Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-379/2024 01.10.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X6 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin 03 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında protokoluna əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin 03 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında protokoluna əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilərək baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. 03 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında protokolda göstərilmişdir ki, Şəxs Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozaraq X11, X7 və X4 işğaldan azad edilmiş ərazilərdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iş və xidmətlərin görülməsinə cəlb etmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərinə əsasən İsmayıllı Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 3 (037) - 295 / 2024 nömrəli və 12 avqust 2024-cü il tarixli, 3(037)-329/2024 nömrəli qərardadları ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə qaytarılmışdır. Həmin qərardadda inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin qaytarılmasının əsası olaraq qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə bu barədə icraatın başlanması ilə əlaqədar heç bir məlumat verilməmişdir. Buna baxmayaraq göstərilən nöqsanlar aradan qaldırılmadan eyni inzibati xəta haqqında protokol təkrarən məhkəməyə göndərilmişdir. Protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaq məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Ona görə də məhkəmə işə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, inzibati xəta haqqında protokolda adları qeyd edilən şəxslər X11, X7 və X8 işlə tanış olmaq məqsədi ilə işğaldan azad edilmiş ərazilərə giriş icazəsi alınması üçün onların adlı siyahısı Şəxs MMC-nin podratçı şirkəti olan "xxxx" MMC-nə göndərilmişdir. "xxxx" MMC tərəfindən də həmin şəxslərə giriş icazəsi alınması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət göndərilmiş və giriş icazələri alınmışdır. Müraciət olunarkən Daxili İşlər Nazirliyi tərəfindən adları göstərilən şəxslərin əmək müqavilələrinin olması barədə hər hansı sənəd tələb olunmur. Hazırda “Sima” proqramı yaradılmış və bu hərəkətlər artıq həmin proqramla həyata keçirilir. Həmin şəxslər işğaldan azad olunmuş ərazidə olan işlərlə tanış olmuş, razılaşma olmadığı üçün onlar geri qayıtmış və əmək müqaviləsi bağlanılmamışdır. Yalnız həmin şəxslərdən Afiq Heydərovla bir müddət sonra əmək müqaviləsi bağlanılmışdır. Şəxs MMC işçiləri üçün işğaldan azad edilmiş ərazilərə giriş icazəsi alınması üçün birbaşa Daxili İşlər Nazirliyinə müraciət etmir. Bunu podratçı şirkəti olan "xxxx" MMC vasitəsilə həyata keçirir. X2ra inzibati xəta haqqında işlə əlaqadar müvafiq məktub göndərildikdən sonra isə qeyd edilən şəxslərin icazələrinin ləğv edilməsi üçün Şəxs MMC tərəfindən Daxili İşlər Nazirliyinə elektron qaydada müraciət edilmişdir. Adları qeyd olunan şəxslər şirkət tərəfindən heç bir işin və xidmətin görülməsinə cəlb edilməmişdir. Lakin onlardan asılı olmayan səbəbdən onların işğaldan azad edilmiş ərazilərə giriş icazələri Daxili İşlər Nazirliyinin portalında qalmışdır. Bu səbəbdən də Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol tamamilə əsassızdır. Odur ki, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı İsmayıllı şəhəri, Axundov küçəsi, ev 83 B 19 olmaqla qanuni təmsilçisi Nümayəndədur. Elektron məktubun çıxarışından görünür ki, inzibati xəta haqqında protokolda adları qeyd edilmiş şəxslər - X11, X7 və X3 işğaldan azad edilmiş ərazilərə giriş icazələri xx.xx.2024-cü il tarixdən başlayaraq Ağdərə rayonu ərazisi üzrə xx.xx.2024-cü il tarixədək, Kəlbəcər və Laçın rayonları ərazisi üzrə isə xx.xx.2024cü il tarixədək müəyyən edilmişdir. 03 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında protokolda görünür ki, Şəxs Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozaraq X11, X7 və X4 işğaldan azad edilmiş ərazilərdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iş və xidmətlərin görülməsinə cəlb etmişdir. Məhkəmə, protokolu, iş üzrə təqdim edilmiş sübutları nəzərdən keçirib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin 03 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında protokoluu ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. İşin faktiki hallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti 03 iyul 2024-cü il tarixdə Şəxs barəsində MN seiyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərkən yalnız protokolda adları qeyd edilən şəxslər - X11, X7 və X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin internet resursunda olan portalda işğaldan azad edilmiş ərazilərə giriş icazələrinin olmasına və həmin vaxtda Şəxs MMC ilə aralarında əmək müqaviləsinin olmamasına əsaslanmışdır. İnzibati orqan tərəfindən həmin şəxslərin Şəxs MMC tərəfindən əmək müqaviləsi qüvvəyə minmədən işlərin və xidmətlərin görülməsinə cəlb edilməsi ilə bağlı hər-hansı digər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd edilən hüquq normalarının ümumi məzmunundan, həmin normalarda təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən də göründüyü kimi, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qanunvericiliyin tələblərinə əsasən şəxsin hər hansı inzibati xətanı törətmiş olması, onun əməlində inzibati xətanın tərkibinin inzibati xəta hadisəsinin mövcud olması faktı həmin şəxsin özü tərəfindən deyil, inzibati xəta haqqında protokolu tərtib etmiş və həmin inzibati xəta haqqında işə baxmaq səlahiyyəti olan orqan tərəfindən sübuta yetirilməlidir və bunu sübut etmək vəzifəsi həmin orqanın üzərinə düşür. Bu faktın sübuta yetrilməməsi isə şəxsin əməlində inzibati xəta tərkibinin ehtimal olunması əsası ilə onun inzibati məsuliyyətə cəlb edilməsi halını istisna edir. Bundan başqa, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr də onun xeyrinə həll olunur. Belə ki, işin məhkəmədə müəyyən olunan hallarından görünür ki, Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs MMC xx.xx.2024-cü il tarixdən X11, X7 və X4 işğaldan azad edilmiş ərazilərdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iş və xidmətlərin görülməsinə cəlb etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, qanunsuz olaraq, yəni əmək müqaviləsi bağlanılmadan işləməsi qeyd edilən şəxslər barəsində hər hansı məlumat inzibati xəta haqqında araşdırma aparan orqan tərəfindən əldə edilməmişdir. İş materiallarında, habelə protokol tərtib edən orqanda aparılmış araşdırma zamanı müəyyən edilməmişdir ki, ümumiyyətlə X11, X7 və X1, nə vaxt, hansı müddət ərzində harada və necə işləmiş, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxslə münasibətləri ümumiyyətlə araşdırılmamışdır. Məhkəmə hesab edir ki, iş üzrə ən vacib şəxslər, yəni qanunsuz işləməsi iddia edilən şəxslər dindirilmədən, izahatı alınmadan, şəxsiyyətləri müəyyən edilmədən hər hansı inzibati xəta haqqında qərarın qəbul edilməsi əsassızdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsi inzibati xəta haqqında qərar qəbul edərkən məhz sırf ehtimal və xəyali olaraq əsaslanmışdır ki, həmin əsaslandırmanı, yəni X11, X7 və X3 31 may 2024-cü il tarixdən əmək müqaviləsi bağlanmadan işlədilməsi barədə hər hansı sübut təqdim etməmiş, həmin şəxslərin real olaraq hər hansı işin yerinə yetirilməsi və xidmətin göstərilməsinə cəlb edilib-edilməməsi araşdırılmamışdır. Belə ki, həmin şəxslərin adlarının portala yerləşdirilməsi, öz-özlüyündə Şəxs MMC tərəfindən onların əmək müqaviləsi olmadan işlərin və xidmətlərin görülməsinə cəlb edilməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, inzibati xəta hadisəsinin və inzibati xəta tərkibinin yaranması ilk növbədə hüquqazidd olan, təqsirli sayılan (qəsd və ya ehtiyatsızlıq) hərəkət və ya hərəkətsizliyin mövcudluğunu özündə ehtiva edir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması istisna edildiyinə və Şəxs MMC-nin əməlində inzibati xəta tərkibinin olması inzibati orqan tərəfindən sübuta yetirilmədiyinə görə o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən tərtib edilmiş 03 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilən əmələ görə inzibati məsuliyyət daşımır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəlləsinin 53.1.1 və 53.1.2-ci maddələrinin məzmununa görə inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 117 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair təqsiri sübuta yetirilmədiyindən inzibati məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-379/2024
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-379/2024
01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver