Məhkəmə qərarları › İş №3(037)-367/2020

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-367/2020

16.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-367/2020 16.10.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1993-cü il tarixdə Göyçay rayonu Potu kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 17:10 radələrində idarə etdiyi “Mercedes Benz C230” markalı, ** TT *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən yolayrıcını keçmə qaydalarını pozaraq əks istiqamətdə hərəkətdə olan “VAZ-21154” markalı ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması, nəticədə “VAZ-21154” markalı ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 və həmin avtomobildə olan sərnişin X1 bədən xəsarəti alması faktı üzrə təhqiqatçı Qoqar Aslanlının xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün şöbənin DYPB-nə göndərilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsi ilə xx xxxxxxx 2020-ci il tarixli AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə idarə etdiyi “Mercedes Benz C230” markalı, ** TT *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən yolayrıcını keçmə qaydalarını pozaraq əks istiqamətdə hərəkətdə olan “VAZ-21154” markalı ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində “VAZ-21154” markalı ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xəsarət almışlar. Həmçinin o, özü də yüngül bədən xəsarəti almışdır. Zərərçəkmiş şəxslərin ondan tələb və şikayətləri yoxdur. Hazırda əməlindən peşmandır və ona güzəşt olunmasını məhkəmədən xahiş edir. İşin baxılması vaxtı və yeri barədə zərərçəkmiş Zərərçəkmiş şəxs1 və X2 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək Şəxs qarşı tələb və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə AR İXM-nin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İsmayıllı rayon Polis Şöbəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin İsmayıllı rayon Polis Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 377 nömrəli rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- alının sıyrığı küt əşya (alət) təsirindən törənmişdir, xx xxxxxxxx 2020-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 378 nömrəli rəyindən müəyyən olunur ki, X1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- alının sağ yarısının yarası bərk küt əşya (alət) təsirindən törənmişdir, xx xxxxxxxx 2020-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Şəxs xx xxxx 2004-cü il tarixdə verilmiş və xx xxxx 2014-cü ilədək etibarlılıq müddəti olan AE 211267 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs hadisə baş verən zaman BC kateqoriyalı sürücülük vəsiqəsi olmuşdur. “Spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin müəyyən edilməsinə dair” xx xxxxxxxx 2020-ci il tarixli 373 nömrəli tibbi müayinə aktından görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə sərxoş vəziyyətdə olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 17:10 radələrində idarə etdiyi “Mercedes Benz C230” markalı, ** TT *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən yolayrıcını keçmə qaydalarını pozaraq əks istiqamətdə hərəkətdə olan “VAZ-21154” markalı ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində “VAZ-21154” markalı ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 və həmin avtomobildə olan sərnişin X3 xəsarət almışlar. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanunamüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 32, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar