Məhkəmə qərarları › İş №3(037)-388/2020

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-388/2020

03.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-388/2020 03.11.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxsin hüquqi varisi Qanuni nümayəndə iştirakı ilə xx xxxxxx 1988-ci il tarixdə İsmayıllı rayonu 2-ci Cülyan kəndində anadan olmuş, İsmayıllı rayonu Cülyan kəndində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, himayəsində 2 azyaşlı uşağı olan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx xxx 2020-ci il tarixdə saat 14:00 radələrində İsmayıllı rayonu Cülyan kəndində yaşadıqları evdə qayınatası Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunun sifət nahiyəsindən sillə ilə vuraraq onu qəsdən döyməsi faktı üzrə İsmayıllı rayon Polis Şöbəsinin İstintaq Bölməsinin baş müstəntiqi Cəlal Abdullayevin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin İctimai Təhlükəsizlik Bölməsinə verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, Qanuni nümayəndələ 2004-cü il tarixdə rəsmi nikahla ailə qurmuşlar və nikahlarından 2006-cı il tarixdə Nigar və 2011-ci il tarixdə Ramil adlı iki övladları doğulmuşdur. 2019-cu ilin may ayında nikahları pozulmuş və uşaqlar onun himayəsinə verilmişdir. Nikahları pozulsa da, o Ədil və onun atası Əmirxanla bir evdə yaşamışlar. xx xxx 2020-ci il tarixdə saat 12:00 radələrində yaşadıqları evdə olarkən Ədillə aralarında mübahisə yaranmış və Ədil onu vuraraq döymüşdür. Bundan sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək olanlar barədə məlumat vermişdir. Bir qədər sonra evə polis əməkdaşları gəlmiş və onun izahatı alınmış və sonra uşaqları ilə birlikdə oradan çıxaraq öz atası evinə getmişdir. Mübahisə zamanı Ədil onu vuraraq döysə də, o, Əmirxanı vurmamış və ona heç bir xəsarət yetirməmişdir. Ümumiyyətlə həmin mübahisə onunla Əmirxan arasında olmamışdır. Həmin hadisədən bir neçə ay sonra Əmirxan vəfat etmişdir. Hazırki iş Əmirxanın hüquqi varisi təyin olunmuş Qanuni nümayəndələ barışmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs hüquqi varisi Qanuni nümayəndə məhkəmə iclasında izahat verərək göstərdi ki, o, mərhum atası Zərərçəkmiş şəxs hüquqi varisidir. xx xxx 2020-ci il tarixdə yaşadıqları evdə keçmiş arvadı Xoşqədəm ilə aralarında mübahisə yaranmışdır. Bundan sonra X2 Nazirliyinin 102 xidmətinə zəng edərək olanlar barədə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları yaşadıqları evə gəlmiş və izahatları alındıqdan sonra getmişlər. Bundan sonra Xoşqədəm evin pəncərəsinin şüşəsini sındırmış, evin pərdələrini dartıb qoparmışdır. Bu zaman atası Əmirxan ona öz iradını bildirdikdə Xoşqədəm atasının üzərinə hücum çəkərək onun burun nahiyəsindən sillə ilə vurmuşdur. Atasının eynəyi yerə düşmüş və yerə əyildikdə Xoşqədəm boynundan tutaraq sıxmış və nalayiq ifadələr işlətmişdir. Atası xx xxxxxxx 2020-ci il tarixdə vəfat etmişdir və o, hazırki iş üzrə atasının hüquqi varisi elan olunmuşdur. Hazırda Xoşqədəmlə barışmamış və onu bağışlamamışdır. Odur ki, iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə-Tibbi Ekspertiza və X1 156 №-li, xx xxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət – burun nahiyyəsinin sıyrığı küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx xxx 2020-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İsmayıllı rayon Polis Şöbəsinin İstintaq Bölməsinin baş müstəntiqi Cəlal Abdullayevin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə inzibati tədbir görülməsindən ötrü şöbənin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. xx xxxxxxx 2020-ci il tarixli 112119 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx xxxxxxx 2020-ci il tarixdə vəfat etmişdir. İsmayıllı rayon Polis Şöbəsinin polis leytenantı Rəhim Bədəlovun xx xxxxxx 2020-ci il tarixli zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında qərarından görünür ki, inzibati xəta haqqında iş üzrə Qanuni nümayəndə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs xx xxx 2020-ci il tarixdə saat 14:00 radələrində İsmayıllı rayonu Cülyan kəndində yaşadıqları evdə qayınatası Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunun sifət nahiyəsindən sillə ilə vuraraq onu qəsdən döymüşdür. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanı etiraf etməməsi onun inzibati məsuliyyətdən yayınması üçün etdiyi özünü müdafiə cəhdidir və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə Şəxs himayəsində azyaşlı uşaq olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, himayəsində azyaşlı uşaq olmasını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tətbiq edilməsini, cərimənin 300 (üç yüz) manat miqdarında müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 32, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar