Məhkəmə qərarları › İş №3(037)-344/2022

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-344/2022

02.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-344/2022 02.08.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – İsmayıllı rayon X10 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxx 1986-cı ildə İsmayıllı rayon Qoşakənd kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala 02 avqust 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 14 iyun 2022-ci il tarixdə saat 19:00 radələrində İsmayıllı rayonu Ağbulaq kəndində yerləşən meşəlik ərazidə həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunu vuraraq ona sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə qəsdən döyməsi faktı üzrə İsmayıllı rayon X8 Bölməsinin müstəntiqi Qoşqar Aslanlının 13 iyul 2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin X2 verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 02 avqust 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X10 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Ruslan Şirvanov izahatında göstərdi ki, Şəxs İsmayıllı rayonu Ağbulaq kəndində həmkəndlisi Zərərçəkmiş şəxs döyməsi faktı üzrə araşdırma aparılmış və əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan hadisə nəticəsində zərərçəkmiş şəxsə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirildiyi üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, İsmayıllı rayonu Qoşakənd kəndində yaşayır. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Hadisə baş verməmişdən bir gün öncə Həsəni və digər həmkəndlilərini işləmək üçün Keyvəndi kəndinə aparmışdır. Orada Həsənlə aralarında mübahisə yaranmışdır. 14 iyun 2022-ci il tarixdə Həsən ona zəng edərək görüşmək istədiyini bildirmişdir. Küçəyə çıxmış və Həsən qaynı Sahib və həmkəndlisi Elməddinlə birlikdə onun yanına gəlmişdir. Elməddinin idarə etdiyi avtomobilə əyləşərək Ağbulaq kəndindəki meşəliyə getmişlər. Orada söhbət zamanı aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Həsən onu yumruqla vurmuşdur. O da özünü müdafiə edərkən Həsənə əl qol hərəkətləri atmışdır. Sonra Sahib və Elməddin onları ayırmışdır. Aldığı xəsarətlərdən bir neçə gün müalicə almış və maddi ziyan çəkmişdir. Ona dəymiş maddi ziyanı Zərərçəkmiş şəxs ödəyəcəyini öhdəsinə götürmüşdür. Hazırda onlar barışmışlar və Zərərçəkmiş şəxs onu bağışlamışdır. Odur ki, işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Şəxs onun həmkəndlisidir. 14 iyun 2022-ci il tarixdə Keyvəndi kəndi meşəliyində Maariflə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Maariflə qarşılıqlı olaraq birbirilərini vurmuşlar. Həmin vaxt orada qaynı Sahib və həmkəndlisi Elməddin orada olmuşlar. Hazırda o, Maarifi bağışlamış və onlar barışmışlar. Maariflə barışmasını nəzərə alaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş edirəm. Məhkəmədə şahid qismində izahat verən X6 izahatında göstərdi ki, 14 iyun 2022-ci il tarixdə Maariflə Pünhanın mübahisəsi olmuşdur. Mübahisə Ağbulaq kəndi ərazisindəki meşəlikdə olmuşdur. Mübahisə zamanı Maariflə Həsən qarşılıqlı olaraq bir-birilərini vurmuşlar. Həmin vaxt orada olan Elməddinlə birlikdə onları ayırmışlar. Məhkəmədə şahid qismində izahat verən X3 izahatında göstərdi ki, Maariflə Həsən onun həmkəndlisidir. 14 iyun 2022-ci il tarixdə Maariflə Pünhanın mübahisəsi olmuşdur. Mübahisə zamanı Maariflə Həsən qarşılıqlı olaraq bir-birilərini vurmuşlar. Həmin vaxt orada olan Elməddinlə birlikdə onları ayırmışlar. Mübahisə Ağbulaq kəndi ərazisindəki meşəlikdə olmuşdur. Məhkəmə-Tibbi Ekspertiza və X4 320 №-li 20 iyun 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət –boynun qançırı küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 14 iyun 2022-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İsmayıllı rayon X9 Bölməsinin təhqiqatçısı Qoşqar Aslanlının xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs və Zərərçəkmiş şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün barələrində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə inzibati tədbir görülməsindən ötrü şöbənin X2 göndərilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 14 iyun 2022-ci il tarixdə saat 19:00 radələrində İsmayıllı rayonu Ağbulaq kəndində yerləşən meşəlik ərazidə həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunu vuraraq ona sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə qəsdən döymüşdür. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta törətmiş şəxs Maarif Həsənov zərərçəkmiş Zərərçəkmiş şəxslə barışmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati xətanı törətmiş şəxs Şəxs zərərçəkmiş Zərərçəkmiş şəxslə barışdığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinin tələbinə görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9, 105, 110-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar