Pronskaya küçəsi, ev 6 ünvanında qeydiyyatda olmaqla, İsmayıllı rayonu İstisu kəndində yaşayan Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 03 avqust 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli 2 (037) – 529 / 2018 saylı qətnaməsinə əsasən 09 aprel 2018-ci il tarixdən başlayaraq Şəxs 07 oktyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa 90 (doxsan) manat məbləğində aliment tutularaq Əmirova (Mirzəyeva) Aidə Vaqif qızına ödənilməsi qət edilmişdir. İş üzrə icra sənədləri İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu bir il ərzində eyni icra sənədinə münasibətdə icra məmurunun qanuni tələblərini təkrarən qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkar Zərərçəkmiş şəxs ödənilməli olan 3055 (üç min əlli beş) manat məbləğində aliment borcu ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə 03 avqust 2023-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İcra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, Şəxs icra sənədləri üzrə tələbin könüllü olaraq ödənilməsi barədə bildiriş göndərilmiş, lakin borclu icra sənədini vaxtında və tam icra etməmişdir. Borclu çağırışlara gəlməmiş və barəsində axtarış qərarı qəbul edilmişdir. Həmin qərar əsasında Şəxs 03 avqust 2023-cü il tarixdə polis vasitəsi ilə şöbəyə gətirilmişdir. Hazırda onun 3055 (üç min əlli beş) manat məbləğində aliment borcu vardır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, heç bir yerdə işləmədiyindən təyin olunmuş alimenti vaxtlı- vaxtında tam olaraq ödəyə bilməmiş və məhkəmənin qərarı ilə 12 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra o borcundan ümumilikdə 4685 manat ödəniş etmişdir. Belə ki o, tək yaşayır və iş tapmaqda çətinlik çəkir. 2022-ci ildə və 2023-cü ilin may ayına qədər fəhlə olaraq işləmiş və müəyyən məbləğdə ödənişlər etmişdir, may ayından isə işlədiyi əmək haqqını almamış və onun ümumilikdə 800 manata yaxın alacağı vardır. Əmək haqqını yaxın zamanlarda alacaqdır və tələbkara 500 manat ödəyəcəkdir. Hazırda onun 3055 (üç min əlli beş) manat aliment borcu vardır. Ona vaxt verilərsə 07 avqust 2023-cü il tarixdə borcundan 500 (beş yüz) manatı tələbkara ödəyəcəkdir. Bundan başqa yeni iş yeri tapmışdır və hər ay maddi imkanı daxilində ödnişlər edəcəkdir. İşlədiyi müddət ərzində o, borcunu ödəyir, lakin bəzən iş tapmaqda çətinlik çəkir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, 3055 (üç min əlli beş) manat aliment borcun tam şəkildə ödənilməsini tələb edir. Bu müddət ərzində az bir məblığ ödəniuş etmişdir. O, yalan danışır vaxt verilərsə borcunu ödəməyəcək və məsuliyyətdən yayınacaq. Şəxs borcunu tam şəkildə ödəmədiyi təqdirdə onun inzibati qaydad tənbeh edilməsini məhkəmədən xahiş edir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(037)-346/2021 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətində inzibati həbs edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(037)-533/2022 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 12 (on iki) gün müddətində inzibati həbs edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(037)-250/2023 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş və məhkəməyə göndərilmiş 22 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmikş sənədlər İsmayıllı rayon İcra və Probasiya şöbəsinə qaytarılmışdır. təqsirli bilinərək 12 (on iki) gün müddətində inzibati həbs edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə və digər sübutlarla müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli 2 (037) – 529 / 2018 saylı qətnaməsinə əsasən 09 aprel 2018-ci il tarixdən başlayaraq Şəxs 07 oktyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa 90 (doxsan) manat məbləğində aliment tutularaq Əmirova (Mirzəyeva) Aidə Vaqif qızına ödənilməsi qət edilmiş, dir. İş üzrə icra sənədləri İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu bir il ərzində eyni icra sənədinə münasibətdə icra məmurunun qanuni tələblərini təkrarən qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkar Zərərçəkmiş şəxs ödənilməli olan 3055 (üç min əlli beş) manat məbləğində aliment borcu ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə 03 avqust 2023-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İş üzrə icra sənədləri İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilmiş, həmin protokolda borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyi qeyd edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, Şəxs aliment borcunu tələbkara ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyi üçün İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 3(037)-346/2021 saylı və xx.xx.2022-ci il tarixli, 3(037)-533/2022 saylı qərarları ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 və 12 gün müddətində inzibati qaydada həbs edilmiş, bundan sonra o, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 120 manat, xx.xx.2023-cü il tarixdə 95 manat olmaqla ümumilikdə 315 manat ödəmiş etmişdir. Göründüyü kimi Şəxs yaranmış borcu ilə bağlı iki dəfə inzibati qaydada məsuliyyətinə cəlb olunmuş və inzibati həbsdən çıxdıqdan sonra tələbkara ümumilikdə 315 manat aliment borcunu ödənilməsini təmin etmişdir. Eyni zamanda o, hazırda fəhlə işlədiyini və may, iyun və iyul aylarının maaşını almadığını, ümumilikdə 800 manata yaxın əmək haqqı alacağının olduğunu və xx.xx.2023-cü il tarixdə 500 manat ödəyə biləcəyini bildirir. Bütün bunlar Şəxs qətnamənin icrasından qərəzəli olaraq boyun qaçırmamasına əsas verir. Şəxs yenidən inzibati qaydada həbs olunması onun icra vərəqəsinin icrasını təmin etməsində çətinlik yaradacaqdır. İcra məmurunun qeyd etdiyi hallar isə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin qərəzli şəkildə yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi, həmin Məcəllənin 528.1-1-ci maddəsi isə bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsini nəzərdə tutulur. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Nemət Abbasovun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-343/2023
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-343/2023
03.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver