Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-36/2025 30.01.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, Qərardan şikayət verən X1 iştirakı ilə, X1 Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti Alayının 5-ci taqımının xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə 30 yanvar 2025-ci il tarixdə İsmayıllı şəhərində, İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: X2 məhkəməyə müraciət edərək Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti Alayının 5-ci taqımının inspektoru polis serjantı X4 tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 25 dekabr 2024-cü il tarixdə təxminən saat 15:42 radələrində İsmayıllı rayon ərazisində V Tağım Yol patrul xidmətin inspektoru Polis serjantı X4 etibarnamə ilə idarə etdiyi "VAZ 21074" minik markalı **-XC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ön hissəsini qaldırdığını arxa hissəsini isə endirdiyini əsas gətirərək idarə etdiyi avtomabili saxlamışdır. Saxlanılmış avtomabil İsmayıllı rayon Polis şöbəsinə gətirilərək duracağa yerləşdirilmişdir. O, V Tağım Yol patrul xidmətin inspektoru Polis serjantı X3 öz haqlı narazılığını bildirməklə heç bir qaydanı pozmadığını onun diqqətinə çatdırsan da heç bir nəticəsi olmamışdır. Duracağa yerləşdirilmiş "VAZ 21074" minik markalı **-XC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Keçirilmiş baxış zamanı "VAZ 21074"minik markalı 90- XC-106 dövlət qeydiyyat nişanlı avtomabilin ön hissəsini qaldırdığını arxa hissəsini isə endirdiyini bildirməklə guya avtomabildə konstruksiya dəyişikliyi apardığını bildirsələr də sonradan bu fakt öz təsdiqini tapmamış və avtomabildə hər hansı bir konstruksiya dəyişdiklərin aparılmadığı müəyyən edilmişdir. Uzun mübahisələrdən sonra V Tağım Yol patrul xidməti inspektoru Polis serjantı Elgiz Talıbov barəsində guya konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı, mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsinin idarə edilməsinə, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin təkər bazasının və ya təkər düsturunun pozulması yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasma səbəb olan dəyişiklər edildiyi və təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 342.2.2 maddələri ilə 25 dekabr 2024-cü il tarixdə inzibati xəta protokolu tərtib edilərək inzibati tənbeh etmə haqqında TP ******* nömrəli qanunsuz qərar qəbul edərək 150 (bir yüz əlli) manat məbləğində cərimə edilərək avtomobili cərimə meydançasından buraxılmışdır. Hesab edir ki, barəsində tərtib olunmuş protokol əsasında qəbul olunmuş xx.xx.2024- cü il tarixli TP-6940464 saylı qərar qanunsuz və əsassızdır. Belə ki, heç bir qaydanı pozmadığı halda V Tağım Yol patrul xidmətinin inspektoru Polis serjantı Elgiz Talıbovun hərəkətlərinin qərəzli hərəkətlər olduğunu düşünür. Polis adına ləkə gətirən bu hərəkətlər mənə mənəvi sarsıntı və iztirab yaşatdı və eyni zamanda azadlıq hüququm kimi Konstitusion və Konvension hüquqların pozmuşdur. Ona görə də, V Tağım Yol patrul xidmətin inspektoru Polis serjantı Talıbov Elgiz adlı şəxsin qanunsuz hərəkətləri barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bildirmək istəyir ki, idarə etdiyi "VAZ 21074" minik markalı **-XC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat avtomobilində konstruksiyasında dəyişiklər aparmamış və mövcud standartlara uyğun olan avtomobili idarə etmişdir. Texniki baxış zamanı da avtomobilimdə qeyd olunan nöqsanlar müəyyən edilməmişdir. Belə olan halda V Tağım Yol patrul xidmətin inspektoru Polis serjantı Elgiz Talıbov tərəfindən tərtib edilmiş protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP69404645 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-cü və 342.2.2 maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 ərizəsinin mahiyyətinə uyğun izahat verərək, protokolla razı olmadığı halda yol patrul xidməti polis serjantı İsmayıl Məmmədov onun barəsində qərar qəbul etmişdir. Həmin vaxt avtomobilin arxa hissəsində qış təkərləri və bir kisə un olmuşdur. Bunu yol patrul xidməti əməkdaşı görsə də, barəsində protokol tərtib etmişdir. Şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati qərarından şikayət verilmiş Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti Alayının 5-ci taqımına lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.2-ci maddəsinə əsasən işə İsmayıllı rayon X5 X7 nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İş materiallarında olan Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti Alayının 5-ci taqımının inspektoru polis serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 342.2.2-ci maddələrinə əsasən 150 (bir yüz əlli) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 342.2.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş olsa belə, qərar qanunvericiliyin tələblərinə uyğun qəbul edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İş materiallarından da göründüyü kimi barəsində inzibati iş üzrə icraat aparılan şəxs X2 ona istinad edilən inzibati xəta hadisəsi ilə yerində razılaşmamışdır. Belə olan halda yol patrul xidməti inspektoru polis serjantı X4 protokolu səlahiyyətli şəxsə göndərməli olduğu təqdirdə, həmin protokola baxaraq qərar qəbul etmək səlahiyyəti olmadan xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti Alayının 5-ci taqımının inspektoru polis serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti Alayının 5-ci taqımına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 şikayəti qismən təmin olunsun. Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti Alayının 5-ci taqımının inspektoru polis serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti Alayının 5-ci taqımına göndərilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan İsmayıllı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-36/2025
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-36/2025
30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver