Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-359/2021 11.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 iştirakı ilə, xx xxxxxx 1989-cu il tarixdə İsmayıllı rayonu Ərəgit kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 11 noyabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 29 sentyabr 2021-ci il tarixdə saat 09:45 radələrində idarə etdiyi “Mitsubishi Pajero” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı- Lahıc yolunda hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozaraq Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes Benz 200” markalı avtomobillə toqquşması, nəticədə “Mercedes Benz 200” markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs4 və “Mitsubishi Pajero” markalı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 yüngül bədən xəsarəti alması faktı üzrə təhqiqatçı Qoşqar Aslanlının 22 oktyabr 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün şöbənin DYPB-nə göndərilmişdir. İsmayıllı rayon X6 X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsi ilə 26 oktyabr 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, 29 sentyabr 2021-ci il tarixdə idarə etdiyim “Mitsubishi Pajero” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı-Lahıc yolunda hərəkətdə olarkən, qarşıda eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes Benz 200” markalı avtomobili keçmək istəmişdir. Ötmə əməliyyatı zamanı qarşısına maneə çıxmış və idarə etməni itirərək avtomobilini Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilə vurmuş, hər iki avtomobil yolun kənarına çıxmışdır. Hadisə nəticəsində “Mercedes Benz 200” markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs4 və onun idarə etdiyiavtomobildə olan anası Zərərçəkmiş şəxs2 və bacısı oğlu Zərərçəkmiş şəxs3 yüngül bədən xəsarəti almışdır. Hazırda zərərçəkmiş şəxslərin ondan tələb və şikayəti yoxdur. Əməlindən peşmandır və ona qanunda nəzərdə tutulmuş daha yüngül tənbeh verilməsini xahiş edir. İşin baxılması vaxtı və yeri barədə zərərçəkmiş Zərərçəkmiş şəxs4 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəməyə gəlməmiş, məhkəməyə teleqramma ünvanlayaraq Şəxs qarşı tələb və şikayətinin olmadığını və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə AR İXM-nin 62.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İsmayıllı rayon Polis Şöbəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin İsmayıllı rayon Polis Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 izahat verək göstərdi ki, Baş vermiş yol nəqliyyat hadisəsi zamanı oğlu Orxanın avtomobilində olmuş və yüngül bədən xəsarəti almışdır. Hazırda Orxana qarşı tələb və şikayəti yoxdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs3 qanuni nümayəndəsi X3 izahat verək göstərdi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı oğlu Nurulla onunla birlikdə qardaşı Orxanın idarə etdiyi avtomobildə olmuş və Nurulla yüngül xəsarət almışdır. Hazırda Orxana qarşı tələb və şikayəti yoxdur. İş üzrə şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobilinə maddi ziyan dəymişdir. Dəymiş ziyanı sığorta şirkəti ödəyəcəkdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 11 fevral 2021-ci il tarixdə verilmiş sürücülük vəsiqəsindən görünür ki, onun BC kateqoriyalı sürücülük hüququ vardır. 29 sentyabr 2021-cu il tarixli 439 nömrəli tibbi müayinə protokolunun surətindən müəyyən edilir ki, Şəxs 29 sentyabr 2021-ci il tarixdə saat 11:55-də tibbi müayinədən keçirilərkən onun sərxoş olmadığı müəyyən edilmişdir. Məhkəmə-Tibbi Ekspertiza və X1 458 №-li 19.10.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 bədəni üzərində aşkar edilmiş xəsarət –bel nahiyyəsinin yarası küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 29 sentyabr 2021-ci il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. Məhkəmə-Tibbi Ekspertiza və X1 464 №-li 07.10.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar edilmiş xəsarət – sağ göz qapağının və gözaltı nahiyyələrin yarası, alt dodaq, haşiyəsinin sıyrıqları küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 29 sentyabr 2021-ci il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. Məhkəmə-Tibbi Ekspertiza və X1 465 №-li 12.10.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarət – sağ gicgah nahiyyəsinin və sağ gözün üst qapağının hematoması, sağ gözün ağlı qişasına qansızma, sağ gicgah nahiyyəsinin, sağ gözün üst qapaığının və sağ gözaltı nahiyyənin qançırları küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 29 sentyabr 2021-ci il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. İsmayıllı rayon X4 Bölməsinin təhqiqatçısı Qoşqar Aslanlı 22 oktyabr 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan qərar şöbənin X9 Böləsinə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 29 sentyabr 2021-ci il tarixdə saat 09:45 radələrində idarə etdiyi “Mitsubishi Pajero” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı-Lahıc yolunda hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozaraq Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes Benz 200” markalı avtomobillə toqquşmuş, nəticədə “Mercedes Benz 200” markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs4 və “Mitsubishi Pajero” markalı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 yüngül bədən xəsarəti almışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və zərərçəkmiş şəxsin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanunamüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 32, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında inzibati cərimə edilsin. Şəxs tətbiq edilmiş inzibati cəriməni dərhal və ya bu qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunmuş cərimənin məbləğinin 10 faizi miqdarından azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-359/2021
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-359/2021
11.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver