Məhkəmə qərarları › İş №3(037)-349/2020

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-349/2020

25.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-349/2020 25.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Razim oğlunun iştirakı ilə iştirakı ilə, xx xxx 1975-ci il tarixdə İsmayıllı rayonu Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, İsmayıllı rayonu Kələzeyvə kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Lökbatan qəsəbəsində yaşayan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 21iyun 2019-cu il tarixli 2 (037) – 518 / 2019 nömrəli qətnaməsinə əsasən xx xxxxxx 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilən aliment miqdarı artırılaraq hər ay 100 (yüz) manat məbləğində ödənilməsi qət edilmişdir. Qətnamə üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu həmin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və tələbkara ödənilməli olan 1220 (min iki yüz iyirmi) manat borcu ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx xxxxxxxx 2020-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İcra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə dair icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə bildiriş göndərilmiş, lakin borclu icra sənədini vaxtında və tam icra etməmişdir. İcra sənədi İcra Şöbəsinin icraatında olduğu müddət ərzində borclunun əmlak vəziyyətini yoxlamaq üçün müvafiq orqanlara sorğular göndərilmişdir. Borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Borclu barəsində inzibati qaydada protokol tərtib edilərkən onun tələbkara 1220 (min iki yüz iyirmi) manat ödənilməmiş aliment borcu qalmışdır. Borclu məhkəmə iclasında borcundan tələbkara 100 (yüz) manatını ödəmişdir. İş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, o, Bakı şəhərində “Sədərək” ticarət mərkəzində yük daşımaqla məşğuldur. Təyin olunmuş aliment məbləğindən hər ay ödənişlər etmişdir. Lakin, aprel ayından iş yerləri bağlandığından heç yerdə işləyə bilməmişdir. Ona görə də, 1220 (min iki yüz iyirmi) manat aliment borcu yaranmışdır. Oktyabr ayından hər ay 150 (yüz əlli) manat məbləğində aliment ödəyərək yaranmış aliment borcunu getdikcə azaltmaqla gecikməni aradan qaldırmağı öhdəsinə götürür. Hazırda borcundan tələbkara 100 (yüz) manatını tələbkara ödəmiş və 1120 (min yüz iyirmi) manat borcu qalmışdır. Onun qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasından boyun qaçırmaq niyyəti yoxdur və həmin qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini maddi imkansızlıq üzündən və özündən asılı olmayan səbəblərdən yerinə yetirə bilməmişdir. Hesab edir ki, onun tərəfindən hər hansı inzibati xətaya yol verilməmişdir. Ona görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir.. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Eyvaz hazırda aliment borcundan ona 100 (yüz) manatını ödəmiş və 1120 (min yüz iyirmi) manat borcu qalmışdır. Şəxs ona olan aliment borcunu tezliklə ödəyərək alimentin ödənilməsində yaranmış gecikməni aradan qaldıracağını və hər ay 150 (yüz əlli) manat ödəyəcəyini vəd etmişdir. Hazırki vəziyyətdə Şəxs şikayəti və tələbi yoxdur. Şəxs inzibati qaydada tənbeh edilməsini istəmir və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən tərtib olunmuş xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2 (037) – 518 / 2019 saylı qətnaməsi üzrə borclu Şəxs 1220 (min iki yüz iyirmi) manat aliment borcunu Zərərçəkmiş şəxs ödənilməsini təmin etməmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs verdiyi xx xxxxxxxx 2020-ci il tarixli qəbzindən görünür ki, Şəxs ona olan 1220 (min iki yüz) manat aliment borcundan 100 (yüz) manatını ona ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2 (037) – 518 / 2019 nömrəli qətnaməsinə əsasən xx xxxxxx 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilən aliment miqdarı artırılaraq hər ay 100 (yüz) manat məbləğində ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İş üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilmiş, həmin protokolda qeyd edilmişdir ki, həmin protokolda borclunun qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyi qeyd edilmişdir. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, Şəxs İsmayıllı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsinə dair icra sənədi üzrə yaranmış 1220 (min iki yüz iyirmi) manatdan 100 (yüz) manatını məhkəmə prosesində Zərərçəkmiş şəxs ödəmişdir. Şəxs İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2 (037) – 518 / 2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə dair icra sənədi aliment borcunun hissə-hissə ödənilməsi ilə bağlı zərərçəkmiş şəxslə razılığa gəlmişdir. Hazırda zərərçəkmiş şəxsin də ondan hər hansı tələbi və ya şikayəti yoxdur. Borclunun hər hansı gəlir mənbəyi olmaması və maddi vəziyyətinin səviyyəsi onu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar öhdəliklərdən azad etməsə də, məhkəmə qərarının icra edilməsində müəyyən çətinliklər yaranmasına səbəb olur. Bundan əlavə, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən də görünür ki, borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. İcra məmurunun qeyd etdiyi hallar isə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulur. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar