Məhkəmə qərarları › İş №3(037)-346/2025

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-346/2025

06.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-346/2025 06.11.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarova Nərmin Rabit qızının sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X3 iştirakları ilə, İsmayıllı rayon X6 X7 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərardan X4 tərəfindən verilmiş şikayətə 06 noyabr 2025-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon X6 X7 xx.xx.2025ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, usta işləyir və istifadəsində “VAZ-2106” markalı avtomobil vardır. 01 oktyabr 2025-ci il tarixdə idarə etdiyi avtomobillə İsmayıllı şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən yol patrul xidməti əməkdaşları avtomobilinə saxla işarəsi vermişdir. Avtomobilini saxladıqdan sonra polis əməkdaşları ona yaxınlaşaraq avtomobilinin arxa yaylarının kəsildiyini bildirmişlər. O, avtomobilinin arxa yaylarının kəsilmədiyini, usta işlədiyi üçün avtomobilinin yük yerində təmir tikinti alətlərinin olduğunu bildirmişdir. Polis əməkdaşları yük yerinə baxdıqdan sonra avtomobilinin arxa yaylarının kəsilmədiyinə əmin olmuşlar. Bundan sonra avtomobildə əyləşən İsmayıllı rayon Dövlət X7 rəisi ona manevr qaydalarını pozduğunu bildirmiş və digər polis əməkdaşına barəsində protokol tərtib etməyini tələb etmişdir. O, görüntü tələb etsə də, heç bir görüntü olmadığı müəyyən olunmuşdur. Sonradan bir neçə dəfə polis şöbəsinə gedərək görüntü tələb etdikdə ona görüntünün “Gəncə təndiri” adlanan çörək mağazasının kamerlarından götürüləcəyi və bir neçə günə hazır olacağı ona bildirilmişdir. Buna baxmayaraq hazırki günədək ona heç bir görüntü təqdim olunmamışdır. Onun barəsində 01 oktyabr 2025-ci il tarixdə tərtib olunmuş protokola 14 gün sonra yəni 14 oktyabr 2025-ci il tarixdə onun iştirakı olmadan baxılaraq qərar qəbul edilmişdir. Barəsində tərtib olunmuş protokolu və həmin protokol əsasında qəbul edilmiş qərarla razı deyildir. Ona görə də, qeyd olunan qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş X4 şikayətin məzmununa uyğun izahat verərək göstərdi ki, heç bir qayda pozmadığı halda barəsində protokol tərtib edilmiş və həmin protokol əsasında qərar qəbul edilərək cərimə edilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla İsmayıllı rayon X6 X7 xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İsmayıllı rayon X6 X7 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Məcəllə) 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 01 oktyabr 2025-ci il tarixdə, saat 21:30-da idarə etdiyi “VAZ-2106” minik markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə Məcəllənin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə şikayətçinin izahatını. şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilmədir. Məcəllənin 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 327-1.1, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Məhkəmə tərəfindən İsmayıllı rayon X6 Yol Polis X2 tərəfindən verilmiş şikayətə baxılmasının vaxtı və yeri barədə bildirişlər göndərilsə də, onlar məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin (inzibati xəta haqqında protokol, xüsusi texniki vasitə ilə çəkilmiş foto, video və sair materialları) məhkəməyə təqdim olunmasını təmin etməmişlər. Bununla da, İsmayıllı rayon X6 Yol Polis X1 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan xətanı törətməsini, mübahisələndirilən qərarın qanuniliyini sübuta yetirməmişdir. Belə ki, X3 İXMnin 327.2-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilməsi vəzifəsi inzibati xəta üzrə araşdırmanı həyata keçirən orqanın üzərinə düşür və Ağaməhəmməd Cəbrayılov öz təqsirsizliyini sübuta yetirməli deyil. Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Məhkəmə, həmçinin hesab edir ki, Məcəllənin 327.2-ci maddəsi ilə X3 inzibati cərimə edilməsinə dair 14 oktyabr 2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarın Məcəllənin tələblərinin əhəmiyyətli dərəcədə pozulması zamanı qanunsuz olaraq qəbul edilməsi müəyyən edilsə də, əməldə inzibati xəta tərkibi olmadığından, inzibati xəta haqqında işə yenidən baxılması məqsədilə səlahiyyətli orqana və ya vəzifəli şəxsə qaytarılmasına zərurət yoxdur. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, X3 Məcəllənin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair İsmayıllı rayon X6 X7 İnzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsinin 14 oktyabr 2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı əməldə inzibati xəta tərkibi olmadığına görə ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İnzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayət təmin edilsin. X3 İsmayıllı rayon X6 X7 14 oktyabr 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi andan 10 gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Qoşqarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar