Məhkəmə qərarları › İş №3(037)-359/2020

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-359/2020

28.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-359/2020 28.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxx 1983-cü il tarixdə Ağdaş şəhərində anadan olmuş, Ağdaş şəhəri, Karvan yolu küçəsi 3/2-də yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə “QAZ-3110” markalı ** TD *** dövlət qeydiyyat nişanlı minik avtomobilini nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək Qaraməryəm-İsmayıllı-Şəki yolunun 14-cü km-də hərəkətdə olarkən qarşıda eyni istiqamətdə hərəkətdə olan, Zərərçəkmiş şəxs məxsus “VAZ 21099” markalı ** KN *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşması, bununla da Zərərçəkmiş şəxs avtomobilinə maddi zərər vurması faktı ilə bağlı toplanmış material üzrə İsmayıllı rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin inspektoru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə xx xxxxxxxx 2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 18:10 radələrində “QAZ-3110” markalı ** TD *** dövlət qeydiyyat nişanlı minik avtomobilini nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməklə Qaraməryəm-İsmayıllı-Şəki yolunun 14-cü km-də hərəkətdə olarkən düzgün ara məsafəsi saxlamadığı üçün qarşıda eyni istiqamətdə hərəkətdə olan, Zərərçəkmiş şəxs məxsus “VAZ 21099” markalı ** KN *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşmuş və yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı yalnız avtomobillərə maddi zərər dəymiş, heç kim xəsarət almamışdır. Bununla bağlı onun barəsində İsmayıllı rayon Polis Şöbəsinin Yol Patrul Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İlk dəfədir ki, belə bir inzibati xəta törədir. O, törətdiyi əməlindən səmimi peşman olmuşdur və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla onun barəsində qanun çərçivəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir.. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verək göstərdi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobilinə maddi ziyan dəymişdir. Maddi zərərin ödənilməsi ilə bağlı Şəxsla könüllü razılığa gəlmişdir, hazırda ondan şikayəti və tələbi yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. xx xxxxxxxx 2020-ci il tarixli 642070 nömrəli şəxsin sərxoşluq vəziyyətinin müəyyən olunması üçün alkotester vasitəsi ilə ölçülmüş müayinənin nəticəsi barədə kağız daşıyıcılardan müəyyən edilir ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 20:00-da, Zərərçəkmiş şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 20:03-də tibbi müayinədən keçirilərkən onların sərxoş olmadıqları müəyyən edilmişdir. “xxxxxxxxxx” ASC-nin İsmayıllı filialının xx xxxxxxxx 2020-ci il tarixli arayışında “VAZ-21099” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobilə 4479 (dörd min dörd yüz yetmiş doqquz) manat miqdarında maddi zərər dəydiyi qeyd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə “QAZ-3110” markalı ** TD *** dövlət qeydiyyat nişanlı minik avtomobilini nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək Qaraməryəm-İsmayıllı-Şəki yolunun 14cü km-də hərəkətdə olarkən qarşıda eyni istiqamətdə hərəkətdə olan, Zərərçəkmiş şəxs məxsus “VAZ 21099” markalı ** KN *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşmuş, bununla da Zərərçəkmiş şəxs avtomobilinə maddi zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs səmimi peşmançılığını, maddi zərərin ödənilməsi ilə bağlı zərər çəkmiş şəxslə könüllü razılığa gəlməsi, zərər çəkmiş şəxsin hazırda ondan heç bir şikayəti və tələbi olmaması məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Samir Comuov tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan 400 (dörd yüz) manat miqdarında inzibati cərimə tətbiq etməyi məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106- 115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar