Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 3(037)-369/2025 24.11.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Mən, İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Məcəllə) 539.1-1-ci maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin X4 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiala baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin X4 Şöbəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* nömrəli, 28 oktyabr 2025-ci tarixli protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərinə əsasən İsmayıllı Rayon Məhkəməsinin 31 oktyabr 2025-ci il tarixli 3(037)-352/2025 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin X1ytarılmışdır. Buna baxmayaraq göstərilən nöqsanlar aradan qaldırılmadan, 21 noyabr 2025-ci il tarixli, 3-17-5/2-107701/2025 saylı məktubla eyni inzibati xəta haqqında protokol təkrarən məhkəməyə göndərilmişdir. Həmin məktubda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin avtomatlaşdırılmış sosial informasiya sistemindən inzibati icraat prosesi ilə bağlı bütün məlumatların işəgötürən şəxsi kabinetinə yerləşdirilməsinə dair çıxarış və ilkin xəbərdarlıq məktubunun surəti əlavə olaraq təqdim edildiyi qeyd edilmişdir. Həmçinin "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixli 3-17-5/2-67160/2025 nömrəli dəvət məktubu göndərilərək qeyd olunan hüquq pozuntusunun aradan qaldırılması və müvafiq sənədləri DƏMX-in X4 şöbəsinə təqdim edilməsi tələb olunması barədə məktub iş materiallarına əlavə edilsə də, həmin məktubun MMC-yə göndərilməsi və qəbul edilməsi barədə heç bir sənəd əlavə edilməmişdir. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edirəm ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin X4 Şöbəsi tərəfindən Paese Azərbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol İXM-nin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, inzibati xəta haqqında protokol tərtib olunarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı təmin edilərək ona hüquq və vəzifələri izah edilməmiş, bu barədə protokolda heç bir qeyd aparılmamış və nümayəndənin izahatı göstərilməmişdir. Halbuki, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hər bir şəxsə onun barəsində aparılan icraatla bağlı hüquq və vəzifələri dərhal izah edilməli, eləcə də onun hüquq və vəzifələrinin aydın olması barədə protokolda müvafiq qeyd aparılmalıdır. İş materiallarına Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin X4 Şöbəsi tərəfindən Paese Azərbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış 20 oktyabr 2025-ci il tarixli, 3-17-5/2-96442/2025 saylı məktubların da Paese Azərbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinə çatmasını təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. Eyni zamanda Məcəllənin 100.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Lakin xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokolun surətinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə (və ya nümayəndəsinə) rəsmi təqdim edilməsi ilə bağlı hər hansı bir sübut iş materiallarında mövcud deyildir. Halbuki barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslərin onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Yalnız protokolun sonunda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə protokolun surətininin göndərilmə hissəsində tarix və ünvan qeyd edilmişdir. Həmçinin Məcəllənin 100.3-cü maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Göründüyü kimi, qanunvericilik Məcəllənin 100-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərinə vəzifə kimi qoymaqla, qeyd olunan maddədə göstərilən tələblərə riayət olunmasını imperativ norma kimi müəyyən etmişdir. Məcəllənin 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi və səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Bununla da, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hüquqi şəxs barəsində tərtib olunan inzibati xəta haqqında protokolun Məcəllənin tələblərinə uyğun tərtib olunmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Qeyd olunanları inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirərək, işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyri-mümkün hesab edir və məhkəmə belə qənaətə gəlir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin X4 Şöbəsi geri qaytarılması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109, 118-ci maddələrini rəhbər tutaraq, qərara aldı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin X4 Şöbəsinə geri qaytarılsın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbinə müvafiq olaraq qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Hakim: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-369/2025
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №3(037)-369/2025
24.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver