Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-345/2022 02.08.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx xxxx 1990-cı il tarixdə İsmayıllı rayonu Kürdmaşı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, İsmayıllı rayonu Xankəndində yaşayan, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində haqqında İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208 və 590.2-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala 02 avqust 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X3 Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan 1 (bir) ədəd “İJ” markalı, 12 çaplı, qoşa lüləli, 12116 nömrəli yivsiz lüləli ov tüfəngini özündə saxlaması və Аzərbaycan Respublikası Qanunverciliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla satış məqsədi olmadan əldə etdiyi, şəxsi istehlak miqdarında 2 (iki) ədəd, ümumi təmiz çəkiləri – 3575 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisini əkməsi, həmin narkotik vasitənin və ov tüfənginin 13 iyul 2022-ci il tarixdə İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı evin həyətindən aşkar edilərək götürülməsi faktı üzrə İsmayıllı rayon X5 Qrupunun təhqiqatçısı Qoşqar Aslanlının 01 avqust 2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208 və 590.2-ci maddələri ilə inzibati tədbir görülməsindən ötrü şöbənin X2 verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208 və 590.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli 3(037)-345 nömrəli qərardadına əsasən 3(037)-345 saylı və 3(037)-346 inzibati işlər bir icraatda birləşdirilərək işə 3(037)-345 nömrəsi verilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Baba Həsənov izahatında göstərdi ki, 13 iyul 2022-ci il tarixdə Şəxs yaşadığı evə baxış keçirilərkən, evin həyətindən ov tüfəngi aşkar edilərək götürülmüşdür. Şəxs əməlində cinayət tərkibi olmadığından 01 avqust 2022-ci il tarixdə cinayət işinin başlanılması rədd edilmiş və barəsində onun tərəfindən İnzibati Xətalar Məcəlləsinin 208 və 590.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, ailəsi ilə birlikdə İsmayıllı rayonu Kürdmaşı kəndində yaşayır. 13 iyul 2022-ci il tarixdə polis əməkdaşları onun yaşadığı evə baxış keçirərmişdir. Baxış zamanı evin həyətindən həmin narkotik tərkibli çətənə bitkisi aşkar edilmişdir. Həmçinin evindən babasından qalma ov tüfəngi də olmuşdur. Tüfəngin sənədləri yoxdur. Narkotik vasitəni isə satmaq fikri olmamış, gələcəkdə özü istifadə etmək üçün əkmişdir. Əməlindən peşmandır. Gələcəkdə bir daha belə hallara yol verməyəcəyini söz verir və ona güzəşt olunmasını xahiş edir. Məhkəmə Ekspertizası Mərkəzinin X6 14 iyul 2022-ci il tarixli 17/565 saylı ekspert rəyindən görünür ki, Şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş 2 (iki) ədəd hündürlükləri ümumi təmiz çəkiləri – 3575 qram olan bitki nümunəsi əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. (ümumi təmiz çəkisi 3575 qram olan çətənə (kannabis) bitkisindən hər bitkidən 0,05 qram olmaqla 0,10 qram tədqiqata sərf edilmiş, qalıq hissənin ümumi çəkisi 3574,90 qramdan ibarətdir). 02 avqust 2022-ci il tarixli raportdan görünür ki, İsmayıllı rayonu Kürdmaşı kənd sakini Şəxs yaşadığı evdən götürülmüş 1 (bir) ədəd “İJ” markalı, 12 çaplı, qoşa lüləli, 12116 nömrəli yivsiz lüləli ov tüfəngi İsmayıllı rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmişdir. İsmayıllı rayon X5 Qrupunun təhqiqatçısının 01 avqust 2022-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün onun barəsində cinayət işinin başlanması rədd edilmiş, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208 və 590.2-ci maddələrinin tərkibi olduğundan barəsində olan materiallar inzibati tədbir görülməsindən ötrü İsmayıllı rayon Polis Şöbəsinin X2 göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs Аzərbaycan Respublikası Qanunverciliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla satış məqsədi olmadan əldə etdiyi, şəxsi istehlak miqdarında 2 (iki) ədəd, ümumi təmiz çəkiləri – 3575 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisini əkməsi, həmin narkotik vasitəni yaşadığı evin həyətində əkməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmçinin Şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan 1 (bir) ədəd “İJ” markalı, 12 çaplı, qoşa lüləli, 12116 nömrəli yivsiz lüləli ov tüfəngini özündə saxlamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 208-ci maddəsinə əsasən Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə, yetişdirilməsinə və ya onların (onların hissələrinin) toplanılmasına) görə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq qərara gəlir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208 və 590.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin tələblərinə əsasən törətdiyi inzibati xətalardan daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində həmin Məcəllənin 208-ci maddəsində nəzərə tutulmuş 200 (iki yüz) manat miqdarında inzibati cərimə edilməlidir. Bundan əlavə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələblərinə əsasən Şəxs həmin Məcəllənin 590.2-ci maddəsində nəzərdə tutulmuş əlavə cəza təyin edilərək 1 (bir) ədəd “İJ” markalı, 12 çaplı, qoşa lüləli, 12116 nömrəli yivsiz lüləli ov tüfəngi müsadirə edilməlidir. İş üzrə maddi sübut – tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan və hazırda İsmayıllı Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan 3574,90 qram çəkidə çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkisi məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 26, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208 və 590.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulan daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində nəzərdə tutulmuş 200 (iki yüz) manat miqdarında inzibati cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş əlavə cəza təyin edilərək İsmayıllı Rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd “İJ” markalı, 12 çaplı, qoşa lüləli, 12116 nömrəli yivsiz lüləli ov tüfəngi müsadirə edilsin və qərar qanuni qüvvəsini aldıqdan sonra həmin silah Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilsin. İş üzrə maddi sübut – tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan və hazırda İsmayıllı Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan 3574,90 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-345/2022
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-345/2022
02.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver