Məhkəmə qərarları › İş №3(037)-387/2020

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-387/2020

13.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-387/2020 13.11.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1974-cü il tarixdə Laçın rayonu Leninkənd kəndində anadan olmuş, Laçın rayonu Qarakeçdi kəndində qeydiyyatda olmaqla, İsmayıllı şəhəri, 16-cı kvartalda məskunlaşan, evli, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X1 Yol-Patrul Xidməti alayının 4-cü taqımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: xx xxxxxxx 2020-ci il tarixdə saat 23:30 radələrində Şəxs 1 (bir) baş iri buynuzlu mal heyvanını yolda nəzarətsiz qoyması, Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryəm-İsmayıllı-Şəki yolunun 29-cu km-də həmin malı vurması və nəticədə “Mercedes Benz” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəyməsi faktı ilə bağlı toplanmış material üzrə Baş Dövlət X2 Yol-Patrul Xidməti Alayı 4-cü Tağımın yol patrul xidməti inspektoru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 23:30 radələrində təsərrüfatında olan bir baş inək malını Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə Qəbələ İsmayıllı yolunda vurmuş və mal tələf olmuşdur. Həmin mal iki gün axıra qayıtmamış və harada olmasını bilməmişdir. Həmin heyvanın orta bazar qiyməti 2500- 3000 manat təşkil edir. Ona dəymiş ziyan Zərərçəkmiş şəxs tərəfindən ödənilməlidir. O, malı yolda nəzarətsiz qoysa da hadisədə sürücünün günahı olmuşdur. Tale Babayev avtomobili yüksək sürətlə idarə etmiş, sürücü optik eynəkdən istifadə etdiyinə görə yolda heyvanı görməmiş və ya görmüşsə hadisədən yayınmaq üçün heç bir tədbir görməmişdir. Avtomobilin sürəti yüksək olduğundan hadisə yerində əyləc izləri olmuşdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verək göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 23:30 radələrində idarə etdiyi “Mercedes Benz” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunda hərəkətdə olarkən qəflətən yola iri buynuzlu mal heyvanı çıxmış və o, hadisədən yayına bilməyərək həmin malı vurmuşdur. Hadisə günün qaranlıq vaxtı olmuş və Bir qədər sonra hadisə yerinə yol patrul xidməti əməkdaşları gəlmişdir. Hadisə onun təqsiri üzündən baş verməmişdir. Avtomobili saatda 60-70 km saat sürətlə idarə etmiş və hava qaranlıq olduğundan mal heyvanını görməmişdir. Hadisə nəticəsində xəsarət almasa da, avtomobilinə maddi ziyan dəymişdir. Onun avtomobilinə dəymiş maddi ziyan ödənilməmiş və o, ziyanı tələb edir. Odur ki, iş üzrə qanuni qərar çıxarılmasını xahiş edir. “xxxxxxxxxx” ASC-nin İsmayıllı filialının xx xxxxxxx 2020-ci il il tarixli, 59 nömrəli arayışda “Mercedes Benz” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə 1660 (min altı yüz altmış) manat məbləğində ziyan dəydiyi qeyd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 23:30 radələrində Şəxs 1 (bir) baş iri buynuzlu mal heyvanını yolda nəzarətsiz qoymuş, Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryəm-İsmayıllı-Şəki yolunun 29-cu km-də həmin malı vurmuşdur. Hadisə nəticəsində “Mercedes Benz” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsini, cərimənin 80 (səksən) manat miqdarında müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduğunu nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36-cı maddəsinə əsasən məhkəmə Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanla əlaqədar məsələnin baxılmamış saxlanılmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda zərərçəkmiş şəxsə izah edilir ki, əmlak zərərinin əvəzinin ödənilməsi haqda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat miqdarında inzibati cərimə edilsin. Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələ baxılmamış saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar