Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-353/2020 21.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1980-cı il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi, ev 2 A ünvanda qeydiyyatda olmaqla, İsmayıllı şəhəri, 30 A kvartalda yaşayan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 1 (037) – 30 / 2019 saylı nömrəli icra vərəqəsi ilə Şəxs 7292 (yeddi min iki yüz doxsan iki) manat 50 qəpik məbləği alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkara ödənilməli olan cəmi 4792 (dörd min yeddi yüz doxsan iki) manat 50 qəpik məbləğ ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx xxxxxxxx 2020ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyati üzrə məhkəməyə göndərilmişdir. İcra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə borcluya bildiriş göndərilmiş, lakin borclu icra sənədini vaxtında və tam icra etməmişdir. İcra sənədi icraatda olduğu müddət ərzində müvafiq orqanlara sorğular göndərilmiş, ancaq borcluya məxsus, tələbin yönəldilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu ötən müddət ərzində tələbkara olan borcundan 2500 (iki min beş yüz) manatını ödəmiş, qalan 4792 (dörd min yeddi yüz doxsan iki) manat 50 qəpik məbləğin ödənilməsini təmin etməmişdir. Borclu məhkəmə iclasında borcundan tələbkara 1000 (min) manatını ödəmişdir. Hazırda Şəxs tələbkara 3792 (üç min yeddi yüz doxsan iki) manat 50 qəpik borcu vardır. İş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, 7292 (yeddi min iki yüz doxsan iki) manat 50 qəpik borcu olmuşdur. Hazırda iki azyaşlı uşağı ilə birlikdə valideynlərinin yanında yaşayır və heç yerdə işləmir. Atasının köməkliyi ilə Ağadadaşa olan borcundan barəsində inzibati xəta haqqında protokol tərtib edilənədək 2500 (min doqquz yüz) manat pul ödəmiş və 4792 (dörd min yeddi yüz doxsan iki) manat 50 qəpik borcu qalmışdır. Tələbkara olan borcundan 1000 (min) manatını da hazırda ödəmiş və 3792 (üç min yeddi yüz doxsan iki) manat 50 qəpik borcu qalmışdır. O, bundan sonra borcundan hər ay tələbkara 200 (iki yüz) manat ödəyəcəkdir. Onun icra vərəqəsinin icrasından qərəzli şəkildə boyun qaçırmaq niyyəti yoxdur və həmin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini özündən asılı olmayan səbəblərdən yerinə yetirə bilməmişdir. Onun tərəfindən hər hansı inzibati xətaya yol verilməmişdir. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərəçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Şəxs ona 7292 (yeddi min iki yüz doxsan iki) manat 50 qəpik borcu olmuşdur. Ötən müddət ərzində Turac ona olan borcundan 2500 (iki min beş yüz) manatını ödəmişdir. Borclu ona olan borcundan 1000 (min) manatını məhkəmə iclasında ödəmiş və 3792 (üç min yeddi yüz doxsan iki) manat 50 qəpik borcu qalmışdır. O, borcun tam şəkildə ödənilməsini tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən tərtib olunmuş xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 1 (037) – 30 / 2019 saylı nömrəli icra vərəqəsinə üzrə borclu Şəxs 4792 (dörd min yeddi yüz doxsan iki) manat 50 qəpik pulu Zərərçəkmiş şəxs ödənilməsini təmin etməmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, icra vərəqəsi üzrə borclu Şəxs 2500 (iki min beş yüz) manat məbləğində pulu tələbkar Zərərçəkmiş şəxs ödənilməsini təmin etmiş, lakin 4792 (dörd min yeddi yüz doxsan iki) manat 50 qəpik məbləğində pulu ödəməkdən yayınmışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs verdiyi xx xxxxxxxx 2020-ci il tarixli qəbzindən görünür ki, Şəxs 4792 (dörd min yeddi yüz doxsan iki) manat borcundan 1000 (min) manatını ona ödəmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 1 (037) – 30 / 2019 saylı nömrəli icra vərəqəsi ilə Şəxs 7292 (yeddi min iki yüz doxsan iki) manat 50 qəpik məbləği alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. İcra Şöbəsi tərəfindən borclu Şəxs barəsində inzibati qaydada protokol tərtib edilmiş, həmin protokolda borclunun qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyi qeyd edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilənədək Zərərçəkmiş şəxs olan 7292 (yeddi min iki yüz doxsan iki) manat 50 qəpik borcundan 2500 (iki min beş) manat məbləğini ödəmiş və 4792 (dörd min yeddi yüz doxsan iki) manat 50 qəpik borcu olmuşdur. Məhkəmə iclasında Şəxs borcundan tələbkara 1000 (min) manat ödəniş etmiş və 3792 (üç min yeddi yüz doxsan iki) manat borcu qalmışdır. Borclu icra sənədi üzrə yaranmış borcunu maddi imkanı daxilində hissə-hissə də olsa ödəməyə çalışır. Borclunun hər hansı gəlir mənbəyi olmaması və maddi vəziyyətinin səviyyəsi onu icra vərəqəsinin icrası ilə əlaqədar öhdəliklərdən azad etməsə də, icra vərəqəsinin icra edilməsində müəyyən çətinliklər yaranmasına səbəb olur. Bundan əlavə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən də görünür ki, borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. İcra məmurunun qeyd etdiyi hallar isə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin qərəzli şəkildə yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulur. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-353/2020
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-353/2020
21.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver