Məhkəmə qərarları › İş №3(037)-362/2020

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №3(037)-362/2020

01.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 3(037)-362/2020 01.10.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin sədri Şirinov Rəfayel Səməd oğlu Şəxs barəsində Azərbaycan Respublikasının Dövlət X6 X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında baxaraq müəyyən etdim: Şəxs barəsində Azərbaycan Respublikasının Dövlət X6 X4 rəisi Ehtiram Həsənov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1ci maddəsi ilə xx xxxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Həmin protokolda qeyd edilmişdir ki, İsmayılov X2 şəhəri, M.F.Axundov küçəsində yerləşən “Bərəkət market” obyekti üzərində 2019-2020-ci illərdə müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz reklam yerləşdirmişdir. İnzibati xəta haqqında protokol nəzərdən keçirilərkən müəyyən edildi ki, Şəxs barəsində məhkəməyə göndərilmiş inzibati xəta haqqında material qanunvericiliyin tələbinə uyğun tərtib olunmamışdır və məhkəməyə təqdim edilmiş materiallar natamam olmaqla işə baxılarkən tamamlamaq mümkün deyildir. Protokola heç bir sənəd əlavə edilməmiş və digər hər hansı araşdırma aparılmamışdır. Bundan başqa Şirvan X3 məhkəməyə daxil olmuş məktubda İsmayıllı Məhkəməsinə deyil Şəxs müraciət olunmuşdur. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol Şirvan X1ytarılmalıdır. Həmin Məcəllənin 109.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı iş barəsində zəruri olan əlavə materialların tələb edilməsi barəsində qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geriqaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqqında material qanunvericiliyin tələbinə uyğun tərtib olunmadığından, məhkəməyə təqdim edilmiş materiallar natamam olmaqla işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana qaytarılması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tərtib edilmiş və məhkəməyə göndərilmiş inzibati xəta haqqında material Azərbaycan Respublikasının Dövlət X6 X1ytarılsın. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar