Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-356/2025 13.11.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, Qərardan şikayət verən X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin Yol-Patrul Xidməti Alayının 3-cü tağımının xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: X6 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin Yol-Patrul Xidməti Alayının 3-cü tağımının inspektoru polis serjantı X2 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X6 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 25 oktyabr 2025-ci il tarixdə saat 13:37 radələrində M-4 Bakı-Şamaxı-Yevlax yolunun 99-cu kilometrliyində idarə etdiyi VAZ 21074 markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən arxadan gələn digər nəqliyyat vasitəsi onun avtomobilinə arxadan çırpılmışdır. Arxadan vurulma nəticəsində onun avtomobili irəliyə hərəkət edərək qarşıdakı digər avtomobilə toxunmuşdur. Beləliklə, hadisənin birbaşa səbəbkarı arxadan vurma edən avtomobilin sürücüsü olmuşdur. Hadisə yerinə gələn yol patrul xidməti əməkdaşı - baş serjant X2 hadisənin real səbəblərini düzgün araşdırmadan, arxadan vuran avtomobilin sürücüsünü məsuliyyətdən kənarlaşdırmış, əvəzində onu inzibati məsuliyyətə cəlb etmişdir. Onun avtomobilinin arxadan vurulmasını sübut edən fotoşəkillər və hadisə yerində çəkilmiş görüntülər vardır. Bu şəkillərdən açıq-aşkar görünür ki, zərbə məhz arxa hissədən alınıb, bu da hadisənin səbəbinin onun tərəfindən olmadığını təsdiqləyir. Bütün bunlara baxmayaraq, İİİ X13 Xidməti tərəfindən TP №7555565 saylı inzibati qərarla onun barəsində 40 manat məbləğində cərimə tətbiq edilmişdir. Qərar xx.xx.2025-ci il tarixdə tərtib edilmiş, ona həmin gün təqdim olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, inzibati məsuliyyət yalnız yol hərəkəti qaydalarını pozan şəxsə tətbiq edilə bilər. Halbuki, hadisənin faktiki gedişi göstərir ki, o qaydaları pozmamış — onun avtomobilim arxadan vurulma nəticəsində qarşıdakı maşına çırpılıb. Yol hərəkəti haqqında Qanunun 53-cü maddəsinə görə, yol-nəqliyyat hadisəsinin səbəbi və təqsirli şəxs hadisənin mexanizmi və faktiki vəziyyətə uyğun müəyyən edilməlidir. Lakin inspektor tərəfindən hadisə yeri və avtomobillərin zədələnmə istiqaməti düzgün qiymətləndirilmədən, birtərəfli qaydada qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 371.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı şəxsə qarşı qərar qəbul edilməzdən öncə onun izahatı alınmalı, sübutlar toplanmalı və təqsirin mövcudluğu dəqiq müəyyən olunmalıdır. Bu tələblər pozulmuş, arxadan vuran şəxs barəsində heç bir tədbir görülmədən ona qarşı cərimə tətbiq olunmuşdur. Hadisənin mahiyyəti və zərbə istiqaməti nəzərə alınmaqla, yeni sübutların (fotoşəkillər, şahid ifadələri, hadisə yerinin təhlili) əsasında işin yenidən araşdırılması zəruridir. Belə ki, hadisənin faktiki mexanizmi - arxadan vurulma nəticəsində qarşıdakı avtomobilə toxunma - inzibati orqan tərəfindən tam və obyektiv qiymətləndirilməmiş, hadisənin əsl səbəbi müəyyən edilməmişdir. Buna görə də, hadisənin bütün sübutları və real şəraiti nəzərə alınmaqla yenidən, obyektiv araşdırma aparılması vacibdir. Qərar qanunsuz, əsassız və obyektiv araşdırma aparılmadan qəbul edildiyindən İXM-nin maddələrinə uyğun olaraq qərarın ləğv edilməsi tələb olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin 3-cü X13 Xidmətinin (inspektor: baş serjant X1) xx.xx.2025-ci il tarixli, TP №7555565 saylı inzibati tənbeh qərarının qanunsuz hesab edilərək ləğv edilsin və iş materialları yenidən, obyektiv şəkildə araşdırılması üçün müvafiq inzibati orqana geri qaytarılsın. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 şikayət ərizəsinin mahiyyətinə uyğun izahat verərək göstərdi ki, idarə etdiyi avtomobillə hərəkətdə olarkən, qəflətən arxadan gələn avtomobil onun idarə etdiyi avtomobilin arxa hissəsindən vurmuşdur. Həmin avtomobilin sürücüsü hadisə yerindən uzaqlaşaraq çıxıb getmişdir. Sonradan polis əməkdaşları həmin şəxsi tapmışdır. Polis əməkdaşı hadisənin onun təqsirindən törəndiyini bildirərək barəsində protokol tərtib etmişdir. O, buna etiraz etsə də, inzibati qaydada cərimə olunmuşdur. Həmin qərarla razı deyil. Şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati qərarından şikayət verilmiş Baş X12 İdarəsinin Yol-Patrul Xidməti Alayının 3-cü tağımına lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.2-ci maddəsinə əsasən işə İsmayıllı rayon X8 X10 nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. İş materiallarında olan Baş X12 İdarəsinin Yol-Patrul Xidməti Alayının 3-cü tağımının 25 oktyabr 2025-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 “Vaz-21074! markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə 25 oktyabr 2025-ci il tarixdə, saat 13:37-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 40 (qırx) manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. Qeyd edilən İdarənin 25 oktyabr 2020-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X6 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini sübut edən hallar tam əks olunmamış, qərarı qəbul etmiş Baş X12 İdarəsinin Yol-Patrul Xidməti Alayının 3-cü tağımı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Beləliklə də həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş olsa belə, qərar qanunvericiliyin tələblərinə uyğun qəbul edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-1-ci maddəsinə əsasən bu Məcəllənin 124.4-cü maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) həmin iş üzrə bu Məcəllənin 124.4cü maddəsinə uyğun olaraq əl ilə nömrələnmiş blankda tərtib edilmiş qərar qəbul edir. İş materiallarından da göründüyü kimi barəsində inzibati iş üzrə icraat aparılan şəxs X6 ona istinad edilən inzibati xəta hadisəsi ilə yerində razılaşmamışdır. Belə olan halda yol patrul xidməti inspektoru polis serjantı X2 protokolu səlahiyyətli şəxsə göndərməli olduğu təqdirdə, həmin protokola baxaraq qərar qəbul etmək səlahiyyəti olmadan xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərar qəbul etmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X7 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin Yol-Patrul Xidməti Alayının 3-cü tağımı tərəfindən qəbul edilmiş 25 oktyabr 2025-ci il tarixli TP seriyalı ******* nömrəli qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə əlavə araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin Yol-Patrul Xidməti Alayının 3-cü tağımına göndərilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 şikayəti təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin Yol-Patrul Xidməti Alayının 3-cü tağımının yol patrul xidməti inspektoru polis baş serjantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Baş X12 İdarəsinin Yol- Patrul Xidməti Alayının 3-cü taqımına göndərilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan İsmayıllı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-356/2025
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-356/2025
13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver