Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-363/2020 19.10.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs Qubatova Könül İzzət qızının, Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidməti 13 saylı X6 şöbəsinin baş msləhətçisi baş əmək müffətişi X1 iştirakı ilə Qubatova Könül İzzət qızının Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidməti 13 saylı X6 şöbəsinin rəisi X2 xx xxxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: Qubatova Könül İzzət qızı onun barəsində Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidməti 13 saylı X6 şöbəsinin rəisi X3 tərəfindən qəbul olunmuş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 700 (yeddi yüz) manat miqdarında inzibati cərimə edilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Könül Qubatova şikayətin məzmununa uyğun izahat verərək göstərdi ki, Dövlət Əmək Müfəttişliyi Xidməti 13 saylı X6 şöbəsinin rəisi Sırac Hümbətovun xx xxxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə 700 (yeddi yüz) manat miqdarında inzibati cərimə edilmişdir. O, barəsində qəbul edilmiş qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, xx xxxxxxxx 2019-cu il tarixdə keçirilmiş bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmişdir. xx xxxxxx 2019-cu il tarixdə bələdiyyə sədri Maqsud Hüseynov tərəfindən su işçisi vəzifəsinə götürülmüş İdris Kərimov da bələdiyyə üzvü seçilmişdir. Bələdiyyə qulluğu haqqında Azərbaycan Respublikasının Qanunun 15-ci Maddəsinin 2-ci bəndinə əsasən bələdiyyə üzvü bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərə bilməz. Bələdiyyə qulluqçusu bələdiyyə üzvü seçildikdə 3 gün müddətində öz ərizəsinə əsasən bələdiyyə qulluğundan azad edilir. xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək bələdiyyə sədri Maqsud Hüseynov olmuşdur. Buna baxmayaraq o həmin əmək müqaviləsinə xitam verməli olduğu halda xitam verməmişdir. İdris Kərimov qanunazidd olaraq xx xxxxxx 2020-ci il tarixədək bələdiyyədə işçi kimi işləsə də onunla bağlanan əmək müqaviləsinə xitam verilməmişdir. Bunun günahkarı keçmiş bələdiyyə sədri Maqsud Hüseynov olmuşdur. Əmək Müffəttişliyinin əməkdaşı onun müraciətinə baxmamış, hansısa səbəbə görə araşdırma aparmamışdır. Əmək Müffəttişliyi Xidməti X6 şöbəsində olduğu zaman ona irad tutmuşlar ki, bələdiyyə üzvü olan İdris Kərimovun əmək müqaviləsinə xx xxxxxx 2020-ci il tarixdə xitam vermiş və o İdris Kərimovun əmək haqqını ödəməmişdir. O, bələdiyyə sədri olduğu xx xxxxxx 2020-ci il tarixdə İdris Kərimovun əmək müqaviləsinə xitam verdiyini, lakin asan imzası xx xxxxxx 2020-ci il tarixdə hazır olduqdan sonra həmin tarixdə elektron sistemə yerləşdirdiyini sübut etmişdir. Əmək Müffəttişliyinin Xidməti X6 şöbəsinə sübutlarını təqdim etdikdən sonra yenidən idarəyə dəvət olunmuş və ona yenidən irad tutmuşlar ki, əmək müqaviləsinə xitam verdiyi gün son hesabını verməli imiş. O, xx xxxxxx 2020-ci il tarixdə bələdiyyə hesabında vəsaitin olmadığını və sonrakı tarixdə həmin vəsaitin tamamilə ödənildiyini bildirsə də, onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İdris Kərimov xx xxxxxx 2020-ci il tarixdən sonrakı üç gün müddətində işdən azad olunmalı olduğu halda qanunsuz olaraq işləmiş və o, qanuni olaraq onu işdən azad etmişdir. O, bələdiyyə seçilərkən həmin tarixdə bələdiyyənin hesabında pul olmadığı üçün İdris Kərimova ödəniş edə bilməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla Dövlət Əmək Müfəttişliyi Xidməti 13 saylı X6 şöbəsinin rəisinin xx xxxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi xahiş məhkəmədən xahiş edir. Dövlət Əmək Müfəttişliyi Xidməti 13 saylı X6 şöbəsinin baş məsləhətçisi Şahin Muradəliyev hazırki iş üzrə Könül Qubatovanın qeyd etdiklərini əsassız hesab etdiyini bildirdi və izahat verərək göstərdi ki, Hacıhətəmli bələdiyyəsinin sədri Könül Qubatova bələdiyyədə suçu vəzifəsində işləmiş İdris Kərimovu xx xxxxxx 2020-ci il tarixdə işdən azad etmişdir. Buna baxmayaraq İdris Kərimova çatası əmək haqqı və digər ödəmələri həmin gün verilməmişdir. Buna görə də, Könül Qubatova barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokola baxılması vaxtı və yeri barədə Könül Qubatovaya rəsmi məlumat verilmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə həmin protokol əsasında Dövlət Əmək Müfəttişliyi Xidməti 13 saylı X6 şöbəsinin rəisi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Könül Qubatova Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 700 (yeddi yüz) manat miqdarında inzibati cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar qanuni əsaslarla tərtib edilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla şikayətinin təmin edilməməsini məhkəmədən xahiş edir. xx xxxxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqında protokoldan görünür ki, Hacıhətəmli bələdiyyəsinin sədri Könül Qubatova bələdiyyədə suçu işləmiş İdris Kərimovu xx xxxxxx 2020-ci il tarixdə işdən azad etməsinə baxmayaraq, ona çatası əmək haqqı və digər ödənişləri Əmək Məcəlləsinin 83.2, 172.4 və 178-ci maddəsinin 1-ci bəndinin tələblərini pozaraq xx xxxxxx 2020-ci il tarixdə ödəməməklə qanun pozuntusuna yol vermişdir. xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Hacıhətəmli bələdiyyəsinin sədri Könül Qubatova tərəfindən İdris Kərimovun son haqq-hesabı Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbləri pozularaq sonuncu iş günü ödənilmədiyindən 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Hacıhətəmli bələdiyyəsinin sədri Könül Qubatova tərəfindən İdris Kərimovun əmək müqaviləsinə xx xxxxxx 2020-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “b” bəndi (əmək müqaviləsinin müddətinin qurtarması) ilə xitam verilərək vəzifəsindən azad edilmişdir. xx xxxxxxx 2020-ci il tarixli Hacıhətəmli Bələdiyyəsinə aid hesabdan çıxarışdan görünür ki, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək Hacıhətəmli bələdiyyəsinin hesabında 15 (on beş) manat 70 qəpik məbləğində pul olmuşdur. xx xxxxxx 2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, 2019-cu ildən xx xxxxxx 2020-ci ilədək qalıq əmək haqqı olan 314 (üç yüz on dörd) manat pul xx xxxxxx 2020-ci il tarixdə İdris Kərimova ödənilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. İşdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə müəyyən edildi ki, Hacıhətəmli bələdiyyəsinin sədri Könül Qubatova bələdiyyədə suçu işləmiş İdris Kərimovun xx xxxxxx 2020-ci il tarixdə işdən azad edilməsinə baxmayaraq, ona çatası əmək haqqı və digər ödənişləri Əmək Məcəlləsinin 83.2, 172.4 və 178-ci maddəsinin 1-ci bəndinin tələblərini pozaraq xx xxxxxx 2020-ci il tarixdə ödəməməklə qanun pozuntusuna yol verdiyi üçün barəsində xx xxxxxxxx 2020-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Könül Qubatova Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və Dövlət Əmək Müfəttişliyi Xidməti 13 saylı X6 şöbəsinin rəisi tərəfindən qəbul olunmuş xx xxxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 700 (yeddi yüz) manat miqdarında inzibati cərimə edilmişdir. Könül Qubatova şikayətində və məhkəmə iclasında verdiyi izahatında Dövlət Əmək Müfəttişliyi Xidməti 13 saylı X6 şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli qərarından narazı olduğunu qeyd etmiş, öz narazılığının səbəbini İdris Kərimovun əmək müqaviləsinə xitam verilərkən, həmin gün bələdiyyənin balansında pulun olmadığını və bir neçə ay sonra ona 314 (üç yüz on dörd) manat pulun ödənilməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. İşin fаktiki hаllаrındаn görünür ki, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilməsi İsmayıllı rayon Hacıhətəmli bələdiyyəsinin sədri Qubatova Könül İzzət qızından asılı olmayan səbəblərdən baş vermişdir. Belə ki, iş materiallarından göründüyü kimi İdris Kərimov işdən azad olarkən bələdiyyənin hesabında pul vəsaiti olmamışdır. Həmçinin sonradan İdris Kərimova 314 (üç yüz on dörd) manat əmək haqqı ödənilmişdir. Belə olan halda, bələdiyyənin sədri Könül Qubatova tərəfindən törədilən inzibati xəta onun təqsiri üzündən baş verməmişdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü (İnzibati məsuliyyətin əsasları) maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzrdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 14-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 75.0.3-cü maddəsinə əsasən inzibati xəta törətməkdə şəxsin təqsiri inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallardan biridir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tədqiq olunmuş sübutlara və qeyd olunanlara əsasən qərara gəlir ki, Qubatova Könül İzzət qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətsə də həmin xəta onun təqsiri üzündən baş vermədiyindən Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidməti 13 saylı X6 şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Qubatova Könül İzzət qızının 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə olunmasına dair Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidməti 13 saylı X6 şöbəsinin rəisi tərəfindən qəbul olunmuş xx xxxxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-363/2020
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-363/2020
19.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver