Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-363/2025 17.11.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Qoşqarova Nərmin Rabit qızının sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X4 X5 yol patrul xidməti inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1984-cü il tarixdə İsmayıllı rayonu Topçu kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Məcəllə) 327.2 və 334-1.1-ci maddələri ilə daxil olan inzibati xəta haqqında materiala 17 noyabr 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs Məcəllənin 327.2 və 334-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 12 noyabr 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 12 noyabr 2025-ci il tarixdə ** MO *** dövlət qeydiyyat nişanlı “QAZ 31105” minik markalı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozması və nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan, narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Bununla da, Şəxs Məcəllənin 327.2 və 334-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X4 X5 yol patrul xidməti inspektoru X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, sürücü idarə etdiyi avtomobillə hərəkətdə olarkən Məcəllənin 327.2-ci maddəsinin tələblərini pozduğu üçün saxlanılmış və sənədlərə baxış zamanı müəyyən olmuşdur ki, Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ yoxdur. Bundan sonra sürücü şöbəyə gətirilmiş və hərəkətlərində şübhə doğuran hallar olduğu üçün onu sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə aparmışlar. Müayinə zamanı onun narkotik vasitədən istifadə etməsi müəyyən olmuşdur. Həmçinin Şəxs özü də, narkotik vasitə qəbul etdiyini etiraf etmişdir. İş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, bir neçə gün öncə toy şənliyində olarkən narkotik vasitədən istifadə etmişdir. Narkotik vasitədən mütəmadi olaraq istifadə etmir. Hazırda əməlindən peşmandır. Himayəsində özünün iki, mərhum qardaşının isə üç övladı vardır. Bütün bunlar nəzərə alınmaqla ona daha yüngül tənbeh verilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: DİN-nin DYP Web Portaldan çıxarışın surətindən görünür ki, Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ yoxdur. 12 noyabr 2025-ci il tarixli 194 nömrəli nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin tibbi müayinə aktından müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 12 noyabr 2025-ci il tarixdə saat 14:15-də tibbi müayinədən keçirilərkən sərxoş olmaqla analiz nümunəsində MET, MOP, THC (+) müəyyən edilmişdir. Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 5.1-ci bəndinə görə İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Qeyd olunanlara əsasən Şəxs Məcəllənin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından inzibati xəta haqqında protokolun surəti həmin xətaya görə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə hüquqi qiymət verilməsi üçün İsmayıllı rayon X4 Yol Polis İdarəsinə göndərilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 12 noyabr 2025-ci il tarixdə ** MO *** dövlət qeydiyyat nişanlı “QAZ 31105” minik markalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, nəqliyyat vasitəsini narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatını dinləyərək qərara gəlir ki, Şəxs Məcəlləsinin 334-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun təfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Məcəllənin 32-ci maddəsinə əsasən Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq barəsində Məcəllənin 334-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 32, 43, 106- 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə təqsirli bilinib 800 (səkkiz yüz) manat miqdarında inzibati cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında protokolun və qərarın surəti İsmayıllı rayon X4 X6 göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nərmin Qoşqarova
Məhkəmə qərarları › İş №3(037)-363/2025
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-363/2025
17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver