Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-378/2021 18.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – İsmayıllı rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 23 avqust 1996-cı il tarixdə Neftçala şəhərində anadan olmuş, Neftçala şəhəri. M.Qorki küçəsi, ev 2, mənzil 32də qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Köhnə Günəşli qəsəbəsi, Ə.Şıxlınski küçəsi, blok 3, mənzil 7-də yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində inzibati məsuliyyətə cəlb olunmamış, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında İsmayıllı rayon Polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 18 noyabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 14 noyabr 2021-ci il və 15 noyabr 2021-ci il tarixlərdə İsmayıllı rayon sakini Zərərçəkmiş şəxs dələduzluq yolu ilə aldadaraq ümumilikdə 300 (üç yüz) manat məbləğində pulu ələ keçirməsi faktı üzrə İsmayıllı rayon Polis X3 təhqiqatçısı Rüstəm Atakişiyevin 18 noyabr 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin X1 verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 18 noyabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - İsmayıllı rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Elşən Bədəlov izahatında göstərdi ki, Şəxs 14 noyabr 2021 və 15 noyabr 2021-ci il tarixlərdə İsmayıllı rayon sakini Zərərçəkmiş şəxs aldadaraq ümumulikdə 300 (üç yüz) manat məbləğində pulunu dələduzluq yolu ilə mənimsəmişdir. Həmin fakt üzrə araşdırma aparılmış və onun əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş barəsində İXM 227-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin X1 verilmişdir. Bununla bağlı Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, bir neçə gün öncə internet səifəsinə “VAZ-2107” markalı avtomobilin şəkillərini yerləşdirərək satmaq adı ilə elan vermişdir. İsmayıllı rayon sakini Zərərçəkmiş şəxs onunla telefon əlaqəsi saxlamış və avtomobili almaq fikrində olduğunu ona bildirmişdir. Habillə razılaşmış və Habilə kart nömrəsi ataraq ona 300 (üç yüz) manat məbləğində pulun göndərməsini və İsmayıllı rayonuna gələrək alqı-satqı edə biləcəklərini bildirmişdir. Habil həmin pulu onun kart hesabına göndərmişdir. Onun avtomobil satmaq fikri olmamış, Habildən həmin pulu onu aldadaraq almışdır. Hazırda əməlindən peşimandır. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödədiyini və zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayətinin olmadığını nəzərə alaraq barəsində olan inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs tanımır. 14 və 15 noyabr 2021-ci il tarixlərdə Şəxs avtomobil almaq məqsədi ilə ümumilikdə 300 (üç yüz) manat məbləğində pul göndərmişdir. Sonradan ona məlum olmuşdur ki, Orxanın avtomobil satmaq niyyəti olmamış və onu aldadaraq həmin pulu ondan almışdır. Bundan sonra o, rayon polis şöbəsinə şikayət etmişdir. Hazırda Orxan ondan aldığı pulu geri qaytarmışdır. Orxana qarşı tələb şikayəti yoxdur və onunla barışmışdır. Qeyd etdikləri nəzərə alınmaqla işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. İsmayıllı rayon polis X3 təhqiqatçısı polis mayoru Rüstəm Atakişiyevin 18.11.2021ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş və qərarın surəti onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün İsmayıllı rayon Polis şöbəsinin X1 verilmişdir. İşə əlavə olunmuş zərərçəkmiş Zərərçəkmiş şəxs 18 noyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş maddi ziyan ödənilmiş və Şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. Ona görə də, inzibati işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 14 noyabr 2021-ci il və 15 noyabr 2021-ci il tarixlərdə İsmayıllı rayon sakini Zərərçəkmiş şəxs dələduzluq yolu ilə aldadaraq ümumilikdə 300 (üç yüz) manat məbləğində pulu ələ keçirmişdir. Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə nzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmişə dəymiş maddi ziyanı ödəmiş və onunla barışmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib qeyd olunan hüquq normalarının tələblərinə əsasən hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 14 noyabr 2021-ci il və 15 noyabr 2021-ci il tarixlərdə İsmayıllı rayon sakini Zərərçəkmiş şəxs dələduzluq yolu ilə aldadaraq ümumilikdə 300 (üç yüz) manat məbləğində pulu ələ keçirmiş və bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir. Onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin bütün əlamətləri olmasına baxmayaraq inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmişlə barışdığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinin tələbinə görə X5 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.10, 105, 110-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmişlə barışdığından xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-378/2021
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-378/2021
18.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver