Məhkəmə qərarları › İş №3(037)-35/2022

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-35/2022

26.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-35/2022 26.01.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakı ilə, xx xxxx 1998-ci il tarixdə İsmayıllı rayonu Qubaxəlilli kəndində anadan olmuş, İsmayıllı rayonu Çərmədil kəndində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 26 yanvar 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 26 avqust 2021-ci il tarixdə saat 09:00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ əsasında idarə etdiyi “VAZ-21214” markalı ** HH *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla qarşıda manevr edən X1 idarə etdiyi “VAZ-21214” markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması, nəticədə Şəxs avtomobilində olan sərnişinlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yüngül bədən xəsarəti alması faktı üzrə təhqiqatçı Şəhriyar Fərəcovun 30 dekabr 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti İslam Fətullayev və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün şöbənin DYPB-nə göndərilmişdir. İsmayıllı rayon X5 X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsi ilə 10 yanvar 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İsmayıllı rayon Polis Şöbəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin İsmayıllı rayon Polis Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, 26 avqust 2021-ci il tarixdə saat 09 radələrində idarə etdiyi “VAZ-21214” markalı ** HH *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən qarşıda hərəkətdə olan “VAZ-21214” markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qəflətən sola dönmə əməliyyatı aparmışdır. Aralarında ara məsafəsi az olduğundan əyləcdən istifadə etsə də, əks hərəkət zolağına çıxaraq həmin avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində avtomobilində olan Şirmayi və Vüsalə müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Hadisə həm onun, həm də digər avtomobilin sürücüsü İslam Fətullayevin təqsiri üzündən baş vermişdir. O, zərərçəkmiş şəxslərlə barışıb razılıq əldə etmiş və zərərçəkmiş şəxslərin hazırda ondan hər hansı şikayət və ya tələbləri yoxdur. Yol hərəkəti qaydalarını pozduğuna görə səmimi peşmançılıq hissləri keçirir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Əməlindən səmimi peşman olması, zərərçəkmiş şəxslərlə barışıb razılıq əldə etməsi nəzərə alınmaqla ona qanun çərçivəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 izahat verək göstərdi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı yüngül bədən xəsarəti almışdır. Hazırda Şəxs qarşı şikayəti və ya tələbi yoxdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 izahat verək göstərdi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobildə olmuş və yüngül xəsarət almışdır. Hazırda Şəxs qarşı şikayəti və ya tələbi yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 15 yanvar 2020ci il tarixdə verilmiş sürücülük vəsiqəsindən görünür ki, onun BC kateqoriyalı sürücülük hüququ vardır. 26 avqust 2021-cu il tarixli 388 nömrəli tibbi müayinə protokolunun surətindən müəyyən edilir ki, Şəxs 26 avqust 2021-ci il tarixdə saat 10:40-da tibbi müayinədən keçirilərkən onun sərxoş olmadığı müəyyən edilmişdir. Məhkəmə-Tibbi Ekspertiza və X2 395 №-li 30.09.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarət – sağ gözaltı nahiyənin qançırı küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 26 avqust 2021-ci il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. Məhkəmə-Tibbi Ekspertiza və X2 396 №-li 29.09.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarət – alın nahiyəsinin yarası, burunun, sol gözaltı nahiyənin qançırları küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 26 avqust 2021-ci il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. İsmayıllı rayon X4 Bölməsinin təhqiqatçısı Şəhriyar Fərəcovun 30 dekabr 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan qərar şöbənin X7 Böləsinə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 26 avqust 2021-ci il tarixdə saat 09:00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ əsasında idarə etdiyi “VAZ-21214” markalı ** HH *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla qarşıda manevr edən X1 idarə etdiyi “VAZ-21214” markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə VAZ-21214” markalı ** HH *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 sağlamlığa zərər vurmayan bədən xəsarəti və Zərərçəkmiş şəxs1 isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti almışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və zərərçəkmiş şəxslərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs zərərçəkmiş şəxslərlə razılıq əldə etməklə törədilmiş inzibati xətanın zərərli nəticələrini aradan qaldırması və əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınmalıdr. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanunamüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 32, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar