Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-378/2022 01.09.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X4 X6 inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxxxx 1984-cü il tarixdə İsmayıllı rayonunda anadan olmuş, İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi, dalan 2, ev 4-də yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 01 sentyabr 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 31 avqust 2022-ci il tarixdə saat 18:00 radələrində idarə etdiyi “VAZ- 21063” markalı ** BB *** dövlət qeydiyyat nişanlı minik avtomobilini nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan İsmayıllı şəhəri, Cavanşir küçəsində idarə edərkən qarşıda eyni istiqamətdə hərəkətdə olan “BMW” markalı ** VA *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən toqquşması, daha sonra “BMW” markalı avtomobil qarşısında hərəkətdə olan “Opel Astra” markalı, ** DH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyməsi, bununla da Zərərçəkmiş şəxs2 məxsus “BMW” markalı ** VA *** dövlət qeydiyyat nişanlı və Zərərçəkmiş şəxs1 məxsus “Opel Astra” markalı, ** DH *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurması faktı ilə bağlı toplanmış material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə 31 avqust 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X4 X6 inspektoru X2 izahatında göstərdi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs2 məxsus “BMW” markalı ** VA *** dövlət qeydiyyat nişanlı və Zərərçəkmiş şəxs1 məxsus “Opel Astra” markalı, ** DH *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Bununla bağlı Şəxs barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, onun sürücülük hüququ yoxdur. 31 avqust 2022-ci il tarixdə saat 18:00 radələrində idarə etdiyi avtomobillə İsmayıllı şəhəri, Cavanşir küçəsində hərəkətdə olarkən yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində Zərərçəkmiş şəxs2 məxsus “BMW” markalı ** VA *** dövlət qeydiyyat nişanlı və Zərərçəkmiş şəxs1 məxsus “Opel Astra” markalı, ** DH *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı sığorta şirkəti ödəyəcəkdir. Zərəçəkmiş şəxslərin ondan tələb və şikayəti yoxdur. Əməlindən peşmandır və ona daha yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş edir. İşin baxılması vaxtı və yeri barədə zərərçəkmiş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək Şəxs qarşı tələb və şikayətinin olmadığını və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə AR İXM-nin 62.4-cü maddəsinə əsasən işə oların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “X3 Servis Mərkəzi”nin 01 sentyabr 2022-ci il tarixli arayışında “BMW” markalı ** VA *** dövlət qeydiyyat nişanlı avtomobilə 150 manat miqdarında maddi zərər dəydiyi qeyd edilmişdir. “X3 Servis Mərkəzi”nin 01 sentyabr 2022-ci il tarixli arayışında “Opel Astra” markalı, ** DH *** dövlət qeydiyyat nişanlı avtomobilə 210 manat miqdarında maddi zərər dəydiyi qeyd edilmişdir. Elektron məlumat bazasından çıxarışdan görünür ki, Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 31 avqust 2022-ci il tarixdə saat 18:00 radələrində idarə etdiyi “VAZ-21063” markalı ** BB *** dövlət qeydiyyat nişanlı minik avtomobilini nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan İsmayıllı şəhəri, Cavanşir küçəsində idarə edərkən qarşıda eyni istiqamətdə hərəkətdə olan “BMW” markalı ** VA *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən toqquşmuş, daha sonra “BMW” markalı avtomobil qarşısında hərəkətdə olan “Opel Astra” markalı, ** DH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Bununla da Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus avtomobilə maddi zərər vurmasına səbəb olmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan 400 (dörd yüz) manat miqdarında inzibati cərimə tətbiq etməyi məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-378/2022
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-378/2022
01.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver