Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-385/2023 24.08.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Qasımov Babək Natiq oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1956-cı il tarixdə Ağdam rayonu Nəmirli kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndində yaşayan, evli, ali təhsilli, İsmayıllı şəhəri 45 saylı Qaçqın Şəhərciyinin sahə rəisi vəzifəsində işləyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 24 avqust 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: 14 avqust 2023-cü il tarixdə 20:30 radələrində Qarəməryəm-İsmayıllı-Şəki magistral yolunun 4-cü km-də Şəxs bir baş inək malını magistral yolda nəzarətsiz qoyması, Zərərçəkmiş şəxs idarə etdiyi “BMW” markalı ** GB *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin malı vurması, nəticədə “BMW” markalı ** GB *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəyməsi faktı ilə bağlı toplanmış material üzrə İsmayıllı rayon Polis Şöbəsinin yol patrul xidməti inspektoru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İsmayıllı rayon Polis Şöbəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsi gəlməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə İsmayıllı rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, İsmayıllı şəhəri Qarabağ qəsəbəsində yaşayır və heyvandarlıqla məşğul olur. 14 avqust 2023-cü il tarixdə işi ilə bağlı evdə olmamışdır. Səhər saatlarında arvadı həmin inək malını sulamaq üçün çölə çıxarmışdır. Lakin həmin inək malı digər mallardan ayrılaraq ərazidən uzaqlaşmışdır. Sonradan məlum olmuşdur ki, həmin inəyi yolda maşın vurmuşdur. Hadisə onun qismən təqsiri üzündən baş vermişdir. Həmin inək malının qıçı sınmış və bu səbəbdən onu qəssablara satmışdır. Ona da, 2700 (iki min yeddi yüz) manat məbləğində ziyan dəymişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, hadisə 14 avqust 2023-cü il tarixdə iş yerindən çıxdıqdan sonra 300 (üç yüz) metr sonra baş vermişdir. İdarə etdiyi avtomobillə hərəkətdə olarkən qəflətən inək yola çıxmış və o, hadisədən yayınmağa çalışsa da, avtomobil inəyin qıçından dəymişdir. Bundan sonra məlum olmuşdur ki, həmin inək malı Şəxs məxsusdur. İdarə etdiyi avtomobili kreditlə almışdır və hazırda avtomobil yararsız vəziyyətdədir. Ona dəymiş maddi ziyanı tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının Kürdmaşı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 15 avqust 2023-cü il tarixli, 677 saylı arayışından görünür ki, 14 avqust 2023-cü il tarixdə 20:30 radələrində Qarəməryəm-İsmayıllı-Şəki magistral yolunun 4-cü km-də “BMW” markalı ** GB *** dövlət qeydiyyat nişanlı avtomobilin magistral yolda vurduğu iribuynuzlu inək malı Kürdmaşı kəndində müvəqqəti qeydiyyatda olan Ağdam rayonundan məcburi köçkün olmuş Şəxs məxsusdur. - “X1 Servis Mərkəzi”nin 15 avqust 2023-cü il tarixli, 045-3 saylı arayışından görünür ki, “BMW” markalı ** GB *** dövlət qeydiyyat nişanlı avtomobilə 1040 (min qırx) manat məbləğində ziyan dəydiyi qeyd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, 14 avqust 2023-cü il tarixdə 20:30 radələrində Qarəməryəm-İsmayıllı-Şəki magistral yolunun 4-cü km-də Şəxs bir baş inək heyvanını yolda nəzarətsiz qoymuş və Zərərçəkmiş şəxs idarə etdiyi “BMW” markalı ** GB *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin heyvanı vurmuşdur. Nəticədə Zərərçəkmiş şəxs idarə etdiyi “BMW” markalı ** GB *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs maddi ziyan dəymişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. İnzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduğunu nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36-cı maddəsinə əsasən Zərərçəkmiş şəxs idarə etdiyi “BMW” markalı ** GB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanla əlaqədar məsələnin baxılmamış saxlanılmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda zərərçəkmiş şəxsə izah edilir ki, əmlak zərərinin əvəzinin ödənilməsi haqda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat miqdarında inzibati cərimə edilsin. Zərərçəkmiş şəxs idarə etdiyi “BMW” markalı ** GB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələ baxılmamış saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Babək Qasımov
Məhkəmə qərarları › İş №3(037)-385/2023
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-385/2023
24.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver