Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-365/2020 05.10.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs- İsmayıllı rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin yol patrul xidməti inspektoru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 2001-ci il tarixdə İsmayıllı rayonu Qaraqaya kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx xxxxxxx 2020-ci il tarixdə “VAZ-21074” markalı ** BF *** dövlət qeydiyyat nişanlı minik avtomobilini nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək İsmayıllı şəhəri, M.F.Axundov küçəsində manevr edərkən eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs məxsus “VAZ 21154” markalı ** KD *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşması, bununla da Zərərçəkmiş şəxs avtomobilinə maddi zərər vurması faktı ilə bağlı toplanmış material üzrə İsmayıllı rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin inspektoru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə xx xxxxxxx 2020-ci il tarixli AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin Yol Patrul xidmətinin inspektoru X2 izahatında göstərdi ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə “VAZ-21074” markalı ** BF *** dövlət qeydiyyat nişanlı minik avtomobilini İsmayıllı şəhəri, M.F.Axundov küçəsində idarə edərkən manevr etmə qaydalarını pozmuş və eyni istiqamətdə Zərərçəkmiş şəxs məxsus “VAZ 21154” markalı ** KD *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, Şəxs sürücülük hüququ yoxdur. Bütün bu hallara görə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. O, protokolu müdafiə edir və Şəxs inzibati qaydada tənbeh olunmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 17:00 radələrində “VAZ-21074” markalı ** BF *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə İsmayıllı şəhəri, M.F.Axundov küçəsində idarə edərkən Cavanşir küçəsi ilə kəsişmədə yolun solundan sağına doğru düzgün manevr etməmiş və “VAZ 21154” markalı ** KD *** dövlət qeydiyyat nişanlı minik avtomobilin yoluna çıxaraq həmin avtomobillə toqquşmuşdur. Hadisə zamanı yalnız avtomobillərə maddi zərər dəymiş, heç kim xəsarət almamışdır. Onun sürücülük hüququ yoxdur. Maddi imkanı olduqca ağırdır. İnzibati qaydada cərimə olunacağı təqdirdə həmin cəriməni ödəmək iqtidarında olmayacaq. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verək göstərdi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobilinə maddi ziyan dəymişdir. Avtomobilinə dəymiş maddi ziyanla bağlı Şəxsla razılığa gəlmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. “xxxxxxxxxx” ASC-nin İsmayıllı filialının xx xxxxxxx 2020-ci il tarixli arayışında “VAZ-21154” markalı, ** KD *** dövlət qeydiyyat nişanlı avtomobilə 200-250 manat miqdarında maddi zərər dəydiyi qeyd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə “VAZ-21074” markalı ** BF *** dövlət qeydiyyat nişanlı minik avtomobilini nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək İsmayıllı şəhəri, M.F.Axundov küçəsində manevr edərkən eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs məxsus “VAZ 21154” markalı ** KD *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşmuş, bununla da Zərərçəkmiş şəxs avtomobilinə maddi zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, maddi vəziyyətini, habelə ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gəlir və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 10 (on) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan -xx xxxxxxx 2020-ci il tarixdən saat 11:55-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən saat 11:55-dən hesablansın. İnzibati həbs müddəti xx xxxxxxx 2020-ci il tarixdə saat 11:55-də başa çatmış hesab edilsin. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-365/2020
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-365/2020
05.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver