Məhkəmə qərarları › İş №3(037)-375/2024

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-375/2024

12.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-375/2024 12.09.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 2001-ci il tarixdə İsmayıllı rayonu Nanıc kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla, İsmayıllı rayonu İsmayıllı kəndində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, İİ Qarabağ müharibəsi iştirakçısı, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala 12 sentyabr 2024-cü il tarixdə İsmayıllı şəhərində, İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 11 sentyabr 2024-cü il tarixdə İsmayıllı rayonu İsmayıllı kəndi n nalayiq ifadələr işlədərək ictimai qaydanı pozması və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə 18 aprel 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Bəhruz Müseyibli izahat verərək iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, onun sürücülük hüququ yoxdur. 11 sentyabr 2024-cü il tarixdə idarə etdiyi avtomobillə hərəkətdə olarkən yol patrul xidməti əməkdaşları tərəfindən ona saxla işarəsi verilmişdir. O, avtomobili yolun kənarında saxlamış və avtomobildən düşmüşdür. Bu zaman yol patrul xidməti əməkdaşı ona yaxınlaşaraq, sürücülük vəsiqəsi olmadığı üçün avtomobili duracağa aparacağını bildirmişdir. O, bu barədə ailəsinə məlumat vermək üçün mobil telefonundan istifadə etmək istəmişdir. Lakin polis əməkdaşı mobil telefonunu ondan almış və digər polis əməkdaşları ilə birlikdə onun qolundan tutaraq zor gücünə əyləşdirmişdir. Avtomobilin içərisində isə polis əməkdaşı onun boynundan tutaraq bərk sıxmışdır. O, boğulacağını görüb avtomobilin qapısını açaraq özünü yerə atmışdır. Bundan sonra bərk qışqıraraq atasını oraya çağırmışdır. Sonradan atası oraya gəlmiş və həmin vaxt bir qədər mübahisə yaranmışdır. Avtomobili sürücülük hüququ olmadan idarə etdiyi üçün peşmandır və sürücülük hüququ əldə etmədiyi müddətdə avtomobil idarə etməyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon X10 X11 yol patrul xidməti inspektoru X4 bildirdi ki, 11 sentyabr 2024-cü il tarixdə digər polis əməkdaşları ilə birlikdə İsmayıllı şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən “Mercedes Benz” markalı avtomobilin sürücüsü avtomobili yüksək sürətlə idarə etdiyi üçün, saxla işarəsi vermişdir. Sürücü avtomobili saxlamayaraq sürətini artıraraq İsmayıllı rayonu Yuxarıbaş kəndi yoluna daxil olaraq sərt manevrlər edərək uzaqlaşmaq istəmişdir. Bir qədər sonra sürücü sonradan şəxsiyyəti məlum olan Şəxs avtomobili saxlamış və avtomobildən düşmüşdür. Yoxlama zamanı məlum olmuşdur ki, sürücünün nəqliyyat vasitələrini idarə etmək hüququ yoxdur. Həmin vaxt ona avtomobilin duracağa aparılacağı bildirildikdə o, qazi olduğunu bildirərək avtomobilin duracağa aparılmasına etiraz etmiş və yüksək səslə nalayiq ifadələr işlətmişdir. Onu nizam-intizama dəvət etsələr də, Şəxs mobil telefonu ilə kiməsə zəng edəcəyini bildirmişdir. Bir qədər sonra Şəxs avtomobilə əyləşmiş və həmin vaxt o, müqavimət göstərərək avtomobildən qaçmaq istədiyi üçün digər polis əməkdaşı onu bərk tutaraq buna mane olmuşdur. Buna baxmayaraq Şəxs yaşadığı evin yaxınlığına çatdıqda avtomobildən yüksək səslə atasını çağırmışdır. Rəvanın atası Oktay Məmmədov oraya gəlmiş və onlarla mübahisə etməyə başlamışdır. Bundan sonra əraziyə post patrul xidməti əməkdaşları və evakuator xidməti dəvət olunmuşdur. Oktay Məmmədova oğlunun sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etməsi bildirilsə də, o, buna etiraz etmiş və onların ünvanına nalayiq ifadələr işlədərək avtomobilin duracağa yerləşdirilməsinə icazə verməmişdir. Həmin dəfələrlə hər iki şəxsi nizam-intizama dəvət etsələr də onlar yüksək səslə səs-küy salaraq polisin qanuni tələblərinə tabe olmamışdır. Bir qədər sonra həmin şəxslər rayon polis şöbəsinə gətirilmiş və polis şöbəsində Oktay Məmmədov yenidən ucadan nalayiq ifadələr işlətmişdir. Bundan başqa Şəxs avtomobili sürücülük hüququ olmadan idarə etdiyi üçün br neçə dəfə inzibati qaydada cərimə edilmişdir. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon Polis Şöbəsinin post patrul xidməti bölüyü polis nəfəri X2 da şahid X1 izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etdiyini bildirdilər. İş materiallarına əlavə edilmiş 11 sentyabr 2024-cü il tarixli raportlardan görünür ki, Şəxs 11 sentyabr 2024-cü il tarixdə İsmayıllı rayonu Yuxarıbaş kəndi ərazisində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozması və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş DVD-R diskində olan görüntülərə məhkəmə iclasında baxılarkən müəyyən edilmişdir ki, Şəxs 11 sentyabr 2024-cü il tarixdə xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığı müəyyən olunmuşdur. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 11 sentyabr 2024-cü il tarixdə İsmayıllı rayonu Yuxarıbaş kəndində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatını və şahid ifadələrini dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarının 3-cü bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 11 sentyabr 2024-cü il tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis əməkdaşlarının qanuni tələbinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin də olması barədə nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. X7 tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə X7 tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gələrək o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə müəyyən edilmiş İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs etməyi məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan 12 sentyabr 2024-cü il tarixdən saat 12:25-də hesablansın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 32, 33, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs etməyi məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan 12 sentyabr 2024-cü il tarixdən saat 12:25-də hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar