Məhkəmə qərarları › İş №3(037)-371/2024

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-371/2024

28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-371/2024 28.11.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X5 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş Orucova (Niftaliyeva) Rüfanə Xanlar qızının iştirakı ilə, xx xxxxxxx 1991-ci il tarixdə İsmayıllı rayonu Kürdmaşı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, İsmayıllı rayonu Kürdmaşı kəndində yaşayan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 28 noyabr 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X1 Rayon Məhkəməsinin e-2(019)-712/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-511/2014 nömrəli, xx.xx.2014-cü il tarixli, e-2(037)- 1496/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və e-2(037)-1202/2023 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqələrinin icrasından yayınması ilə əlaqədar Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair İsmayıllı rayon icra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 3(037)-371/2024 saylı qərarı ilə X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan zərərçəkmiş Zərərçəkmiş şəxs1 tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 3(107)-371/2024 saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin olunaraq, İsmayıllı Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 3(107)-371/2024 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin qərarında göstərilmişdir ki, işə baxan birinci instansiya məhkəməsi işin hallarını, tam və obyektiv araşdırmamışdır. İsmayıllı rayon İcra və Probasiya şöbəsinə və zərərçəkmiş “X13 Azərbaycan” QSC-ya, Zərərçəkmiş şəxs3 QSC-ya və Zərərçəkmiş şəxs2 MMC-yə inzibati xəta haqqında işə baxılması vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə məhkəməyə vəsatət verməmişdir. Məhkəmə işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, iş məhkəmənin icraatında olduğu müddətdə aliment borcundan ayrı-ayrı vaxtlarda 1300 (min üç yüz) manat ödəniş etmişdir. Sonuncu dəfə 27 noyabr 2024-cü il tarixdə 500 (beş yüz) manat ödəniş etmişdir. Qalan son iki ayın aliment məbləğini bir həftə müddətində tam şəkildə ödəyəcəyini öhdəsinə götürür. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 izahat verərək göstərdi ki, aliment borcunu tələb edirəm. Şəxs aliment məbləğinin ödənilməsi ilə bağlı vaxt verilərək işin baxılmasının təxirə salınmasını istəmir. Çünki hər dəfə gəlib-gedə bilmir. İş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024 və xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, Şəxs ümumilikdə 900 (doqquz yüz) manat məbləğində pulu Zərərçəkmiş şəxs1 hesabına ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Balakən Rayon Məhkəməsinin e- 2(019)-712/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən 06 iyul 2023-cü il tarixdən başlayaraq xx.xx.2014-cü ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Şəxs hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 verilməsi, İsmayıllı Rayon Məhkəməsinin 10 oktyabr 2014-cü il tarixli, 2(037)-511/2014 nömrəli icra sənədinə əsasən Şəxs 405 (dörd yüz beş) manat 61 qəpik məbləği tutularaq “X13 Azərbaycan” QSC-yə ödənilməsi, e-2(037)-1496/2022 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 1013 (min on üç) manat məbləği tutularaq Zərərçəkmiş şəxs2 MMC-yə ödənilməsi və e-2(037)-1202/2023 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 258 (iki yüz əlli səkkiz) manat 10 qəpik məbləği tutularaq Zərərçəkmiş şəxs3 QSC-nə ödənilməsi qət edilmişdir. İş üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilmiş, həmin protokolda borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyi qeyd edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən onun Zərərçəkmiş şəxs1 1340 (min üç yüz qırx) manat aliment borcu olmuşdur. İş məhkəmənin icraatında olan müddətdə Şəxs Zərərçəkmiş şəxs1 Xalar qızına 1300 (min üç yüz) manat, "xxxx" MMCnin hesabına 100 (bir yüz) manat, “X13 Azərbaycan” QSC-nin hesabına 50 (əlli) manat və Zərərçəkmiş şəxs3 QSC-nin hesabına 50 (əlli) manat ödəniş etmişdir. Göründüyü kimi Şəxs protokol tərtib edilərkən Zərərçəkmiş şəxs1 olan 1340 (min üç yüz qırx) manat aliment borcundan 1300 (min üç yüz0 manatını ödəmiş və 40 (qırx) manat aliment borcu qalmışdır. Bundan başqa Şəxs son iki ay üzrə müəyyən edilmiş aliment borcunu isə 1 (bir) həftə ərzində tam şəkildə ödəyəcəyini vəd etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1 və 44.1.3-cü maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardan biri də könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən, Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, hazırkı halda icra məmuru tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qanunvericiliyin yuxarıda sadalanan əsasları mövcud deyildir. Belə ki, məhkəmə araşdırması zamanı Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halı öz təsdiqini tapmamışdır. Digər tərəfdən məhkəmə iclasında müəyyən edilmişdir ki, borclu icra vərəqəsinin icrası ilə əlaqədar ödənişlər etməklə yanaşı, yaranmış borcundan ödəniş edərək borcun tam şəkildə ödənilməsinə dair söz verilmişdir. Borclunun hər hansı gəlir mənbəyi olmaması və maddi vəziyyətinin səviyyəsi onu icra vərəqəsinin icrası ilə əlaqədar öhdəliklərdən azad etməsə də, icra vərəqəsinin icra edilməsində müəyyən çətinliklər yaranmasına səbəb olur. İcra məmurunun qeyd etdiyi hallar isə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin qərəzli şəkildə yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə eyni zamanda Şəxs icra vərəqələrinin icra edilməməsi ilə əlaqədar bildirir ki, hazırda şəxsin işləməməsi, hər hansı bir digər gəlir mənbəyinin və mülkiyyətində daşınar və ya daşınmaz əşya olmaması faktları nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi yaranmadığından onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar