Məhkəmə qərarları › İş №3(037)-357/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-357/2021

03.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-357/2021 03.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakı ilə xx xxxx 1968-ci il tarixdə İsmayıllı rayonu İsmayıllı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, İsmayıllı rayonu İsmayıllı kəndində yaşayan, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 03 noyabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İsmayıllı Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli 2(037)-772/20190 saylı qətnaməsinə əsasən cavabdehlər X4 və Şəxs iddiaçı Zərərçəkmiş şəxs 13 fevral 2019cu il tarixli AN-İ0758714 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 aldığı İsmayıllı şəhəri (keçmiş İsmayıllı kəndi) ərazisində yerləşən 0,19 hektar torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsində basdırılmış dirəklər və metal tordan olan hasarın cavabdehlərin hesabına sökülərək əvvəlki vəziyyətə gətirilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra iş üzrə icra sənədi icra edilməsi üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Borclu həmin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və icra tədbirlərinin keçirilməsi ilə bağlı çağırışlara gəlmədiyi üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 27 oktyabr 2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə dair icra sənədi üzrə tələbin könüllü olaraq icra edilməsi barədə bildiriş göndərilmiş, lakin borclu icra sənədini icra etməmişdir. İcra sənədinin icrası ilə əlaqədar bir neçə dəfə işə təyinat verilsə də, Şəxs icra tədbirləri həyata keçirilən əraziyə gəlməmişdir. Sonuncu dəfə 28 oktyabr 2021-ci il tarixdə icra sənədinin icrası ilə əlaqədar qeyd olunan ərazidə olsalar da, Şəxs icra vərəqəsini icra etməmiş və bu barədə akt tərtib olunmuşdur. Şəxs icra vərəqəsinin icrasını qərəzli olaraq yerinə yetirmədiyi üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Digər borclu Ağaşirin Əzimov icra vərəqəsinin icrasına maneçilik törətmir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, məhkəmənin qəbul etdiyi qətnamədən narazı deyil. Lakin, qeyd olunan torpaq sahəsinə dair Zərərçəkmiş şəxs hüquqmüəyyənedici sənədi yoxdur. Torpaq sahəsinə Zərərçəkmiş şəxs sənəd aldıqdan sonra icra vərəqəsində qeyd olunanları icra edəcəkdir. Əks halda həmin qətnaməni icra etməyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Şəxs iki ildir ki, İsmayıllı Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli qətnaməsini müxtəlif bəhanələrlə icra etmir. İki ildir ki Tofiq qeyd olunan torpaq sahəsindən istifadə edir. Tofiqin icra vərəqəsini icra etmək niyyəti yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla Tofiq Əliyev barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. 05 oktyabr 2021-ci il tarixli, MN ******* seriyalı inzibati xəta haqqında protokoldan görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli 2(037)- 772/20190 saylı qətnaməsinə əsasən cavabdehlər X4 və Şəxs iddiaçı Zərərçəkmiş şəxs 13 fevral 2019-cu il tarixli AN-İ0758714 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 aldığı İsmayıllı şəhəri (keçmiş İsmayıllı kəndi) ərazisində yerləşən 0,19 hektar torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsində basdırılmış dirəklər və metal tordan olan hasarın cavabdehlərin hesabına sökülərək əvvəlki vəziyyətə gətirilməsinə dair icra vərəqəsinin icrasını Şəxs qərəzli olaraq icra etməmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rahim Mustafayev və digər şəxslərin iştirakı ilə 28 oktyabr 2021-ci il tarixdə İsmayıllı rayonu İsmayıllı kəndində tərtib olunmuş aktın surətindən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli 2(037)-772/20190 saylı icra vərəqəsinin icrası ilə əlaqədar qeyd olunan ərazidə icra tədbirləri həyata keçirilmiş, Şəxs icra vərəqəsinin icrası tələb olunmuş, Şəxs icra vərəqəsində qeyd olunan tələbləri icra etməmiş və bu barədə tərtib olunmuş akta da imza etməmişdir Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə və digər sübutlarla müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli 2(037)-772/20190 saylı qətnaməsinə əsasən cavabdehlər X4 və Şəxs iddiaçı Zərərçəkmiş şəxs 13 fevral 2019cu il tarixli AN-İ0758714 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 aldığı İsmayıllı şəhəri (keçmiş İsmayıllı kəndi) ərazisində yerləşən 0,19 hektar torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsində basdırılmış dirəklər və metal tordan olan hasarın cavabdehlərin hesabına sökülərək əvvəlki vəziyyətə gətirilməsi qət edilmişdir. İcra vərəqəsi icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra məmuru tərəfindən icraata başlamaq haqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Qətnamənin icrası ilə əlaqədar icra məmuru tərəfindən bir neçə dəfə işə təyinat verilərək İsmayıllı rayonu İsmayıllı kəndində qeyd olunan ərazidə icra tədbirləri həyat keçirmiş, lakin Şəxs icra vərəqəsini icra etməmiş. Şəxs məhkəmə iclasında da, qətnaməni icra etməyəcəyini bildirmişdir. Bununla da Şəxs qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmiş və icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını, müdafiəçinin fikrini dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, törətdiyi inzibati xətanı etiraf etməməsini, əməlindən peşman olmamasını və təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tətbiq edilməsini, cərimənin 500 (beş yüz) manat miqdarında müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar