Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-369/2020 26.10.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi ilə xx xxxx 1988-ci il tarixdə Ağdam rayonu, Nəmirli kəndində anadan olmuş, Bakı şəhərində qeydiyyatda olmaqla, İsmayıllı rayonu Kürdmaşı kəndində yaşayan, Şəxs barəsində Bakı şəhər Suraxanı rayon Polis İdarəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala xx xxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx xxxxx 2020-ci il tarixdə idarə etdiyi ”Toyota Land-Cruiser-Prado” markalı ** HE *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək xx xxxxx 2020-ci il tarixli qərarla 60 (altmış) manat miqdarında inzibati cərimə edilməsinə baxmayaraq, qeyd olunan qərarı qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyi üçün barəsində 02 oktyabr avqust 2020-ci il tarixdə Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə idarə etdiyi idarə etdiyi ”Toyota Land- Cruiser-Prado” markalı ** HE *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu ərazisində hərəkətdə olarkən yol patrul xidməti əməkdaşı tərəfindən saxlanılmış və heç bir inzibati xəta hadisəsi törətmədiyi halda barəsində İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında o, 60 (atmış) manat məbləğində inzibati cərimə olunmuşdur. Qeyd olunan inzibati xəta haqqında qərardan Nərimanov Rayon Məhkəməsinə şikayət vermiş və həmin məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə Suraxanı rayon Polis İdarəsinin x xxxxx 2020-ci il tarixli TP ******* saylı qərar ləğv edilmişdir. Buna baxmayaraq həmin cərimə məbləği silinməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxx 2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tətbiq edilmiş 60 (altmış) manat miqdarında inzibati cəriməni qanunla müəyyən edilmiş müddətdə ödəmədiyinə görə cərimə məbləğinə 36 (otuz altı) manat miqdarında dəbbə pulu gələrək, xx.xx.2020-ci il tarixə 96 (doxsan altı) manat məbləğində cərimə borcu yaranmışdır. Şəxs haqqında Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx xxxxxxxx 2020-ci il tarixli Bakı şəhər Nərimanov rayon Məhkəməsinin qərarından görünür ki, Şəxs AR DİN Suraxanı rayon X4 Patrul Xidməti İnspektoru polis serjantı X1 TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı rayon Polis İdarəsinə tapşırılmışdır. Suraxanı rayon Polis İdarəsinin Şəxs ünvanladığı xx xxxxxxx 2020-ci il tarixli, 096-892686-1220 saylı məktubundan görünür ki, AR İXM-nin 327.2-ci maddəsinə əsasən əsassız tərtib edilmiş İXP ******* saylı inzibati protokola xitam verilməsi üçün tərtib edilmiş “rəy” aidiyyatı üzrə BDYPİ-nə göndərilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib qərara gəlir ki, Şəxs oğlu barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs xx xxxxx 2020-ci il tarixdə idarə etdiyi ”Toyota Land-Cruiser-Prado” markalı ** HE *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə barəsində Suraxanı rayon DYPŞ tərəfindən xx xxxxx 2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və Suraxanı rayon X4 Patrul Xidməti İnspektoru polis serjantı X1 TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 60 (altmış) manat miqdarında inzibati cərimə edilmişdir. Şəxs həmin qərardan Nərimanov Rayon Məhkəməsinə şikayət vermiş və məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə Suraxanı rayon X4 Patrul Xidməti İnspektoru polis serjantı X1 TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı rayon Polis İdarəsinə tapşırılmışdır. Həmin qərarın ləğv edilməsinə baxmayaraq Suraxanı rayon DYPŞ-si tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə xx xxxxxxx 2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş Suraxanı rayon X4 Patrul Xidməti İnspektoru polis serjantı X1 TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv olunduğundan onun barəsində inzibati icraat başlanıla bilməzdi. Ona görə də, Şəxs əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-369/2020
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-369/2020
26.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver