Məhkəmə qərarları › İş №3(037)-367/2025

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-367/2025

03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-367/2025 03.02.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, inzibati xəta haqqında qərardan şikayət verən şəxs X2 və qərarından şikayət verilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə 03 dekabr 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: X4 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 03 dekabr 2025-ci il tarixli, 3(037)-367/2025 saylı qərarı ilə X2 şikayəti təmin edilmiş və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 noyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 29 dekabr 2025-ci il tarixli, 3(107)-417/2025 saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin olunaraq, İsmayıllı Rayon Məhkəməsinin 03 dekabr 2025-ci il tarixli, 3(037)-367/2025 saylı qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün məhkəməyə qaytarılmışdır. X4 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, İsmayıllı rayonun Qalınçaq kəndində ailəsi ilə birlikdə yaşayır. Ailəsini mal-qara saxlamaqla, torpaq sahəsində işləməklə əldə etdiyi gəlirlə saxlayır. Rəsmi iş yeri yoxdur və iş olmadığı üçün, heç bir yerdə işləmir. 13 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirən zaman həyətyanı torpaq sahəsində özünə qış tədarüki kimi kömür hazırladığı müəyyən elədilər. Həmin kömürün öz həyətindən olan ağaclardan, öz ailəsinin qış tədarüki üçün hazırladığını bildirsə də, əməkdaşlar onun haqqında “qanunsuz kömür hazırlanması faktı ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.1-ci və 275.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib etdilər. Həmin protokola əsasən 16 oktyabr 2025-ci il tarixdə işə baxılaraq onun 300 manat cərimə olunması haqqında qərar qəbul etdilər və həmin cərimənin 270 manatını 27 oktyabr 2025-ci il tarixdə bir bank vasitəsi ilə ödəmiş və qəbzi ərizəsinə əlavə edir. 17 noyabr 2025-ci il tarixdə poçt vasitəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən ona ünvanlanmış G-BM/4525- 413 nömrəli məktub və ona əlavə edilmiş 12 noyabr 2025-ci il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarı almışdır. Ona məlum oldu ki, 13 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş protokola əsasən mən bir xətaya görə ikinci dəfə vəzifəli şəxs kimi İnzibati Xəta Məcəlləsinin 234.0.1-ci maddəsi əsasında inzibati qaydada 2500 (iki min beş yüz) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. O, idarəyə müraciət edərək müraciət edərək, niyə bir protokola görə iki dəfə cərimə olunduğunu soruşduqda, oradan ona bildirdilər ki, sən əvvəl fiziki şəxs kimi cərilənmisən, amma sənin adına VÖEN olduğu üçün sən vəzifəli şəxs sayılırsan, ona görə həmin protokolla sən vəzifəli şəxs kimi 2500 manat cərilənmisən. O, qərarla razı deyil, belə ki, adına 2022-ci ildə sosial müavinət düzəldilməsi üçün VÖEN açılsa da, təxminən bir ay keçməmiş, ərizə verərək VÖEN-nin fəaliyyətini dayandırmışdır, yəni 2022-ci il tarixdən onun qeyd olunan VÖEN üzrə heç bir fəaliyyəti olmayıb və aktiv olmamışdır. 2025-ci ildə, yəni inzibati xəta törədərkən VÖEN aktiv olmayıb. Ona görə onun vəzifəli şəxs kimi İnzibati Xətalar Məcəlləsinin 234.0.1-ci maddəsi əsasında inzibati qaydada 2500 (iki min beş yüz) manat məbləğində cərimə olunması qanunsuz və əsassızdır. Ona görə də, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X5 tərəfindən tərtib edilmiş İnzibati tənbeh vermə haqqında 12 noyabr 2025-ci il tarixli MN ******* nömrəli qərarın qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayət ərizəsinin mahiyyətinə uyğun izahat verərək göstərdi ki, Ekologiya idarəsi tərəfindən ona 300 (üç yüz) manat məbləğində cərimə yazılmışdır. Həmin cəriməni müvafiq hesaba ödəmişdir. Lakin sonradan eyni əmələ görə vəzifəli şəxs kimi 2500 (iki min beş yüz) manat məbləğində cərimə olunmuşdur. 2022-ci il tarixdə adına sosial və kredit almaq üçün VÖEN açdırmışdır. Bir neçə gün sonra həmin VÖEN hesabın dayandırmışdır. Şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, Elsevər Abulov barəsində qərar qəbul edilərkən fiziki şəxs qismində cərimə olunacağını bildiyi üçün həmin 270 manat məbləğində cəriməni ödəmişdir. X7 vəzifəli şəxsdir və adına VÖEN vardır. Elsevər Abulovun fiziki şəxs qismində inzibati qaydada cərimə olunması ilə bağlı hər hansı bir qərar qəbul edilməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla qərarın dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Məcəllə) 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli qərarının surətindən görünür ki, X4 Məcəllənin 234.0.1-ci maddəsində göstərilən inzibati xətanı törətməkdə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X3 ünvanlandığı 13 noyabr 2025-ci il tarixli, Ç- BM/4525-413 saylı məktubdan görünür ki, barəsində inzibati xəta faktı əsasında aparılmış inzibati araşdırmanın nəticəsi kimi xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib olunmuş və xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərar ilə Məcəllənin 234.0.1-ci maddəsi əsasında inzibati qaydada 2500 (iki min beş yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. Cərimənin 270 (iki yüz yetmiş) manat məbləği tərəfinizdən könüllü ödənilmiş, geri qalan hissəsi aşağıda göstərilən bank hesabına ödənilməlidir. 1706 nömrəli, xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, X4 270 (iki yüz yetmiş) manat məbləğində pulu X1 hesabına ödəmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-16/2-A-6xx-xx/2025 saylı məktubundan görünür ki, X4 (VÖEN **********) hazırda vergi orqanında “Bitkiçilik sahəsində digər xidmətlərin göstərilməsi-0161301” fəaliyyət növü ilə uçotdadır. Uçot məlumat bazasına əsasən vergi ödəyicisinin vergi orqanında fəaliyyəti 24 may 2022-ci il tarixdə dayandırılmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən məhkəmənin xx.xx.2026-cı il tarixli, 5- 131/2-71/2026 saylı sorğusuna verilmiş xx.xx.2026-cı il tarixli, 3-14-45/2-082/2026 saylı məktubundan görünür ki, X4 barəsində xx.xx.2025-ci il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında protokol əsasında yalnız bir qərar (12.11.202-ci il tarixli MN 1897387) qəbul edilmişdir Məhkəmə şikayətçinin izahatını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, X2 13 oktyabr 2025-ci il tarixdə İsmayıllı rayonu Qalınçaq kəndi ərazisində qanunsuz olaraq kömür hazırlanması ilə məşğul olduğu üçün o, vəzifəli şəxs kimi Məcəllənin 234.0.1-ci maddəsi ilə təqsirli bilinərək, 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilmişdir. Elsevər Abulov məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 13 iyul tarixli, 112 nömrəli qərarı ilə təsdiq edilmiş “Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazənin verilməsi Qaydaları”na əsasən bu Qaydalar "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli, 501 nömrəli Fərmanının icrası ilə əlaqədar hazırlanmışdır və atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazənin verilməsi qaydalarını müəyyən edir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən, atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirə xüsusi icazə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qərarı əsasında verilir. Məhkəmə şikayətin dəlilləri ilə əlaqədar qeyd edir ki, iş materialları, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, X2 İsmayıllı rayonu Qalınçaq kəndi ərazisində qanunsuz olaraq kömür hazırlanması fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, X4 yaşadığı evin həyətində qanunsuz olaraq kömür hazırlanması həyata keçirir. Bu səbəbdən X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.1 və 275.1.1-ci maddələri ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Daha sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 Azərbaycan Respublikası İXM-nin 234.0.1-ci maddəsi ilə təqsirli bilənərək 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallar səlahiyyətli vəzifəli şəxs tərəfindən aşkar edilmiş və məhkəmə iclasında öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrdə faktiki olaraq fəaliyyət göstərməsi müəyyən edildikdə vergi ödəyicisinə bildiriş göndərilməklə sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrlər üzrə vergi orqanına hesabatlar təqdim etməsi tələb olunur. Qаnunvericiliyə əsаsən sаhibkаrlıq fəаliyyəti ilə məşğul оlаn fiziki şəxsin vergi оrqаnındа fəаliyyətini dаyаndırmаsı оnun fərdi sаhibkаr stаtusunа xitаm vermir. Fərdi sаhibkаr yаlnız vergi оrqаnındа uçоtdаn çıxdıqdаn sоnrа оnun fərdi sаhibkаr stаtusu itirilmiş hesаb edilir. Belə ki, Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının 28-ci bəndində qeyd edilmişdir ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinin «Qeyd» hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair 19 iyul 2013-cü il tarixli qərarında göstərilmişdir ki, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Göründüyü kimi X4 vergi orqanında fəaliyyətini dayandırmış olsa da, o, fərdi sahibkar statusunu itirməmişdir. Ona görə də, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən haqlı olaraq Elsevər Abulov vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edilərək cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin məzmununa görə inzibati xəta haqqında protokoldan verilən şikayətə və ya protestə baxılarkən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadıqda həmin qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə iş üzrə araşdırılmış sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri tam sübuta yetdiyindən məhkəmə hesab edir ki, X2 şikayəti əsassız olduğundan təmin edilməməli və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X2 şikayəti təmin edilməsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.1-ci maddəsinə əsasən 2500 (iki min beş yüz) manat miqdarında inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar