Məhkəmə qərarları › İş №3(037)-373/2020

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-373/2020

19.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-373/2020 19.10.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakı ilə xx xxxxxxx 1949-cu il tarixdə İsmayıllı şəhərində anadan olmuş, İsmayıllı rayonu İsmayıllı kəndində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis ŞöbəsindənAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx xxxxxxx 2020-ci il tarixdə sat 13:00 radələrində “VAZ-21065” markalı ** BE *** dövlət qeydiyyat nişanlı minik avtomobilini nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsində yol ayrıcından baş yola çıxarkən, baş yolda hərəkətdə olan X1 idarə etdiyi “Chevrolet Cruze” markalı ** SV *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin yoluna çıxaraq həmin avtomobillə toqquşması, daha sonra “Chevrolet Cruze” markalı ** SV *** dövlət qeydiyyat nişanlı minik avtomobili yol ayrıcında dayanmış Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes Benz” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyməsi, bununla da, “Chevrolet Cruze” markalı ** SV *** və “Mercedes Benz” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobillərə maddi zərər vurması faktı ilə bağlı toplanmış material üzrə İsmayıllı rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin polis serjantı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə xx xxxxxxx 2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, onun sürücülük hüququ yoxdur. xx xxxxxxx 2020-ci il tarixdə saat 13:00 radələrində idarə etdiyi “VAZ-21065” markalı ** BE *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsində yol ayrıcından baş yola çıxarkən, baş yolda hərəkətdə olan “Chevrolet Cruze” markalı avtomobili gözləməmiş və yola çıxaraq həmin avtomobillə toqquşmuşdur. Bundan sonra “Chevrolet Cruze” markalı avtomobil yolun kənarında dayanmış vəziyyətdə olan “Mercedes Benz” markalı avtomobilə dəymişdir. Hadisə zamanı xəsarət alan olmamış və hər üç avtomobilə maddi ziyan dəymişdir. Hadisə onun qismən təqsiri üzündən baş vermişdir. Belə ki, “Chevrolet Cruze” markalı avtomobilin sürücüsü həmin vaxt avtomobili yüksək sürətlə idarə etmişdir. Həmin avtomobilin sürəti yüksək olmasaydı onun avtomobili ilə toqquşduqdan sonra yolun kənarında dayanmış vəziyyətdə olan “Mercedes Benz” markalı avtomobilə dəyməzdi. Bundan başqa “xxxxxxxxxx” ASC-nin İsmayıllı filialı tərəfindən avtomobillər dəymiş ziyan çox göstərilmişdir. O həmin məbləğlərlə razı deyil və maddi ziyanı ödəməyə imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 izahat verək göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə tanışı Telman Qasımov etibarnamə olmadan ona məxsus “Chevrolet Cruze” markalı ** SV *** dövlət qeydiyyat nişanlı minik avtomobilini İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsində baş yolda idarə edərkən, yol ayrıcından qəflətən yoluna “VAZ-21065” markalı ** BE *** dövlət qeydiyyat nişanlı minik avtomobil çıxmış və həmin avtomobillə toqquşmuşdur. Zərbənin təsirindən Telmanın idarə etdiyi avtomobil yol ayrıcında dayanmış vəziyyətdə olan “Mercedes Benz” markalı avtomobilə dəymişdir. Onun avtomobilinə dəymiş ziyan ödənilməmiş və ziyanı tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 izahat verək göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə idarə etdiyi “Mercedes Benz” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsində yol ayrıcından baş yola çıxmaq istəyərkən, “VAZ-21065” markalı ** BE *** dövlət qeydiyyat nişanlı minik avtomobili yol ayrıcından baş yola çıxarkən, baş yolda hərəkətdə olan “Chevrolet Cruze” markalı ** SV *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin yoluna çıxmış və həmin avtomobillə toqquşmuşdur. Zərbənin təsirindən “Chevrolet Cruze” markalı avtomobil onun idarə etdiyi avtomobilə dəymişdir. Avtomobilinə dəymiş ziyan ödənilməmiş və ziyanı tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. xx xxxxxxx 2020-ci il tarixli 01409 nömrəli şəxsin sərxoşluq vəziyyətinin müəyyən olunması üçün alkotester vasitəsi ilə ölçülmüş müayinənin nəticəsi barədə kağız daşıyıcılardan müəyyən edilir ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 14:43-də tibbi müayinədən keçirilərkən onun sərxoş olmadığı müəyyən edilmişdir. “xxxxxxxxxx” ASC-nin İsmayıllı filialının xx xxxxxxx 2020-ci il tarixli arayışında “Mercedes Benz” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilə 685 (altı yüz səksən beş) manat miqdarında maddi zərər dəydiyi qeyd edilmişdir. “xxxxxxxxxx” ASC-nin İsmayıllı filialının xx xxxxxxx 2020-ci il tarixli arayışında “Chevrolet Cruze” markalı ** SV *** dövlət qeydiyyat nişanlı avtomobilə 2871 (iki min səkkiz yüz yetmiş bir) manat miqdarında maddi zərər dəydiyi qeyd edilmişdir. Dövlət X2 publik hüquqi şəxsin ismayıllı rayon filialının xx xxxxxxx 2020-ci il tarixli, **********3 saylı arayışından görünür ki, Şəxs yaşa görə pensiyaçı olmaqla aylıq 233 (iki yüz otuz üç) manat 20 qəpik məbləğində təqaüd alır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə sat 13:00 radələrində “VAZ-21065” markalı ** BE *** dövlət qeydiyyat nişanlı minik avtomobilini nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsində yol ayrıcından baş yola çıxarkən, baş yolda hərəkətdə olan X1 idarə etdiyi “Chevrolet Cruze” markalı ** SV *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin yoluna çıxaraq həmin avtomobillə toqquşmuş, daha sonra “Chevrolet Cruze” markalı ** SV *** dövlət qeydiyyat nişanlı minik avtomobili yol ayrıcında dayanmış Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes Benz” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş, bununla da, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 avtomobilinə maddi zərər vurulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqaüdçü olmasını və təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan 400 (dörd yüz) manat miqdarında inzibati cərimə tətbiq etməyi məqsədə müvafiq hesab edir. Həmçinin, inzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduğunu nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36-cı maddəsinə əsasən məhkəmə Zərərçəkmiş şəxs2 məxsus “Chevrolet Cruze” markalı ** SV *** və Zərərçəkmiş şəxs1 məxsus “Mercedes Benz” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobillərə dəymiş maddi ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələnin baxılmamış saxlanılmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda zərərçəkmiş şəxslərə izah edilir ki, əmlak zərərinin əvəzinin ödənilməsi haqda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilərlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar