Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 3(037)-360/2025 13.11.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu, X3 İsmayıllı rayon X8 X10 21 oktyabr 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolundan verdiyi şikayət ərizəsinə işin baxılmağa hazırlanması zamanı baxaraq m ü ə y y ə n e t d i: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı rayon X8 X10 yol patrul xidməti inspektoru X2 tərəfindən tərtib edilmiş 21 oktyabr 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə daxil olmuş şikayət ərizəsini nəzərdən keçirib hesab edirəm ki, şikayətə baxılması qeyri-mümkündür və ona görə də geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb toplanmaması məsələlərini həll edir. Şikayət ərizəsinin məzmunundan görünür ki, X1 rayon X8 X10 21 oktyabr 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan şikayət vermişdir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verilə bilməsi nəzərdə tutulmuşdur. Başqa sözlə, qanunveriliciyə əsasən inzibati xəta haqqında protokoldan məhkəməyə şikayət verilə bilməz. Göstərilən hal isə işin məhkəmə icraatını rədd edən hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də, X3 şikayət ərizəsi geri qaytarılmalıdır. X4 izah edilməlidir ki, qərardadın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Eyni zamanda “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddəsini rəhbər tutaraq q ə r a r a a l d ı m: X3 şikayət ərizəsi geri qaytarılsın. Qərardadın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması X4 izah edilsin. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-360/2025
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №3(037)-360/2025
13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver