Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-36/2021 27.01.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Bədəlov Rəhim Fəxrəddin oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxx 1981-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, İsmayıllı rayonu, Qalagah kəndində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 19:00 radələrində İsmayıllı rayonu Qalagah kəndi ərazisində yerləşən istifadəyə yararsız köhnə bələdiyyə binasında tanışı İlqar Zeynalovla pulla qumar oynaması faktı üzrə barəsində İsmayıllı rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilməklə aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 izahatında göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə İsmayıllı rayonu, Qalagah kəndi ərazisində yerləşən istifadəyə yararsız köhnə bələdiyyə binasında bir neçə şəxsin pulla qumar oynamaları barədə məlumat daxil olmuşdur. Polis əməkdaşları həmin əraziyə gedərək iki nəfər şəxsin pulla qumar oynamaları aşkar edilmişdir. Oyun ləvazimatı və oyuna qoyulmuş 07 (yeddi) manat, 80 (səksən) qəpik pul götürülmüş və həmin şəxslər rayon polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində olarkən həmin şəxslərin İsmayıllı şəhər sakinləri Şəxs və X1 olması müəyyən olunmuşdur. Həmin fakt üzrə Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə İsmayıllı rayonu, Qalagah kəndi ərazisində yerləşən istifadəyə yararsız köhnə bələdiyyə binasında tanışı İlqar Zeynalovla pulla qumar oynayarkən, polis əməkdaşları gəlmiş və qumar oynadıqları üçün onları rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində izahatları alındıqdan sonra barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. O, əməlindən peşmandır və bir daha belə hallara yol verməyəcəyinə söz verir. Qeyd etdikləri nəzərə alınmaqla ona daha yüngül cəza verilməsini xahiş edir. xx xxxxxx 2021-ci il tarixli, MN ******* inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə İsmayıllı rayonu, Qalagah kəndi ərazisində yerləşən istifadəyə yararsız köhnə bələdiyyə binasında qumar oynamış və stolun üzərindən 36 (otuz altı) ədəd kart və 07 (yeddi) manat, 80 (səksən) qəpik götürülmüşdür. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 19:00 radələrində İsmayıllı rayonu, Qalagah kəndi ərazisində yerləşən istifadəyə yararsız köhnə bələdiyyə binasında tanışı İlqar Zeynalovla pulla qumar oynamışdır. Şəxs Azərbaycan Respublikası İXM-in 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, onun qumar oynaması özünün etirafedici izahatı və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapır. Azərbaycan Respublikası İXM-in 525-ci maddəsinə əsasən, qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə-oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək qərar gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsini, cərimənin 400 (dörd yüz) manat miqdarında müəyyən edilməli, iş üzrə maddi sübut, oyun ləvazimatı olan qumara qoyulmuş 07 (yeddi) manat 80 qəpik manat pul əskinazları dövlət nəfinə müsadirə olunmalı və oyun ləvazimatı olan 36 ədəd kart məhv edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 26, 43, 106, 115-117-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat miqdarında inzibati cərimə edilsin. İş üzrə maddi sübut, oyun ləvazimatı olan qumara qoyulmuş 07 (yeddi) manat, 80 (səksən) qəpik pul əskinazları dövlət nəfinə müsadirə olunsun. İş üzrə maddi sübut, oyun ləvazimatı olan 36 ədəd kart məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-36/2021
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-36/2021
27.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver