Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-389/2020 12.11.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1957-ci il tarixdə İsmayıllı rayonu Tağlabiyan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, İsmayıllı rayonu Keyvəndi kəndində yaşayan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 28iyul 2020-ci il tarixli 2 (037) – 468 / 2020 saylı nömrəli qətnaməsinə əsasən Şəxs 1330 (min üç yüz otuz) manat 40 qəpik məbləği alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkara ödənilməli olan cəmi 1130 (min bir yüz otuz) manat 40 qəpik məbləğ ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İcra məmuru Emin Bağırov izahat verərək göstərdi ki, icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə borcluya bildiriş göndərilmiş, lakin borclu icra sənədini vaxtında və tam icra etməmişdir. İcra sənədi icraatda olduğu müddət ərzində müvafiq orqanlara sorğular göndərilmiş, ancaq borcluya məxsus, tələbin yönəldilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu ötən müddət ərzində tələbkara olan borcundan 200 (iki yüz) manatını ödəmiş, qalan 1130 (min bir yüz otuz) manat 40 qəpik məbləğin ödənilməsini təmin etməmişdir. Borclu məhkəmə iclasında borcundan tələbkara 200 (iki yüz) manatını ödəmişdir. Hazırda Şəxs tələbkara 930 (doqquz yüz otuz) manat 40 qəpik borcu vardır. İş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, onun Zərərçəkmiş şəxs 1330 (min üç yüz otuz) manat 40 qəpik borcu olmuşdur. Həmin borcundan oktyabr ayında 200 (iki yüz) manat tələbkara ödəmişdir. Hazırda tələbkara 200 (iki yüz) manat ödəmiş və 930 (doqquz yüz otuz) manat 40 qəpik borcu qalmışdır. Qalan borcunu 2020-ci ilin dekabr ayının sonunadək tam şəkildə ödəyəcəyini öhdəsinə götürür. Onun icra vərəqəsinin icrasından qərəzli şəkildə boyun qaçırmaq niyyəti yoxdur. Maddi imkanı olmadığı üçün icra vərəqəsinin icrasını vaxtında və tam şəkildə icra edə bilməmişdir. Onun tərəfindən hər hansı inzibati xətaya yol verilməmişdir. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərəçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Şəxs ona 1330 (min üç yüz otuz) manat 40 qəpik borcu olmuşdur. Ötən müddət ərzində Həbib ona olan borcundan 200 (iki yüz) manatını ödəmişdir. Borclu ona olan borcundan 200 (iki yüz) manatını məhkəmə iclasında ödəmiş və 930 (doqquz yüz otuz) manat 40 qəpik borcu qalmışdır. Həbib qalan borcunu dekabr ayının sonunadək tam şəkildə ödəyəcəyini öhdəsinə götürür. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 28iyul 2020-ci il tarixli 2 (037) – 468 / 2020 saylı nömrəli icra vərəqəsinə üzrə borclu Şəxs 1130 (min bir yüz otuz) manat 40 qəpik pulun Zərərçəkmiş şəxs ödənilməsini təmin etməmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, icra vərəqəsi üzrə borclu Şəxs 200 (iki yüz) manat məbləğində pulu tələbkar Zərərçəkmiş şəxs ödənilməsini təmin etmiş, hazırda 1130 (min bir yüz otuz) manat 40 qəpik ödənilməmiş borcu vardır. Zərərçəkmiş Zərərçəkmiş şəxs verdiyi xx xxxxxx 2020-ci il tarixli qəbzindən görünür ki, Şəxs 1130 (min bir yüz otuz) manat borcundan 200 (iki yüz) manatını ona ödəmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 28iyul 2020-ci il tarixli 2 (037) – 468 / 2020 saylı nömrəli qətnaməsinə əsasən Şəxs 1330 (min üç yüz otuz) manat 40 qəpik məbləği alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. İcra Şöbəsi tərəfindən borclu Şəxs barəsində inzibati qaydada protokol tərtib edilmiş, həmin protokolda borclunun qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyi qeyd edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilənədək Ramin Abbasova olan 1330 (min üç yüz otuz) manat 40 qəpik borcundan 200 (iki yüz) manat məbləğini ödəmiş və 1130 (min bir yüz otuz) manat 40 qəpik borcu olmuşdur. Məhkəmə prosesində Şəxs borcundan tələbkara 200 (iki yüz) manat ödəniş etmiş və 930 (doqquz yüz otuz) manat borcu qalmışdır. Göründüyü kimi Şəxs icra sənədi İsmayıllı rayon İcra və Probasiya şöbəsinin icraatında olduğu iki ay müddətində borcundan 400 (dörd yüz) manat ödəniş etmişdir. Borclu icra sənədi üzrə yaranmış borcunu maddi imkanı daxilində hissə-hissə də olsa ödəməyə çalışır. Borclunun hər hansı gəlir mənbəyi olmaması və maddi vəziyyətinin səviyyəsi onu icra vərəqəsinin icrası ilə əlaqədar öhdəliklərdən azad etməsə də, icra vərəqəsinin icra edilməsində müəyyən çətinliklər yaranmasına səbəb olur. Bundan əlavə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən də görünür ki, borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. İcra məmurunun qeyd etdiyi hallar isə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin qərəzli şəkildə yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulur. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-389/2020
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-389/2020
12.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver