Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-366/2020 05.10.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1986-cı il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta ixtisas təhsilli, işləməyən, İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 15, mənzil 3də yaşayan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 2(037)-490/2019 saylı icra vərəqəsinə əsasən Hacıyev (Hacızadə) İlkin İkram oğlundan xx xxxx 2017-ci il tarixdən başlayaraq xx xxxxx 2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq Hacıyeva (Əhmədova) Gülnar Daşqın qızına ödənilməsi və İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2(037)-1144/2017 saylı icra vərəqəsinə əsasən Hacıyev (Hacızadə) İlkin İkram oğlundan 2950 (iki min doqquz yüz əlli) manat məbləği alınaraq Hacıyeva (Əhmədova) Gülnar Daşqın qızına ödənilməsi qət edilmişdir. İş üzrə icra vərəqələri İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu həmin icra vərəqələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və İsmayıllı Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 2(037)-490/2019 saylı icra vərəqəsi üzrə 2500 (iki min beş yüz) manat aliment borcu və İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2(037)-1144/2017 saylı icra vərəqəsi üzrə 2950 (iki min doqquz yüz əlli) manat borcu ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx xxxxxxx 2020-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İcra məmuru X3 izahat verərək göstərdi ki, hər iki icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə borcluya bildiriş göndərilmiş, lakin borclu icra sənədləri üzrə tələbi vaxtında icra etməmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir və onun hazırda tələbkara İsmayıllı Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 2(037)-490/2019 saylı icra vərəqəsi üzrə 2500 (iki min beş yüz) manat aliment borcu və İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2(037)-1144/2017 saylı icra vərəqəsi üzrə 2950 (iki min doqquz yüz əlli) manat borcu vardır. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun inzibati qaydada tənbeh edilməsini xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Şəxs hər iki icra sənədi üzrə borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Qeyd etdikləri nəzərə alınmaqla Şəxs inzibati qaydada tənbeh edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, heç yerdə işləmir və maddi imkanı olmadığı üçün hər iki icra vərəqəsi üzrə borcunu Zərərçəkmiş şəxs ödəyə bilməmişdir. Yaxın müddətdə iş yeri tapdıqdan sonra borcundan ödənişlər edəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən tərtib olunmuş xx xxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Şəxs İsmayıllı Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 2(037)-490/2019 saylı icra vərəqəsi üzrə 2500 (iki min beş yüz) manat aliment borcu və İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2(037)-1144/2017 saylı icra vərəqəsi üzrə 2950 (iki min doqquz yüz əlli) manat borcunu Zərərçəkmiş şəxs ödəməkdən yayınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs İsmayıllı Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 2(037)-490/2019 saylı icra vərəqəsi üzrə 2500 (iki min beş yüz) manat aliment borcu və İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2(037)-1144/2017 saylı icra vərəqəsi üzrə 2950 (iki min doqquz yüz əlli) manat borcu vardır və həmin borcu qərəzli olaraq ödəməkdən yayınmışdır. Borclu qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gəlir və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 20 (iyirmi) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – xx xxxxxxx 2020-ci il tarixdə saat 13:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - xx xxxxxxx 2020-ci il tarixdən saat 13:00-dan hesablansın. İnzibati həbs müddəti xx xxxxxxx 2020-ci il tarixdə saat 13:00-da başa çatmış hesab edilsin. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-366/2020
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-366/2020
05.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver