Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-372/2022 29.08.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan Şəxs Valodya oğlu və onun vəkili Vəkil iştirakı ilə xx xxxxx 1982-ci il tarixdə İsmayıllı şəhərində anadan olmuş, İsmayıllı şəhəri, N.Səmədov küçəsi, ev 66-da yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 29 avqust 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 23 avqust 2022-ci il tarixdə saat 02:00 radələrində İsmayıllı şəhəri ərazisində xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 29 avqust 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 izahatında göstərdi ki, Şəxs 29 avqust 2022-ci il tarixdə İsmayıllı şəhəri ərazisində xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış və idarə etdiyi avtomobillə hərəkətini davam etdirərək həmin ərazidən uzaqlaşmışdır. Bundan sonra Şəxs yerini müəyyən etmək olmamışdır. 29 avqust 2022-ci il tarixdə Elşən rayon polis şöbəsinə gətirilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, 02 avqust 2022-ci il tarixdə özünə məxsus “VAZ-21011” markalı avtomobillə hərəkətdə olarkən polis əməkdaşları avtomobilinə saxla işarəsi vermişlər. O, avtomobili saxlamış və polis əməkdaşları onu rayon polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına məhəl qoymamış və avtomobili idarə edərək oradan uzaqlaşmışdır. O barəsində tərtib olunmuş protokolla razı deyil. Belə ki, həmin vaxt avtomobili yüksək sürətlə idarə etsə də, heç bir inzibati xəta törətməmişdir. Polis əməkdaşlarının üzərinə bıçaq çıxartmamış və avtomobili onların üzərinə sürməmişdir. 29 avqust 2022-ci il tarixdə saat 15:00 radələrində həyətdə işləyən zaman polis əməkdaşları ona yaxınlaşmış və rayon polis şöbəsinə dəvət etmişlər. O, könüllü olaraq polis şöbəsinə getmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon X8 X10 yol patrul xidməti inspektoru X3 izahatında göstərdi ki, 23 avqust 2022-ci il tarixdə saat 02:00 radələrində İsmayıllı şəhəri ərazisində xidmətdə olarkən “VAZ-21011” markalı dövlət qeydiyyat nişanları olmayan avtomobilin sürücüsünün avtoxuliqanlıq hərəkətləri etdiyini görmüşdür. Öncə post patrul xidmətinin əməkdaşları həmin avtomobilə saxla işarəsi vermişdir. Avtomobili sürücü yolun kənarında saxlamış və o, sürücüyə yaxınlaşmaq istəmişdir. Bu zaman sürücü sonradan şəxsiyyəti məlum olan Şəxs avtomobildən düşərək polis əməkdaşlarının üzərinə bıçaq çıxarmışdır. Bundan sonra Elşənin yanında sərnişin yerində əyləşən tanımadığı bir şəxs Elşəni sakitləşdirmişdir. Bununla bağlı hazırda polis şöbəsində araşdırma aparılır. Sonra Elşən avtomobilə əyləşərək avtomobili yüksək sürətlə idarə edərək oradan uzaqlaşmışdır. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon X11 patrul xidməti bölüyü polis nəfəri X4 izahatında göstərdi ki, 23 avqust 2022-ci il tarixdə saat 02:00 radələrində Fərid Mahmudov və Qadir Ağayevlə birlikdə İsmayıllı şəhəri ərazisində xidmətdə olarkən “VAZ- 21011” markalı dövlət qeydiyyat nişanları olmayan avtomobilin sürücüsünün avtoxuliqanlıq hərəkətləri etdiyini görmüşdür. Ona saxla işarəsi verdikdə sürücü avtomobili onların üzərinə sürmüşdür. Həmin yerə yol patrul xidməti əməkdaşları dəvət olunmuş və həmin avtomobil müşaiyət olunmuşdur. Bir qədər sonra sürücü avtomobili saxlamış və ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Bu zaman sürücü sonradan şəxsiyyəti məlum olan Şəxs avtomobildən düşərək onların üzərinə bıçaq çıxarmışdır. Bundan sonra Elşənin yanında sərnişin yerində əyləşən tanımadığı bir şəxs Elşəni sakitləşdirmişdir. Sonra Elşən avtomobilə əyləşərək avtomobili yüksək sürətlə idarə edərək oradan uzaqlaşmışdır. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon X11 patrul xidməti bölüyü polis nəfəri X5 da şahid Anar Bəkirovun izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etdiyini bildirdi. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs Valodya oğlu 23 avqust 2022-ci il tarixdə saat 02:00 radələrində İsmayıllı şəhəri ərazisində xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirib tərəflərin və şahidlərin izahatını, vəkilin fikrini dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanı etiraf etməməsi onun inzibati məsuliyyətdən yayınması üçün etdiyi özünü müdafiə cəhdidir və işin faktiki halları ilə təkzib olunur. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 25 (iyirmi beş) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - 29 avqust 2022-ci il tarixdə saat 17:55-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - 29 avqust 2022-ci il tarixdən saat 17:55-dən hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-372/2022
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-372/2022
29.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver