Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-364/2020 16.10.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxx 1994-cü il tarixdə Şəki rayonu Böyük Göynük kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X1 Yol Patrul Xidməti Alayının İV Tağımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 22:00 radələrində etibarnamə əsasında idarə etdiyi “Ford Tranzit” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Muğanlı-İsmayıllı yolunun İsmayıllı rayonu Lahıc kəndi ərazisindən 29cu km-də 70-80 km/saat sürətlə hərəkətdə olarkən bir baş at heyvanını vurması, sonradan idarə etməni itirərək yolun solunda olan sərt döngə nişanına vurması və nəticədə avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bədən xəsarəti alması faktı üzrə təhqiqatçı Rauf Tağıyevin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsi ilə inzibati tədbir görülməsi qərara alınmışdır. İV Tağımın yol patrul xidməti inspektoru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsi ilə xx xxxxxxx 2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, idarə etdiyi “Ford Tranzit” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Muğanlı-İsmayıllı yolunun İsmayıllı rayonu Lahıc kəndi ərazisindən 29-cu km-də 70-80 km/saat sürətlə hərəkətdə olarkən qəflətən yola bir baş at heyvanı çıxmış və at onun avtomobilinə çırpılmışdır. Bundan sonra idarəetməni itirmiş və avtomobili yolun kənarındakı döngə nişanına vurmuşdur. Hadisə nəticəsində avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xəsarət almışlar. Zərərçəkmiş şəxslərin ondan tələb və şikayətləri yoxdur. Hazırda əməlindən peşmandır və ona güzəşt olunmasını məhkəmədən xahiş edir. İşin baxılması vaxtı və yeri barədə zərərçəkmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, Zərərçəkmiş şəxs2 məhkəməyə teleqramma ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasına gələ bilmədiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə AR İXM-nin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 356 nömrəli rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- başın ənsə nahiyyəsinin yarası küt əşya (alət) təsirindən törənmişdir, xx xxxxxxxx 2020-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 415 nömrəli rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- burun tənəfüsünün poulmaması ilə müşahidə olunan burun sümüyünün yer dəyişməyən sınığı küt əşya (alət) təsirindən törənmişdir, xx xxxxxxxx 2020-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Şəxs xx xxxxxxx 2013-cü il tarixdə verilmiş və xx xxxxxxx 2023-cü ilədək etibarlılıq müddəti olan AE 702642 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs hadisə baş verən zaman BC kateqoriyalı sürücülük vəsiqəsi olmuşdur. “Spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin müəyyən edilməsinə dair” xx xxxxxxxx 2020-ci il tarixli 367 nömrəli tibbi müayinə aktından görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə sərxoş vəziyyətdə olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 22:00 radələrində etibarnamə əsasında idarə etdiyi “Ford Tranzit” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Muğanlı-İsmayıllı yolunun İsmayıllı rayonu Lahıc kəndi ərazisindən 29-cu km-də 70-80 km/saat sürətlə hərəkətdə olarkən bir baş at heyvanını vurmuş, sonradan idarə etməni itirərək avtomobili yolun solunda olan sərt döngə nişanına vurmuşdur. Nəticədə “Ford Tranzit” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xəsarət almışlar. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanunamüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 32, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-364/2020
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-364/2020
16.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver