Məhkəmə qərarları › İş №3(037)-361/2025

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №3(037)-361/2025

03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 3(037)-361/2025 03.02.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu, X3 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin 03 noyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X2 şikayətinə və ona əlavə edilmiş materiala baxaraq, m ü ə y y ə n e t d i: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin 03 noyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 02 dekabr 2025-ci il tarixli, 3(037)-361/2025 saylı qərarı ilə X3 şikayəti təmin edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin 03 noyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmişdir. Həmin qərardan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsi tərəfindən apelyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 14 yanvar 2026-cı il tarixli, 3(3-10)-11/2026 saylı qərarı ilə apelyasiya şikayəti qismən təmin olunaraq, İsmayıllı Rayon Məhkəməsinin 02 dekabr 2025-ci il tarixli, 3(037)-361/2025 saylı qərarı ləğv edilərək inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş birinci instansiya məhkəməsinə şikayətə baxmağa hazırlıq mərhələsinə qaytarılmışdır. Məhkəmə iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin 03 noyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair X3 şikayət ərizəsi baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallardan qərardan görünür ki, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati xətanın törədildiyi yer Abşeron rayonu inzibati ərazisinə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla); 132.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi məsələsi həll edilir. 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Məhkəmə hesab edir ki, iş materiallarına əlavə edilmiş ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, X3 icarəsinə verilmiş torpaq sahəsi Abşeron rayonu, Pirəkeşkül kəndi, Qara Dərə adlanan Qış otlaq sahəsində yerləşir, hazırda sözü gedən inzibati xəta hadisəsi Abşeron rayonu ərazisində yerləşir. Eyni zamanda, inzibati xəta haqqında protokolda xətanın Qaradağ rayonu Müşfiqabad qəsəbəsinin inzibati ərazisi daxilində baş verilməsi göstərilsə də, həmin ərazinin Qaradağ rayonuna aid olmasını təsdiq edən hər hansı sənəd olmamışdır. Həmçinin, X3 yaşayış yeri İsmayıllı rayonu Keyvəndi kəndi olsa da, şəxs tərəfindən şikayətinə yaşayış yeri üzrə baxılması barədə vəsatət verilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta Abşeron rayonu ərazisində törədildiyindən və X4 şikayətə yaşayış yeri üzrə baxılmasına dair vəsatət vermədiyindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin 03 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.3 və 129.1.3, 132.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X3 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin 03 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsi baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilsin. Hakim: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar