Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-345/2020 14.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1972-ci il tarixdə İsmayıllı rayonu Mican kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Аzərbaycan Respublikası Qanunverciliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla satış məqsədi olmadan əldə etdiyi, şəxsi istehlak miqdarında 1 ədəd hündürlüyü 192 sm, ümumi təmiz çəkisi 375,00 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisini əkməsi, həmin narkotik vasitənin xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı evin həyətindən aşkar edilərək götürülməsi faktı üzrə İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Şəhriyar Fərəcovun xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin İctimai Təhlükəsizlik Bölməsinə verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə xx xxxxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 izahatında göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə məlumat əsasında Şəxs yaşadığı evin həyətində narkotik vasitə olduğu barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında Şəxs yaşadığı evin həyətinə baxış keçirilmiş və 1 ədəd narkotik vasitə olan bitki aşkar edilmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından xx xxxxxx 2020-ci il tarixdə cinayət işinin başlanılması rədd edilmiş və barəsində ərəfindən inzibati protokol tərtib edərək məhkəməyə göndərilmişdir. Protokolu müdafiə edir və Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, İsmayıllı rayonu Mican kəndində yaşayır. Yaşadığı evin həyətində bir ədəd narkotik tərkibli çətənə bitkisi əkmişdir. xx xxxxxx 2020-ci il tarixdə polis əməkdaşları onun yaşadığı evə gəlmiş və evin həyətinə baxış keçirmişlər. Baxış zamanı evin həyətindən həmin narkotik tərkibli çətənə bitkisi aşkar edilmişdir. Həmin bitkini satmaq fikri olmamış, gələcəkdə özü istifadə etmək üçün əkmişdir. Hazırda əməlindən peşmandır. Gələcəkdə bir daha belə hallara yol verməyəcəyini söz verir və ona güzəşt olunmasını xahiş edir. Məhkəmə Ekspertizası X3 Bölməsinin xx xxxxxx 2020-ci il tarixli 17/503 saylı ekspert rəyindən görünür ki, Şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş 1 (bir) ədəd bitki sözləri yazılmış, sellofan torbanın içərisindəki, 001 (bir) ədəd, hündürlüyü 192 sm, təmiz çəkisi – 375,00 qram olan bitki nümunəsi əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. (ümumi təmiz çəkisi 375,00 qram olan çətənə (kannabis) bitkisindən 0,05 qram tədqiqata sərf edilmiş, qalıq hissənin ümumi çəkisi 374,95 qramdan ibarətdir). İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Şəhriyar Fərəcovun xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün onun barəsində cinayət işinin başlanması rədd edilmiş, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinin tərkibi olduğundan onun barəsində olan materiallar inzibati tədbir görülməsindən ötrü İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza dəyəri 35 (otuz beş) manat 97 qəpik təşkil edir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs Аzərbaycan Respublikası Qanunverciliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla satış məqsədi olmadan əldə etdiyi, şəxsi istehlak miqdarında 1 ədəd hündürlüyü 192 sm, ümumi təmiz çəkisi 375,00 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisini əkmiş, həmin narkotik vasitə xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı evin həyətindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-cı maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi, inzibati cərimənin 200 (iki yüz) manat miqdarında müəyyən edilməsini qanunamüvafiq hesab edir. İş üzrə ekspertiza xərci olan 35 (otuz beş) manat 97 qəpik məbləği Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir İş üzrə maddi sübut – tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan və hazırda İsmayıllı Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan 375,94 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 32, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-cı maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat miqdarında inzibati cərimə edilsin. İş üzrə ekspertiza xərci olan 35 (otuz beş) manat 97 qəpik məbləği Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut – tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan və hazırda İsmayıllı Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan 375,94 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-345/2020
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-345/2020
14.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver