Məhkəmə qərarları › İş №3(037)-348/2020

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-348/2020

16.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-348/2020 16.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1994-cü il tarixdə İsmayıllı rayonu Sərdahar kəndində anadan olmuş, İsmayıllı rayonu İsmayıllı kəndində qeydiyyatda olmaqla, İsmayıllı şəhəri, Ş.Qurbanov küçəsi, ev 31-də yaşayan, subay, orta təhsili, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X1 Yol-Patrul Xidməti Alayının 4-cü taqımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2 və 333.3-cü maddələri ilə daxil olan inzibati xəta haqqında materiala xx xxxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx xxx 2020-ci il tarixdə avtomobili nəqliyyat vasitəsini idarə etmə hüququ əsasında alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq, xx xxxxxxxx 2020-ci il tarixdə saat 23:00 radələrində nəqliyyat vasitələrini idarəetmə hüququ əsasında idarə etdiyi “VAZ-21214” markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobili Muğanlı-İsmayıllı yolunun 36 km-də sərxoş vəziyyətdə idarə edərkən qarşıda eyni istiqamətdə hərəkətdə olan “Renault Magane” markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilə vurması, nəticədə Zərərçəkmiş şəxs idarə etdiyi “Renault Magane” markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulması faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2 və 333.3-cü maddələri ilə xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Söhrab İsmayılov izahat verərək göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 23 radələrində özünə məxsus “VAZ-21214” markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobili Muğanlı-İsmayıllı yolunun 36 km-də idarə edərkən, qarşıda eyni istiqamətdə hərəkətdə olan “Renault Magane” markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobillə düzgün ara məsafəsi saxlamamış, idarəetməni itirərək həmin avtomobilin arxa hissəsindən vurmuşdur. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə maddi ziyan dəymişdir. O, həmin bir qədər spirtli içki qəbul etmişdir. “Renault Magane” markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı sığorta şirkəti ödəyəcəkdir. Törətdiyi əmələ görə peşmanlıq hisləri keçirir və gələcəkdə bir daha belə hallara yol verməyəcəyinə söz verir. Qeyd etdikləri nəzərə alınmaqla ona güzəşt olunmasını məhkəmədən xahiş edir. İşin baxılması vaxtı və yeri barədə zərərçəkmiş Zərərçəkmiş şəxs lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, məhkəməyə teleqramma ünvanlayaraq, üzrlü səbəbdən məhkəmə iclasına gələ bilməyəcəyini, ona dəymiş maddi ziyanı tələb etdiyini və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə AR İXM-nin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx xxxxxxxx 2020-ci il tarixli, 389 saylı spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin tibbi müayinə aktından müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 23:40-da tibbi müayinədən keçirilərkən onun orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir. xx xxxx 2013-cü il tarixdə verilmiş AB 506287 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs minik avtomobilini idarə etmə hüququ vardır. “FNC Motors”-un xx xxxxxxxx 2020-ci il tarixli arayışında “Renault Magane” markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 6081 (altı min səksən bir) manat miqdarında maddi zərər dəydiyi qeyd edilmişdir. Portal məlumat bazası üzrə çıxarışdan görünür ki, Şəxs xx xxx 2020-ci il tarixdə “VAZ- 21214” markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, xx xxx 2020-ci il tarixdə avtomobili nəqliyyat vasitəsini idarə etmə hüququ əsasında alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq, xx xxxxxxxx 2020-ci il tarixdə saat 23:00 radələrində nəqliyyat vasitələrini idarəetmə hüququ əsasında idarə etdiyi “VAZ-21214” markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobili Muğanlı-İsmayıllı yolunun 36 km-də sərxoş vəziyyətdə idarə edərkən qarşıda eyni istiqamətdə hərəkətdə olan “Renault Magane” markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilə vurmuşdur. Nəticədə Zərərçəkmiş şəxs idarə etdiyi “Renault Magane” markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2 və 333.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun səmimi peşimançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2 və 333.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilərək nəqliyyat vasitələrini idarə etmək hüququnun 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 700 (yeddi yüz) manat məbləğində cərimə cəzası tətbiq etməyi qanunamüvafiq hesab edir Həmçinin, inzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduğunu nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36-cı maddəsinə əsasən məhkəmə Zərərçəkmiş şəxs məxsus “Renault Magane” markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələnin baxılmamış saxlanılmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda zərərçəkmiş şəxsə izah edilir ki, əmlak zərərinin əvəzinin ödənilməsi haqda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 34, 36, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2 və 333.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilərək nəqliyyat vasitələrini idarə etmək hüququnun 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilsin. Zərərçəkmiş şəxs məxsus “Renault Magane” markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələ baxılmamış saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar